Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-553/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 03 aprel 202*-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X2nun ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 202*-ci il fevral ayının 23-ü X*0 infarkt diaqnozu ilə Sabunçu xəstəxanasına yerləşdirilmişdir. Bir müddət müalicə aldıqdan sonra öz istəyi ilə müalicəni evdə davam etdirmək istədi. Martın 22-si yenidən təcili yardımla Sabunçu xəstəxanasına yerləşdirilmiş və yenidən müalicəsi başlanmışdır. Müalicənin ikinci həftəsində vəziyyəti yenidən pisləşmişdir. Həkim onlara ciyərində naməlum şiş olduğunu, qan qusduğunu demiş, vəziyyətinin çox kritik olduğunu bildirmişdir. Aprel ayının ikisi səhər saatlarında həkim atasını ağ ciyər institutuna və ya onkoloji klinikaya aparmağını söyləmişdir. Sabunçu xəstəxanasında bu sahədə həkim olmadığını qeyd etmişdir. Həmin an atasının artıq ayaqları hərəkət etməmiş, huşunu itirmək üzrə olmuşdur. O, təcili yardım maşını istəyəndə xəstəxananın maşını olmadığını bildirmişlər. O da taksi tutmalı olmuşdur. Tibb bacısının köməyi ilə atasını çox çətinliklə maşına yerləşdirmişdir. Atasını birinci ağ ciyər institutuna aparmışdır. İnstitutun qarşısında onu içəri buraxmamışlar. Burada Covid xəstələrinin müalicə olunduğunu və işçilərin köçürüldüyünü demişlər. Onkoloji xəstəxanaya isə aparmaq istəyəndə, atası evə, anasının yanına getmək istədiyini demişdir. Atasını evə gətirmişdir. Aprel ayının 3-ü, səhər 5-in yarısında atasının vəziyyəti tam dəyişmişdir. Ölüm ayağında olduğu məlum olmuşdur. 5-in yarısından təcili yardıma zəng etmiş, saat 7-in yarısı təcili tibbi yardım gəlmiş, bir iynə vurub getmişdir. Təcili yardımın getməsindən *5 dəqiqə sonra atası dünyasını dəyişmişdir. Həmin andan təcili yardıma dayanmadan zəng etmiş, o və qonşu Nərminə xanımın telefon zənglərinə cavab verilməmişdir. Bu arada atasının həkimi ilə danışmışdır. Atasının rəhmətə getdiyini demişdir. Epikriz tərtib edəcəyini söyləmişdir. Onun bu məsələlərdə məlumatı olmadığı üçün ölüm kağızı olduğunu düşünmüşdür. Atası dəfn olunmağa aparılandan bir saat sonra telefona sms gələrək atasının covid olduğu bildirilmişdir. Bir az keçdikdən sonra, covidlə bağlı tədbirlərlə əlaqədar telefon zəngləri gəlməyə başlamışdır. O, artıq atasının rəhmətə getdiyini demişdir. O, özü də həmin ərəfədə çox pis xəstə olmuşdur. Atası müalicə alarkən onun Covid ola bilməsindən şübhələnib test götürmüşlər. Test götürülmə 0* aprel 202*-ci ildə olmuşdur. Bu barədə ona məlumat verilməmişdir. Aprel ayının 4-ü səhər test verdikdə onda covid olduğu aşkarlanmışdır. *0 gün sonra isə anası 75 faiz buzlu şüşə, covid diaqnozu ilə kritik halda xəstəxanaya yerləşdirilmişdir. Xəstəliklə bağlı müalicə olunub, bərpa olunanadək xeyli müddət keçmiş, sənədlərin düzəldilməsində yubanmışdır. X2 03 aprel 202*-ci il tarixdə həmin vaxt yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Zeynalabdin Tağıyev küçəsi, ev 3*6 ünvanında vəfat etmişdir. Mərhum atası Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Atasının adına ölüm haqqında şəhadətnamə almaq üçün ərizə ilə Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən imtina edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə müraciət edərək işə Şöbənin nümayəndəsinin iştirakçısı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin (vəkilin) izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən *0.*2.*978-ci il tarixdə verilmiş, V-JQ seriyalı, 4554*5 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi oğlu (X2, anası X*2) xx.xx.*978-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *0.*0.*978-ci il tarixdə *330 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.**.202*-ci il tarixli, *0*3-05/70 nömrəli məktubdan görünür ki, X3 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyrimümkün olduğu qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş 0*.**.202*-ci il tarixli, 269 nömrəli arayışdan görünür ki, X* qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X5 bildirdi ki, Ərizəçi mərhum qardaşı X3 qızıdır. Qardaşı Vidadi onkoloji xəstə olmuş, bundan başqa bir çox xəstəlikdən əziyyət çəkmişdir. 202*-ci ilin aprel ayının 3-ü müalicə aldığı Sabunçu xəstəxanasında vəziyyəti pisləşmiş, bundan sonra həkimlər xəstənin öləcəyini deyərək evə aparılmasını məsləhət görmüşlər. Evə apardıqdan qısa müddət sonra təcili yardım çağırmalı olmuşlar. Çağırışları üzrə gələn tibb işçiləri də xəstənin qısa vaxtda öləcəyini demişlər. Onlar getdikdən qısa müddət sonra da qardaşı Vidadi Əbdülməmmədov vəfat etmişdir. Həmin vaxt o da qardaşının yanında olmuş, hadisələrə birbaşa şahid olmuşdur. Qardaşının ölümündən sonra yenidən dəfələrlə zəng edərək təcili yardım çağırsalar da gələn olmamışdır. Sonradan bilmişlər ki, ölüm səbəbi koronavirusdandır. Beləliklə, qardaşı 03.04.202*-ci il tarixdə Suraxanı rayonunda vəfat etmiş, Bülbülə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi atası X4 03 aprel 202*-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda ölmüş, Bülbülə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Bu hal məhkəmə iclasında izahat verən şahid ifadəsi, qəbiristanlığın yerləşdiyi qəsəbənin bələdiyyəsi tərəfindən verilmiş arayış kimi sübutlarla təsdiq edilmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: *58.*-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. *58.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. *59.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. *93.*-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. *93.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. İşdən görünür ki, ərizəçi məhkəmədən X2nun 03 aprel 202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı). Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X3 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi atasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi atasının ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxsin ərizədə qeyd edilənləri təsdiq etmişdir. Eyni zamanda, 03 aprel 202*-ci il tarixdə ərizəçinin atasının dəfni müvafiq qəsəbə nümayəndəliyi tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 03 aprel 202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahidin ifadəsi ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 03 aprel 202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-553/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-553/2022
19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver