Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5606/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya orqanında bağlanmış 01 avqust 2023-cü il tarixli barışıq sazişinin tanınması”na dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya orqanında bağlanmış 01 avqust 2023-cü il tarixli barışıq sazişinin tanınması”na dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs aliment ödənişinə dair Bakı 8 Saylı Mediasiya təşkilatının xx.xx.20203-cü il tarixli MŞB/8/2023- 01476 saylı Barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü X1 məqsədilə aliment ödənişinin verilməsi üçün müraciət etdiyi Bakı 8 Saylı Mediasiya təşkilatının xx.xx.20203cü il tarixli MŞB/8/2023-01476 saylı Barışıq sazişi bağlanmış və xx.xx.2023-cü il tarixdən etibarən ona hər ayın 10-dan 15-dək 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin ödənilməsinə razılığa gəlinmişdir. Borclu şəxs barışıq sazişinin şərtlərinə sonradan əməl etməmiş və pul ödənişindən qərəzli yayınmağa başlamışdır. Hal-hazırda xx.xx.2008-ci il təvəllüdlü X5 onun himayəsindədir və onun saxlanma xərclərininin öhdəsindən gələ bilmir. Ata olan və üzərinə uşağının saxlanması öhdəliyi götürmüş Maraqlı şəxs vəzifələrinin öhdəsindən gəlmir və uşağın saxlanmasından yayınır. Ona görə də, mediasiya orqanında bağlanmış sazişin tanınması barədə məhkəmə qərarı qəbul edilməlidir. Ərizəçi məhkəmə iclasında iştirak etmir, lakin ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ərizəsini müdafiə edir, məhkəmə iclasının iştirakı olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: Birinci tərəf: 1.Ərizəçi Bu Sazişi imzalamaqla İkinci tərəf Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladı xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən ona hər ayın 10-dan 15-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəfə qarşı digər tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. İkinci tərəf: 1. Babayev X4 imzalamaqla Birinci tərəf Ərizəçi ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladı xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 10-dan 15-dək Birinci tərəf Ərizəçi (birinci tərəfindən təqdim ona edəcəyi bank hesabına) 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı öhdəlik götürür.
2. Birinci tərəfə qarşı qarşılıqlı tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ seriyalı 131811 nömrəli şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs X3 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 2(010)-2886/2012 nömrəli iş üzrə 27 sentyabr 2012-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 04 sentyabr 2012-ci il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs 28 noyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilməlidir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə doğulmuş və valideynləri qrafasında atası Maraqlı şəxs və anası Ərizəçidır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi Mixayılova və Maraqlı şəxs faktiki olaraq nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə uşağın tərəflərdən hansının yanında qalması, aliment ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, hər iki tərəf birgə nikahdan doğulmuş uşağın anasının yanında qalmasına və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan aliment tutulmasına razıdır. Daha sonra barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi Mixayılova barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Mixayılova və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi Mixayılova tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi Mixayılova və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
Birinci tərəf: 1. Ərizəçi Bu Sazişi imzalamaqla İkinci tərəf Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladı xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən ona hər ayın 10-dan 15-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəfə qarşı digər tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. İkinci tərəf: 1. Babayev X4 imzalamaqla Birinci tərəf Ərizəçi ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladı xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 10-dan 15-dək Birinci tərəf Ərizəçi (birinci tərəfindən təqdim ona edəcəyi bank hesabına) 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı öhdəlik götürür.
2. Birinci tərəfə qarşı qarşılıqlı tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Ödənilmiş – 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova