Məhkəmə qərarları › İş №2(010)-5585/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5585/2021

25.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5585/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhər Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 25 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi Bakı şəhər Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X2nun 03 sentyabr 2021-ci ildə vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, 13 oktyabr 1961-ci il təvəllüdlü X2 ilə birlikdə yaşamışdır, faktiki yaşadığı ünvan Bakı şəhəri, Suraxanı rayonu, Qum adası olmuşdur. Atası həmişə sağlam insan olsa da son vaxtlar urək ağrılarından əziyyət çəkmişdir, tanıdığı həkimə müraciət etdikdə, məlum olmuşdur ki, atası mikroinfarkt keçirmişdir, həkim ona dərman müalicəsi ilə yanaşı ağır iş görməmək, fiziki yükə məruz qalmamasını tapşırsa da atası həkimin tövsiyyələrinə tam əməl etmədiyinə görə 03.09.2021-ci ildə onun vəziyyəti pisləşmiş və təcili tibbi yardıma müraciət etmişdir. X2 həmin təcili tibbi yardımın maşınında xəstəxanaya aparılan zaman vəfat etmişdir və ona həkimə qədər ölüm halını təsdiq edən akt verilmişdir. O, atası həmin arayış əsasında dəfn etdi və bundan sonra ölüm haqqında qanunvericiliklə forması müəyyən edilmiş tibbi arayışın verilməsi üçün poliklinikaya müraciət etmişdir. Lakin tibb müəssisəsi ona atasının ölümü haqqında qanunvericiliklə forması müəyyən edilmiş tibbi arayışın verilməsindən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, atası tibb müəssisəsində qeydiyyatda olmamışdır. Qeyd edilən tibbi arayışı da təqdim edə bilmədiyindən Suraxanı rayon Qeydiyyat Şöbəsi ona atasının Ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Atasının ölüm haqqında şəhadətnaməsinin alınmasının dəfn müavinətinin alınması, və digər sənədləşmə işlərinin aparılması zərurəti ilə bağlı vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, X2nun 03 sentyabr 2021-ci ildə vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, atası X4 03.09.2021-ci il tarixdə Bakı şəhərində dünyasını dəyişdiyini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X10 verdiyi izahatında, o Ərizəçi yaxın qonşusu olduğunu, həmin gün məhlədə təcili tibbi yardım maşınını gördüyünü, Nahidgilin qapıları açıq olduğunu, həmin vaxt mərhum şəxsin hələ həyatda olduğunu, daha sonra Sabunçu xəstəxanasına apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 Nahid onun bacısının oğlu olduğunu, bacısının oğlu və qonşuların onu xəstəxanaya apardıqlarını, onlar xəstəxanaya çatanda ürək tutmasından rəhmətə getdiyindən, yas mərasiminin Bakıda olduğunu, Masallıda dəfn olunduğunu, onun 40 mərasiminin təzə olduğunu, axıra qədər bütün mərasimlərdə iştirak etdiyini bildirmişdir. Maraqlı şəxs Suraxanı rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 828-05/70 nömrəli məktubu ilə Suraxanı rayon Qeydiyyat şöbəsində ərizəçinın 03.09.2021-ci il tarixdə vəfat etmiş yoldaşı X6 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə cavab olaraq, X9 barədə 'Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə 24.09.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası’’ nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi, ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılması, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah olunmuşdur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. Mülki iş materiallarında olan “X18” X20 tərəfindən verilmiş 03.09.2021-ci il tarixli həkimə qədər ölüm haqqını təsdiq edən aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası ünvanında 03.09.2021-ci il tarixdə, saat 14:45-də X9 vəfat etmişdir. Mülki iş materiallarında olan X11 məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə Masallı rayonunda anadan olmuşdur. Bakı şəhəri, Əmircan qəsəbəsi, Balandin 42 ünvanında yaşayır. İş materiallarında olan Masallı rayon VAAQD qeydiyyat şöbəsi tərəfindən verilmiş Xİİİ-ЖГ seriyalı 270062 nömrəli, 15.12.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin təkrarından görünür ki, Ərizəçi 03.12.2016-cı il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 19 fevral 1987-ci il tarixdə 422 sayla qeyd edilmişdir. Ata qrafasında X9, ana qrafasında X7 qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını və çıxışını, şahidlərin ifadələrini nəzərə alaraq, iş materiallararını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, ərizəçi X3 oğlu 13.10.1961-ci il təvəllüdlü X9 03.12.2021-ci il tarixdə vəfat etmiş və Masallı şəhər qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi atası 13.09.1961-ci il təvəllüdlü X9 03.09.2021-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası 13.09.1961-ci il təvəllüdlü X9 03.09.2021-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Bakı şəhərində Suraxanı rayon Qeydiyyat şöbəsinə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar