Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5543/2021 25.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 25.03.1994cü il təvəllüdlü X5 15.07.1994-cü ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, 25.03.1994-cü il təvəllüdlü X10 Bakı şəhərində anadan olmuşdur. X5 anadangəlmə beyin hüceyrələrində bədxassəli şiş olduğu üçün doğulduqdan dörd ay sonra 15.07.1994-cü il tarixdə vəfat etmişdir. X5 ölümü ilə bağlı ərizəçiyə heç bir Tibbi arayış təqdim olunmamışdır. Ərizəçi oğlu X8 ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri, Baş Səhiyyə İdarəsi 1 saylı Uşaq Poliknikasına və Bakı şəhəri 3 saylı Şəhər Poliknikasına ərizə ilə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bu Barədə 2 saylı Bakı “Asan xidmət” X7 etdiyi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə təqdim olunması üçün ölümün qeydə alınması mümkün deyil və aidiyyatı üzrə məhkəməyə müraciət olunmasını bildirilmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi, oğlu X5 ölüm faktının müəyyən olunması həyat yoldaşı Akim İsmayılov vəfat etdiyi üçün mirasın qəbulu zamanı oğlu X5 vərəsə kimi notarial sistemdə adının mövcud olması ilə bağlıdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş 23.08.2021-ci li tarixli məktubundan görünür ki, İsmayılovlar ailəsinin üzvləri, X11, X10 və qeyrilərinin məzarları var. Ad və soyadları sadalanan mərhumlar Mehdiyabad Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş 23.06.2021-ci il tarixli Bakı şəhər Baş Səhiyyə İdarəsi 1 nömrəli Uşaq Poliknikası tərəfindən verilmiş məktubdan müəyyən olunur ki, 25.03.1994-cü il təvəllüdlü X10 barəsində Poliknikaya müraciət olunmamış və “ölüm haqqında tibbi şəhadətnamə”si verilməmişdir. İş materiallarına əlavə edilmiş 18.06.2021-ci il tarixli 3 nömrəli Şəhər Poliknikası tərəfindən verilmiş məktubdan müəyyən olunur ki, 25.03.1994-cü il təvəllüdlü X10 barəsində qohumlarının iddiasına əsasən Ülvi İsmayılov 4 aylığında vəfat etmişdir. Belə ki, 3 nömrəli Şəhər Poliknikası 18 yaşından yuxarı vətəndaşlara xidmət edir. X2 haqqında 3 nömrəli Poliknikada məlumat yoxdur. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 21.09.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi 15.07.1994-cü il tarixdə vəfat etmiş oğlu X5 ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “X3nın qeydiyyatı Qaydası” - nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktını təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin olunması qeyri-mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nəsimi Rayon İdarəsi tərəfindən verilmiş 17.09.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, 25.03.1994-cü il təvəllüdlü mərhum X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsində hərbi qeydiyyatdan keçməmişdir. İş materiallarına əlavə edilmiş 25.02.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 22.02.2018-ci il tarixdə ölmüşdür. iş materiallarına əlavə edilmiş 18.06.1994-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X10 25.03.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. X4, anası Ərizəçidır. iş materiallarına əlavə edilmiş Nəsimi rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 18.06.1994-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 25.03.1994-cü il təvəllüdlü X5 atası hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbrüstü abidənin fotoşəkilinin surətindən görünür ki, X10 15.07.1994-cü ildə dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə “X3” AQİS-ən verilmiş Çıxarışdan müəyyən olunur ki, X10 25.03.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, 18.06.1994-cü il tarixdə akt qeydinin 376328 nömrli şəhadətnamə verilmiş və yaşadığı yeri müəyyən olunmamışdır. İş üzrə şahid X12 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qardaşının həyat yoldaşıdır. X10 isə onun qardaşı oğludur. Ülvi 25.03.1994-cü il tarixdə dünyaya gəlmiş və üç-dörd ay yaşadıqdan sonra bilinməyən xəstəlikdən vəfat etmişdir. Onun dəfnində iştirak etmiş və Mehdiyabad Qəbirstanlığında dəfn etmişlər. Digər şahid X9 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun əmisinin həyat yoldaşıdır, X10 isə onun əmisinin oğludur. Onun təxmini 12 yaşı olanda əmisinin oğlu X10 anadan olmuş və üç dörd ay yaşadıqdan sonra vəfat etmişdir. Həmin dəfn mərasimində iştirak etmiş və onu Mehdiyabad Qəbirstanlığında dəfn etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X5 15.07.1994-cü il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25.03.1994cü il təvəllüdlü X5 15.07.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 25.03.1994-cü il təvəllüdlü X5 15.07.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-5543/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5543/2021
25.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver