Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5501/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum oğlu X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, X19 Yaşayış Sahəsindəki nömrəsiz evdə vəfat etməsi ilə əlaqədar hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X7 onun doğma oğludur. X16 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Oğlu evli olmuş və sonra həyat yoldaşı ilə boşanmışdır. X5 eyni mənzildə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 9, mənzil 43-də yaşamışdır. Oğlu xeyli vaxt idi ki, ürək çatışmazlığından əziyyət çəkirdi və ona görə də müalicə alırdı. Lakin buna baxmayaraq, oğlunun vəziyyəti getdikcə pisləşirdi. xx.xx.2025-ci ildə onun ürək ağrıları kəskinləşdiyi üçün o, təcili tibbi yardıma zəng edib, yaşadıqları ünvana çağırmış, təcili tibbi yardım həkimləri etdiyi zəngdən sonra onların mənzilinə gəlmiş, mərhum X16i müayinə edib ona ilkin tibbi yardım göstərmişlər. X11 vəziyyəti kritik və ciddi olduğuna görə gələn təcili tibbi yardım həkimləri gəldikləri maşınla oğlunu götürüb Mərkəzi Klinik xəstəxanasına aparmışlar. xx.xx.2025-ci ildə Mərkəzi Klinik xəstəxanasında X11 üzərində ürək əməliyyatı aparılmış və onun ürəyinə stend qoyulmuşdur. xx.xx.2025-ci ildə isə X16 evə buraxılmışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında bacısı X8 və mərhum X16 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, X19 yaşayış sahəsində nömrəsiz evdə yaşayan qohumlarının evlərinə getmişlər. Oraya getdikdən bir müddət sonra X11 ürəyində kəskin ağrılar başlamış və vəziyyəti birdən-birə pisləşməyə başlamışdır. Bunu görən kimi dərhal “103” xidmətinə, yəni təcili tibbi yardıma zəng edib evə çağırmışlar. Çağırışa Bakı şəhəri Xəzər rayonu TTYS-nın 10 saylı bölməsinin təcili tibbi yardım briqadası gəlmişdir. Təcili tibbi yardım həkimləri xx.xx.2025-ci il, saat 10:29-da həmin evə gəlmişlər. Ancaq təcili tibbi yardım həkimləri gələnə kimi X16 həmin evdə, yəni Bakı şəhəri, Xəzər rayonu, X19 yaşayış sahəsindəki nömrəsiz evdə ürək çatışmazlığından öz əcəli ilə vəfat etmişdir. Çağırışa gələn təcili tibbi yardım həkimləri mərhum X16i müayinə etmiş və onun artıq öldüyünü onlara bildirmiş və sonra oğlunun ölümü barədə “ölüm haqqında xəbərdarlıq vərəqəsi” vermişlər. Təcili tibbi yardım briqadasının həkimləri bildirmişlər ki, mərhum X16ə ölüm haqqında şəhadətnamə almaq üçün yaşadıqları yerin poliklinikasına müraciət etməli, oradan oğlunun ölümünü təsdiq edən tibbi şəhadətnamə alıb Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə vermək lazımdır ki, oğlunun ölümü ilə bağlı şəhadətnamə ala bilsinlər. Ondan sonra, o, TTYS-nın verdiyi “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ni özü ilə götürərək, xx.xx.2025-ci ildə Azərbaycan Respublikası DİN-in Tİbb İdarəsinin 1 saylı poliklinikasına müraciət etmiş, lakin mərhum oğlu həmin poliklinikada əziyyət çəkdiyi ürək xəstəliyi ilə bağlı qeydiyyatda olmadığına görə oradan ona oğlunun ölümünü təsdiq edən tibbi şəhadətnamə verilməmişdir. Belə bir sənədi o, Suraxanı rayon qeydiyyat şöbəsinə təqdim edə bilmədiyi üçün qeydiyyat şöbəsi də ona oğlunun ölümü barədə ölüm haqqında şəhadətnamə verməmiş və bunun üçün məhkəməyə müraciət etməli olmasını bildirmişlər. Suraxanı rayon qeydiyyat şöbəsinin rəisinin onun ərizəsinə verdiyi 3-16-5/7-10-2281/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat edən oğlu X2 ölümünün qeydə alınması barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2 ölümünün qeydə alınması mümkün olmamışdır”. Ona görə də o, hazırkı ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edir. Onu da bildirir ki, onlar mərhum oğlunu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn etmişlər. Mərhum oğlu X2 ürək çatışmazlığından öz əcəli ilə xx.xx.2025-ci ildə Bakı şəhəri, Xəzər rayonu, X19 yaşayış sahəsindəki nömrəsiz evdə vəfat etməsini onun ailə üzvləri, qohumları, onun bütün qonşuları, həmçinin həmin gün çağırışa gələn Respublika Təcili və X3 Stansiyası Xəzər TTYS-nın 10 saylı bölməsinin təcili tibbi yardım briqadasının həkimi E.Şahverdiyev və tibbi bacısı U.Cəhdi Nəcat da tam təsdiq edə bilərlər. Mərhum oğlu X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, X19 yaşayış sahəsindəki nömrəsiz evdə ürək çatışmazlığından öz əcəli ilə ölməsini şahidlər X8, X10 və X4 da tam təsdiq edə bilərlər. Bu barədə onlar tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizələr də yazılmışdır. Həmin ərizələri də ərizəsinə əlavə edib məhkəməyə təqdim edir.
Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Şahid ifadələri.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin X16 bu ilin iyul ayının 5-də vəfat etmişdir. Dəyanətin tez-tez ürəyi tuturdu və deyirdi ki, ürəyi ağrıyır. Dəyanətin ölümündən təxminən 1 ay əvvəl ürəyinə “stend” qoyulmuşdu. Ərizəçi ilə qonşu olduğu üçün Dəyanətin dəfnində və yas mərasimində iştirak etmişdir. Dəyanət “Qurd qapısı”nda dəfn edilmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, ərizəçi onun xalasıdır. Dəyanət Ağayev isə onun xalası oğludur. Bu ilin iyun ayında xalası oğlu ürəyinə görə əməliyyat edilmiş və ürəyinə “stend” qoyulmuşdur. Daha sonra xalası oğlu vəfat etmiş, vəfatı barədə evdəkilərdən eşitmişdir. Dəyanətin dəfnində və yas mərasimində iştirak etmişdir. Dəyanət “Qurd qapısı”nda dəfn edilmişdir.
İş materialları.
7. Bakı şəhəri Oktyabr rayon (indiki Yasamal rayonu) qeydiyyat şöbəsi tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı, 338898 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası X9, anası Ərizəçi) xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 2710 nömrə ilə qeyd edilmişdir.
8. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Respublika Təcili və X3 Mərkəzi” X15 Xəzər Təcili və X3 Stansiyası tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası xx.xx.2025-ci il tarixdə çağırış üzrə Bakı şəhəri, Xəzər rayonu, X19 yaşayış sahəsində yerləşən evə gəlmiş və həkimə qədər ölüm faktı (kişi cinsli meyit) aşkar edilmişdir.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı Poliklinikası tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 829 nömrəli tibbi arayışdan görünür ki, 1980-ci il təvəllüdlü X2 yaxın qohumları xx.xx.2025-ci il tarixdə, saat 10:29-da TTYS-nın sonuncunun vəfat etməsi ilə əlaqədar verdiyi xəbərdarlıq vərəqəsi ilə “ölüm haqqında tibbi şəhadətnamə” yazılması üçün xx.xx.2025-ci il tarixdə poliklinikaya müraciət etmiş, təqdim olunan sənəddə “həkiməqədər ölüm” diaqnozu qoyulduğu, son illər ərzində poliklinikaya xəstəliklə əlaqədar müraciət etmədiyi üçün ölümün səbəbi dəqiq müəyyən olunmadığından, həmçinin müraciətin tarixi gecikdiyinə görə (üç gün ərzində müraciət olunmalıdır) “ölüm haqqında tibbi şəhadətnamə” verilməsinin mümkün olmadığı bildirilmişdir.
10. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X2 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
11. X8 adından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025ci il tarixli ərizədə aşağıdakılar qeyd edilir: “Bildirirəm ki, X7 mənim bacım oğludur. Bacım X16 xeyli vaxt idi ki, ürək çatışmazlığından əziyyət çəkirdi. Ona görə də, o, xx.xx.2025-ci ildə mərkəzi klinikada ürək əməliyyatı keçirmişdir. Onun ürəyinə stend qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə bacısı X16 X19 yaşayış sahəsində nömrəsiz evdə olan zaman halı birdən-birə pisləmiş və qəflətən öz əcəli ilə vəfat etmişdir. Onu Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında dəfn etmişlər”.
12. X10 adından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə aşağıdakılar qeyd edilir: “Bildirirəm ki, X7 onun xalası oğludur. Xalası oğlu Ağayev Dəyanət ürək ağrılarından əziyyət çəkirdi. Ona görə də xx.xx.2025-ci ildə Mərkəzi Klinikada ürək əməliyyatı keçirmişdir. Onun ürəyinə stend qoyulmuşdur. Evdə olan zaman xx.xx.2025-ci il tarixdə qəflətən vəfat etmişdir. Onu biz “Qurd qapısı” qəbiristanlığında dəfn etmişik”.
13. X4 adından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025ci il tarixli ərizədə aşağıdakılar qeyd edilir: “Bildirirəm ki, X7 və ailəsini çox yaxşı tanıyıram. Onlar mənim qonşularımdır. Dəyanət Ağayev xeyli vaxt idi ki, ürək çatışmazlığından əziyyət çəkirdi. Ona görə də, xx.xx.2025-ci ildə o, Mərkəzi Klinikada ürək əməliyyatı keçirmiş və onun ürəyinə stend qoyulmuşdu. xx.xx.2025-ci ildə X18 Atçılıq yeni yaşayış sahəsində evdə olan zaman qəflətən halı pisləşmiş və təcili yardım həkimləri gələnə kimi evdə öz əcəli ilə vəfat etmişdir. Onu “Qurd qapısı” qəbiristanlığında dəfn etmişlər”.
14. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 2020 nömrəli arayışdan görünür ki, X7 (xx.xx.1980 – xx.xx.2025) Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində yerləşən “Dağüstü – 1” qəbiristanlığında dəfn olunmuşdur. İşin faktiki halları.
15. Ərizəçi mərhum oğlu xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin oğlunun ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.
Tətbiq edilən hüquq.
16. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
18. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
19. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum oğlu xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir.
20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü X2 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi oğlunun ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir.
21. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər də ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər ərizəçinin oğlunun öldüyü gün təcili tibbi yardım stansiyası əməkdaşları tərəfindən tərtib edilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi və mərhumun dəfn edildiyi qəbiristanlığa dair bələdiyyə arayışı ilə təsdiq edilmişdir.
22. Göründüyü kimi, ərizəçinin oğlu xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.