Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5432/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) «mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 13 oktyabr 2023-cü il tarixli, MŞB/8/2023- 02190 nömrəli "Barışıq Sazişi"nin aliment hissəsində məcburi icrasının təmin edilməsi üçün həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuş, onların birgə nikahından xx.xx.2015ci il təvəllüdlü X4 adlı bir uşağı anadan olmuşdur. Ərizəçi cavabdehlə ilə bir müddət mehriban yaşamış, sonradan cavabdehin hərəkətləri səbəbindən ailədə narazılıqlar baş vermiş, bununla da ailəsi dağılmış, hal-hazırda məhkəmə qətnaməsinə əsasən onların nikahı pozulmuşdur. Onların nikahın pozulması ərəfəsində aralarında mediasiya prosesi keçirilmiş, onlar mediasiya prosesində nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi, aliment, uşağın ölkə hüdudlarından kənara çıxarılması və Türkiyə Respublikası, Mersin şəhəri, Erdemli rayonu, Koyuncu məhəlləsi, Ahmet Rafik bey küçəsi, İdris Mulladölek sitesi 2/3 A blok, 5-ci qat, mənzil 15 ünvanında yerləşən 1 (bir) ədəd daşınmaz əmlakda pay bölgüsünün müəyyən olunması barədə razılığa gəlmiş, bu barədə aralarında xx.xx.2023-cü il tarixdə MŞB/8/2023-02190 nömrəli Barışıq Sazişi bağlanmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə əsasən birinci tərəf: Ərizəçi həyat yoldaşı olan İkinci tərəf Maraqlı şəxs ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində 1772 qeydi ilə bağlanan nikahın ləğv olunmasına razıdır. Bu Saziş imzalandıqdan sonra uşağın mənafeyini nəzərə alaraq, yetkinlik yaşma çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X2 onun, ananın himayəsində (yanında) qalmalarına razıdır. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023cü il tarixdən etibarən İkinci tərəfin ona ümumilikdə hər ay 300 (üç yüz) manat alimenti uşaq yetkinlik yaşına çatanadək kart hesabına ödəyəcəyinə razıdır. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X4 ilə uşaq yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara çıxmaları üçün İkinci tərəf Maraqlı şəxs oglunun ona notarial qaydada razılıq ərizəsi verəcəyi öhdəliyini qəbul edir. Birinci tərəf Türkiyə Respublikası, Mersin şəhəri, Erdemli rayonu, Koyuncıı məhəlləsi, Ahmet Rafik bey küçəsi, İdris Mulladölek sitesi 2/3 A blok, 5-ci qat, mənzil 15 yerləşən 1 (bir) ədəd daşınmaz əmlakda İkinci tərəfin payının dəyərinin 20.000 ABŞ dolları olmasına razıdır və həmin məbləğin onun tərəfindən İkinci tərəfə ödənilməsinə razıdır və öhdəlik götürür. Nikah münasibətləri ilə əlaqədar İkinci tərəfə qarşı digər tələblərinin olmadığını gələcəkdə də heç bir iddiasının olmayacağını təsdiq edir. Nikahın pozulması hissəsində aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini öhdəsinə götürür. İkinci tərəf: Maraqlı şəxs həyat yoldaşı olan Birinci tərəf Ərizəçi ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində № 1772 qeydi ilə bağlanan nikahın ləğv olunmasına razıdır. Bu Sazişi imzalandıqdan sonra uşağın mənafeyini nəzərə alaraq, yetkinlik yaşma çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X2 Birinci tərəf olan anaları Ərizəçi himayəsində (yanında) qalmasına razıdır. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən ümumilikdə hər ay 300 (üç yüz) manat aliment məbləğini Birinci tərəf Ərizəçi açdıracağı kart hesabına uşaq yetkinlik yaşma çatanadək ödəyəcəyinə razıdır və buna dair öhdəlik götürür. İkinci tərəf gələcəkdə uşağın saxlanılması üçün yaşayış minimumu artdığı təqdirdə aliment məbləğinin buna paralel olaraq artırılmasına etiraz etmir və razıdır. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X2 anaları ilə ölkə hüquqdlarından kənara çıxmasına razıdır və bu məqsəd üçün Birinci tərəf X3ma notarial qaydada uşaq yetkinlik yaşma çatanadək razılıq ərizəsi verəcəyinə dair öhdəlik götürür İkinci tərəf Türkiyə Respublikası, Mersin şəhəri, Erdemli rayonu, Koyuncu məhəlləsi, Ahmet Rafik bey küçəsi, İdris Mulladölek sitesi 2/3 A blok, 5-ci qat, mənzil 15 ünvanında yerləşən 1 (bir) ədəd daşınmaz əmlakda olan payının dəyərinin 20.000 ABŞ dollarının olmasına razıdır və Birinci tərəf tərəfindən ona payın dəyəri qismində 20.000 ABŞ dolları ödənilməsi qarşılığında daşınmaz əmlaka dair payından imtina edir və həmin payın Birinci tərəfin adma keçirilməsinə razıdır. Bu mübahisə ilə bağlı Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. Nikahın pozulması hissəsində birinci tərəfin aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyinə razıdır və buna etiraz etmir. Göründüyü kimi maraqlı şəxslə aralarında olan razılığa əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ay 300 (üç yüz) manat aliment məbləğini ərizəçiyə ödəməyi və uşaq yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara çıxmaları üçün ərizəçiyə notarial qaydada razılıq ərizəsi verəcəyini öhdəsinə götürsə də, aliment hissəsində Sazişin şərtlərinə əməl etməmişdir. Göründüyü kimi Maraqlı şəxs aralarında bağlanmış 13 oktyabr 2023-cü il tarixli Barışıq Sazişində müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü qaydada icra etmədiyinə görə ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında dindirilən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, izahatında göstərdi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 13 oktyabr 2023-cü il tarixli, MŞB/8/2023-02190 nömrəli “Barışıq Sazişi”nin aliment hissəsində məcburi icrasının təmin edilməsi üçün həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Belə ki, Maraqlı şəxs adıçəkilən barışıq sazişinin aliment hissəsi üzrə öhdəliklərini yerinə yetirmir və yerinə yetirməkdən boyun qaçırır. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında maraqlı şəxs iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəçinin nümayəndəsi (vəkili) Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(003)-3642/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2013-cü il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsində 1772 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahı pozulmuşdur. xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02190 saylı barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə əsasən Birinci tərəf: Ərizəçi həyat yoldaşı olan İkinci tərəf Maraqlı şəxs ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində № 1772 qeydi ilə bağlanan nikahın ləğv olunmasına razıdır. Bu Saziş imzalandıqdan sonra uşağın mənafeini nəzərə alaraq, yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X2 onun, ananın himayəsində (yanında) qalmalarına razıdır. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən İkinci tərəfin ona ümumilikdə hər ay 300 (üç yüz) manat alimenti uşaq yetkinlik yaşına çatanadək kart hesabına ödəyəcəyinə razıdır. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X4 ilə uşaq yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara çıxmaları üçün İkinci tərəf Maraqlı şəxs ona notarial qaydada razılıq ərizəsi verəcəyi öhdəliyini qəbul edir. Birinci tərəf Türkiyə Respublikası, Mersin şəhəri, Erdemli rayonu, Koyuncu məhəlləsi, Ahmet Rafik bey küçəsi, İdris Mulladölek sitesi 2/3 A blok, 5-ci qat, mənzil 15 yerləşən 1 (bir) ədəd daşınmaz əmlakda İkinci tərəfin payının dəyərinin 20.000 ABŞ dolları olmasına razıdır və həmin məbləğin onun tərəfindən İkinci tərəfə ödənilməsinə razıdır və öhdəlik götürür. Nikah münasibətləri ilə əlaqədar İkinci tərəfə qarşı digər tələblərinin olmadığını gələcəkdədə heç bir iddiasının olmayacağını təsdiq edir. Nikahın pozulması hissəsində aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini öhdəsinə götürür. İkinci tərəf: Maraqlı şəxs həyat yoldaşı olan Birinci tərəf Ərizəçi ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində № 1772 qeydi ilə bağlanan nikahın ləğv olunmasına razıdır. Bu Sazişi imzalandıqdan sonra uşağın mənafeyini nəzərə alaraq, yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X2 Birinci tərəf olan anaları Ərizəçi himayəsində (yanında) qalmasına razıdır. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən ümumilikdə hər ay 300 (üç yüz) manat aliment məbləğini Birinci tərəf Ərizəçi açdıracağı kart hesabına uşaq yetkinlik yaşına çatanadək ödəyəcəyinə razıdır və buna dair öhdəlik götürür. İkinci tərəf gələcəkdə uşağın saxlanılması üçün yaşayış minimumu artdığı təqdirdə aliment məbləğinin buna paralel olaraq artırılmasına etiraz etmir və razıdır. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X2 anaları ilə ölkə hüquqdlarında kənara çıxmasına razıdır və bu məqsəd üçün Birinci tərəf Ərizəçi notarial qaydada uşaq yetkinlik yaşına çatanadək razılıq ərizəsi verəcəyinə dair öhdəlk götürür. İkinci tərəf Türkiyə Respublikası, Mersin şəhəri, Erdemli rayonu, Koyuncu məhəlləsi, Ahmet Rafik bey küçəsi, İdris Mulladölek sitesi 2/3 A blok, 5-ci qat, mənzil 15 ünvanında yerləşən 1 (bir) ədəd daşınmaz əmlakda olan payının dəyərinin 20.000 ABŞ dollarının olmasına razıdır və Birinci tərəf tərəfindən ona payın dəyəri qismində 20.000 ABŞ dolları ödənilməsi qarşılığında daşınmaz əmlaka dair payından imtina edir və həmin payın Birinci tərəfin adına keçirilməsinə razıdır. Bu mübahisə ilə bağlı Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. Nikahın pozulması hissəsində birinci tərəfin aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyinə razıdır və buna etiraz etmir. Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında nikah xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02190 saylı barışıq sazişinə əsasən Birinci tərəf: Ərizəçi həyat yoldaşı olan İkinci tərəf Maraqlı şəxs ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində № 1772 qeydi ilə bağlanan nikahın ləğv olunmasına razıdır. Bu Saziş imzalandıqdan sonra uşağın mənafeini nəzərə alaraq, yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X2 onun, ananın himayəsində (yanında) qalmalarına razıdır. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən İkinci tərəfin ona ümumilikdə hər ay 300 (üç yüz) manat alimenti uşaq yetkinlik yaşına çatanadək kart hesabına ödəyəcəyinə razıdır. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X4 ilə uşaq yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara çıxmaları üçün İkinci tərəf Maraqlı şəxs ona notarial qaydada razılıq ərizəsi verəcəyi öhdəliyini qəbul edir. Birinci tərəf Türkiyə Respublikası, Mersin şəhəri, Erdemli rayonu, Koyuncu məhəlləsi, Ahmet Rafik bey küçəsi, İdris Mulladölek sitesi 2/3 A blok, 5-ci qat, mənzil 15 yerləşən 1 (bir) ədəd daşınmaz əmlakda İkinci tərəfin payının dəyərinin 20.000 ABŞ dolları olmasına razıdır və həmin məbləğin onun tərəfindən İkinci tərəfə ödənilməsinə razıdır və öhdəlik götürür. Nikah münasibətləri ilə əlaqədar İkinci tərəfə qarşı digər tələblərinin olmadığını gələcəkdədə heç bir iddiasının olmayacağını təsdiq edir. Nikahın pozulması hissəsində aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini öhdəsinə götürür. İkinci tərəf: Maraqlı şəxs həyat yoldaşı olan Birinci tərəf Ərizəçi ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində № 1772 qeydi ilə bağlanan nikahın ləğv olunmasına razıdır. Bu Sazişi imzalandıqdan sonra uşağın mənafeyini nəzərə alaraq, yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X2 Birinci tərəf olan anaları Ərizəçi himayəsində (yanında) qalmasına razıdır. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən ümumilikdə hər ay 300 (üç yüz) manat aliment məbləğini Birinci tərəf Ərizəçi açdıracağı kart hesabına uşaq yetkinlik yaşına çatanadək ödəyəcəyinə razıdır və buna dair öhdəlik götürür. İkinci tərəf gələcəkdə uşağın saxlanılması üçün yaşayış minimumu artdığı təqdirdə aliment məbləğinin buna paralel olaraq artırılmasına etiraz etmir və razıdır. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X2 anaları ilə ölkə hüquqdlarında kənara çıxmasına razıdır və bu məqsəd üçün Birinci tərəf Ərizəçi notarial qaydada uşaq yetkinlik yaşına çatanadək razılıq ərizəsi verəcəyinə dair öhdəlk götürür. İkinci tərəf Türkiyə Respublikası, Mersin şəhəri, Erdemli rayonu, Koyuncu məhəlləsi, Ahmet Rafik bey küçəsi, İdris Mulladölek sitesi 2/3 A blok, 5-ci qat, mənzil 15 ünvanında yerləşən 1 (bir) ədəd daşınmaz əmlakda olan payının dəyərinin 20.000 ABŞ dollarının olmasına razıdır və Birinci tərəf tərəfindən ona payın dəyəri qismində 20.000 ABŞ dolları ödənilməsi qarşılığında daşınmaz əmlaka dair payından imtina edir və həmin payın Birinci tərəfin adına keçirilməsinə razıdır. Bu mübahisə ilə bağlı Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. Nikahın pozulması hissəsində birinci tərəfin aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyinə razıdır və buna etiraz etmir. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02190 saylı barışıq sazişinin aliment öhdəliyinə dair olan və aşağıda qeyd olunan abzası təsdiq edilməlidir: "Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən İkinci tərəfin ona ümumilikdə hər ay 300 (üç yüz) manat alimenti uşaq yetkinlik yaşına çatanadək kart hesabına ödəyəcəyinə razıdır.” Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02190 saylı barışıq sazişinin aliment öhdəliyinə dair olan və aşağıda qeyd olunan abzası təsdiq edilsin: "Yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən İkinci tərəfin ona ümumilikdə hər ay 300 (üç yüz) manat alimenti uşaq yetkinlik yaşına çatanadək kart hesabına ödəyəcəyinə razıdır.” Qətnamə dərhal icra edilsin. Ərizənin məhkəməyə təqdim edilməsi üçün nəzərdə tutulmuş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5432/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5432/2024
07.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver