Məhkəmə qərarları › İş №2(010)-5354/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5354/2024

24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5354/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 0*.05.2024-cü il tarixdə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, İdris Süleymanov küçəsi, ev *2*Q ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X4 yaşadıqları ünvanda 0*.05.2024-cü il tarixdə vəfat etmiş və “Bibiheybət” qəbiristanlığında dəfn edilmişdir. Təcili tibbi yardım üzrə çağırış edilsə də, təcili tibbi yardım briqadasının həkimləri ünvana çatanadək anası vəfat etmişdir. Anasının ölümü onu və ailə üzvlərini mənəvi və psixoloji cəhətdən həddən artıq sarsıtdığından və onun kifayət qədər hüquqi savadı olmadığından anasının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Bununla bağlı 30 saylı Tibb Ambulatoriyasına tibbi şəhadətnamənin alınması ilə bağlı müraciət etməsinə baxmayaraq anasının ölümü 30 nömrəli Tibbi Ambulatoriyada tibbi qeydiyyatda olmadığı və heç bir xəstəliklə əlaqədar müraciət olunmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə (forma *06) verilmədiyinə görə xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Dəfn pulunun alınması ilə bağlı anasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Anasının ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Buna görə də, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, hazırda ölüm faktının müəyyən edilməsinə dair iş qaldırılmış şəxs onun xalasıdır. Xalası yataq xəstəsi olmuş, yaddaşını itirdikdən sonra isə ümumiyyətlə yataqdan qalxa bilməmişdir. Xalası elə həmin xəstəlikdən vəfat etmiş və Bibiheybət qəbiristanlığında anasının yanında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, hazırda ölüm faktının müəyyən edilməsinə dair iş qaldırılmış şəxs onun xalası, ərizəçi isə xalası oğludur. Xalasının vəziyyəti ağırlaşan zaman öz anasına qulluq etdiyi üçün ilk təcili tibbi yardım briqadasının çağırışına çata bilməmiş, lakin ikinci təcili tibbi yardım briqdası ünvana gələn zaman orada olmuşdur. Təcili tibbi yardım briqadasının həkimləri çağırış üzrə ünvana gəldikdə xalasının keçindiyini aşkar etmiş və bu barədə müvafiq qeydlər etmişlər. Xalası cari ilin may ayının *-i tarixində vəfat etmiş və öz vəsiyyətinə görə Bibiheybət qəbiristanlığında anasının yanında dəfn edilmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Vİİ-JQ seriyalı, 4928*4 nömrəli tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi (atası X8, anası X4) xx.xx.*973-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3*.07.*973-cü il tarixdə 224* nömrə ilə qeyd edilmişdir. 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3*.05.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında anasının ölümünə dair məlumatlar aşkar edilmədiyi üçün ölümün dövlət qeydiyyatının aparılmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*6 “Bakı Baş Səhiyyə Mərkəzi” X*6 30 nömrəli Ambulatoriya tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024cü il tarixli, 44 nömrəli cavab məktubundan müəyyən olunur ki, ərizədə qeyd edildiyi kimi 0*.05.2024-cü il tarixində vəfat etmiş anası *4.03.*948-ci il təvəllüdlü X2 30 nömrəli Ambulatoriyada tibbi qeydiyyatı olmadığı və heç bir xəstəliklə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. “Bakı şəhər Təcili və X6 Stansiyası” PHŞ-nın 2* saylı bölməsi tərəfindən Ərizəçi ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, xx.xx.2024-cü il, saat 23:*8 tarixində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev *2* ünvanından Qasımov Zeynəb adına çağırış daxil olmuş, çağırışı 2* saylı bölmənin həkimi Məmmədov B. yerinə yetirmiş, xəstəyə “beyin atrofiyası” diaqnozu qoyularaq müvafiq ilkin tibbi yardım göstərilmişdir. “Bakı şəhər Təcili və X6 Stansiyası” PHŞ-nın 2* saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadası 0*.05.2024-cü il, saat 00:*2 tarixində çağırış üzrə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi ünvanında yerləşən *2*Q nömrəli mənzilə gələrək xəstə X2 həkimə qədər ölməsini aşkar etmişlər. AZE seriyalı, *7505425 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 *4.03.*948-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bibiheybət Bələdiyyəsi tərəfindən 04.*2.2024-cü il tarixdə verilmiş 03/69 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi 0*.05.2024-cü il tarixdə vəfat etmiş anası X3 Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Bibiheybət qəbiristanlığında dəfn etmişdir. 23.*0.2024-cü il tarixli, *607267096 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum anası X2 0*.05.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, İdris Süleymanov küçəsi, ev *2*Q ünvanında yerləşən mənzildə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi anasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi anasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum anasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı *4.03.*948-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 0*.05.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, İdris Süleymanov küçəsi, ev *2*Q ünvanında yerləşən mənzildə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *4.03.*948-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 0*.05.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, İdris Süleymanov küçəsi, ev *2*Q ünvanında yerləşən mənzildə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. *4.03.*948-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 0*.05.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, İdris Süleymanov küçəsi, ev *2*Q ünvanında yerləşən mənzildə ölməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş *00 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar