Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5689/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi
1. Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X2 Ərizəçi himayəsində saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay əmək haqqının 1/4 məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, saziş bağlandıqdan sonra maraqlı şəxs öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Bu səbəbdən barışıq sazişinin təsdiq edilməsi zərurəti yaranmışdır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, barışıq sazişi imlandıqdan sonra o, ixtisara düşməklə işdən azad olunmuşdur. Daha sonra, fəhləliklə məşğul olmuş və işlədiyi müddətdə qazancının 130 manatından 110 manatını 2 dəfə olmaqla, bir dəfə isə 50 manat alimentlə bağlı ödəniş etmişdir. Bununla bağlı X3 müraciət etmişdir, noyabr ayından etibarən ödəniş olunacaq və o, alimentlə bağlı ödənişlər edəcək.
İş materialları
5. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:
1. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə 5 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə № 3152 qeydi ilə bağlanan nikahın ləğv edilməsinə razıdır. 2.Birgə nikahdan dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü övladı X2 Birinci tərəf (uşaqların anası) Ərizəçi yanında (himayəsində) qalmasına razıdır.
3. Birgə nikahdan dünyaya gələn xx.xx.2023-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən Birinci tərəfə hər ay əmək haqqının 1/4 məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır.
4. Birinci tərəf Ərizəçi birgə nikahdan dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü övladı X4 ilə xx.xx.2023-cü il tarixdən etibarən hər ay 4 dəfə olmaqla hər həftənin bazar günləri saat 11:00-dan 15:00-dək (ananın iştirakı ilə ) ünsiyyətdə olmasına şərait yaradacağına dair üzəri götürdüyü öhdəliklə razıdır.
5. Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Nikahın ləğv edilməsi ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir.
6. AZ-İİ seriyalı, 524187 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X5 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşdurlar.
7. AZ-İV seriyalı, 791386 nömrəli “doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. X1, anası Ərizəçidır.
İşin faktiki halları
8. İşin halları ondan ibarətdir ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olmuş və bu nikahdan bir övladları anadan olmuşdur. Onlar arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmış və həmin sazişə əsasən, Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X2 Ərizəçi himayəsində saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay əmək haqqının 1/4 məbləğində aliment tutularaq Ərizəçi xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Mövcud tələbdə ərizəçi maraqlı şəxsin hazırda barışıq sazişi şərtlərinə əməl etmədiyini qeyd edərək barışıq sazişinin təsdiq edilməsi zərurətinin yarandığını bildirir. Maraqlı şəxsin nümayəndəsi isə ərizəyə etirazını onunla əsaslandırır ki, maraqlı şəxs ixtisara düşməklə işdən azad olunmuşdur. Daha sonra fəhləliklə məşğul olmuş və işlədiyi müddətdə qazancının 130 manatını 2 dəfə olmaqla, bir dəfə də 50 manat alimentlə bağlı ödəniş etmişdir. Bununla bağlı X3 müraciət etmişdir və noyabr ayından etibarən ödəniş olunacaq və alimentlə bağlı ödənişlər edəcəkdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
10. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
11. «Uşaq hüquqları haqqında» Konvensiya Həmin Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
Məhkəmənin mövqeyi
12. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
13. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. İşin hallarından və proses iştirakçılarının izahatından aydın olur ki, Saziş müəyyən dövr ərzində maraqlı şəxs tərəfindən icra edilsə də, hazırda maraqlı şəxs barışıq sazişi şərtlərini yerinə yetirmir.
14. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə birgə nikahdan anadan olan övladlarının aylıq xərclərinin qarşılanması ilə bağlı barışıq sazişi imzalamışlar. Bu xüsusda, məhkəmə maraqlı şəxsin bir müddət əvvəl işdən azad olunması ilə razılaşmır. Ona görə ki, maraqlı şəxsin etirazı mediasiya orqanında bağlanmış barışıq sazişinin qanunazidd olması qənaətinə gəlməyə əsas vermir. Maraqlı şəxsin işdən azad olunmağı ərizəçi ilə aralarında bağlanmış barışıq sazişi (əqd) ilə üzərinə götürdüyü öhdəlikdən azad edə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin təsdiq edilməsi qanuni və əsaslıdır.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Ərizə təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, məhkəmə ərizəçini dinləyib, iş materiallarına nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-25-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023- 00832 saylı barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin:
1. Tərəflər razılaşırlar ki, onlar arasında xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı ASAN Xidmət Mərkəzində bağlanmış 3152 saylı nikah pozulsun.
2. Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulan xx.xx.2022-ci il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılsın.
3. Tərəflər razılaşırlar ki, birgə nikahından doğulan xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay Maraqlı şəxs aylıq qazancının və (və ya) başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq Ərizəçi bank hesabına (kartına) köçürülsün.
4. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs övladı xx.xx.2022-ci il təvəllüdlü X4 ilə xx.xx.2023-cü il tarixdən hər ay 4 dəfə olmaqla hər həftənin bazar günləri saat 11.00-dan saat 15.00-a dək ünsiyyətdə olmaq hüququ verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov