Məhkəmə qərarları › İş №2(010)-576/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-576/2022

14.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-576/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhər Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında *4 yanvar 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi Bakı şəhər Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 aprel *978ci il təvəllüdlü X* 28 noyabr 202*-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, 05 aprel *978-ci il təvəllüdlü X3 onun oğludur. 28 noyabr 202*-ci il tarixdə oğlu X3 yaşadığı Bakı şəhəri. Xətai rayonu, S.Vəzirov küçəsi, ev *7C, mənzil 6 ünvanda olan zaman səhhəti qəflətən pisləşmiş, onlar dərhal təcili tibbi yardım stansiyasına zəng vuraraq, yaşadığı ünvana həkim dəvət etmişdir. Lakin təcili tibbi yardım həkimləri gəlib, oğlunun artıq ölməsini onlara bildirmişlər. O, oğlunu dəfn etmiş, bütün qohumları oğlunun yas mərasimlərində iştirak etmiş və həmin şəxslər də oğlumun ölməsi faktını təsdiq edə bilərlər. Lakin oğlu öləndən sonra onların başı yas mərasiminə qarışmış oğlunun ölümü barədə şəhadətnamə almaq üçün lazımi sənədləri toplayıb qeydiyyat şöbəsinə təqdim etməmişdirlər. Bundan sonra isə bu yaddan çıxmış, oğlu barədə ölüm haqqında şəhadətnamə almamışlar. O, hal-hazırda vərəsəlik məsələlərinin həlli iə əlaqədar Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə gedərək oğlunun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman qeydiyyat şöbəsindən oğlu X* ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün, onun ölümü barədə akt qeydini tərtib etmək qeyri-mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Oğlu ev şəraitində öldüyü üçün tibb müəssisəsi oğlunun ölməsi barədə tibbi şəhadətnamə verməmişdir. Oğlunun 28 noyabr 202*-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ona miras əmlakın rəsmi qəbul edilməsinə görə ölüm haqqında şəhadətnamə almağı üçün lazımdır. O, oğlu X* ölüm faktının müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyinə görə Suraxanı rayon məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Odur ki, 05 aprel *978-ci il təvəllüdlü X* 28 noyabr 202*-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 verdiyi izahatında, 05 aprel *978-ci il təvəllüdlü X* xalası olduğunu, X* uzun müddət xəstə olduğunu, yüksək hərarətinin olduğunu və tez-tez təcili-tibbi yardım xidmətinin gəldiyini, 28 noyabrda 202*-ci il tarixində rəhmətə getdiyini, təcili-tibbi yardım xidmətinin onlara polis çağırmalı olduqlarını izah etmədiyini, X* rəhməyə getdiyi vaxtı bütün qohumlarının orada olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 verdiyi izahatında, 05 aprel *978-ci il təvəllüdlü X* uzun müddətdir ki, xəstə olduğunu, 27 noyabr 202*-ci il tarixində rəhmətə getdiyini, həmin vaxtda özünün və 05 aprel *978-ci il təvəllüdlü X* atasının, qardaşının, xalasının, bibilərinin, əmisinin orada olduğunu, X2 Qaraçuxur qəsəbəsində dəfn etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X9 verdiyi izahatında, 05 aprel *978-ci il təvəllüdlü X* dayısının oğlu olduğunu, 27 noyabr 202*-ci il tarixində vəziyyətinin pis olduğunu eşitdiyini və həmin gün rəhmətə getdiyini, rəhmətə getdiyi günü onun və bütün qohumlarının orada olduğunu, 28 noyabr 202*-ci il tarixində Qaraçuxur qəsəbəsində dəfn etdiklərini bildirmişdir. Maraqlı şəxs Suraxanı rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını və çıxışını, şahidlərin ifadələrini nəzərə alaraq, iş materiallararını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 dekabr 202*-ci il tarixli *056-05/70 nömrəli məktubu ilə Suraxanı rayon Qeydiyyat şöbəsində ərizəçinın 09.28.202*-ci il tarixdə vəfat etmiş yoldaşı X* ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə cavab olaraq, X3 barədə 'Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə 02.*2.202*-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası’’ - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi, ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılması, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah olunmuşdur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. Mülki iş materiallarında olan “BŞT TTYS” 2 saylı bölmə tərəfindən verilmiş 28.**.202*-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev *7C, mənzil 6 ünvanında 28.**.202*-ci il tarixdə, saat 00:05-də vəfat etmişdir. Mülki iş materiallarında olan Ərizəçi məxsus AZE seriyalı *4*48332 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X3 05.04.*978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev *5 ünvanında yaşayır. Mülki iş materiallarında olan Suraxanı rayon İcra Hakmiyyəti Başçısının Qaraçuxur qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.*2.202*-ci il tarixli *272 saylı arayışa əsasən, X3 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev *5 saylı evdə qeydiyyatdadır. Mülki iş materiallarında olan “X** LTD” MTK tərəfindən verilmiş 04 dekabr 202*-ci il tarixli arayışa əsasən, Ərizəçi hal-hazırda Bakı şəhəri, S.Vəzirov küçəsi, ev *7 C münvanında *nömrəli giriş, 6 nömrəli mənzildə, 2 otaqlı mənzildə yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi oğlu 05 aprel *978-ci il təvəllüdlü X3 28.**.202*-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin *4.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 2*3-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi oğlu 05 aprel *978-ci il təvəllüdlü X* 28.**.202*-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Bakı şəhərində Suraxanı rayon Qeydiyyat şöbəsinə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar