Məhkəmə qərarları › İş №2(010)-5783/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5783/2023

20.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5783/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb olunmaqla) “mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/6-0295 №-li barışıq sazişinə əsasən:

1. Tərəflər əlavə vaxt təyin edilmədən nikahın pozulması ilə bağlı qarşılıqlı razılıq əldə edirlər.

2. Tərəflər razılığa gəlir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 Esmira Rauf qızının himayəsində qalacaqlar.

3. Tərəflər razılığa gəlir ki, Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 üçün hər ay 500 (beş yüz) AZN olmaqla aliment ödəməyi öhdəsinə götürür.

4. Tərəflər razılığa gəlir ki, Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 ilə ünsiyyəti sərbəst olunacaqdır.

İşin faktiki halları

2. Ərizəçi və Maraqlı şəxs arasında barışıq sazişinin bağlanması, lakin Maraqlı şəxs barışıq sazişini könüllü qaydada icra etməməsi və bu səbəbdən iddiaçının məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır.

Ərizəçinin tələbi

3. Ərizəçi (Maraqlı şəxs qismində cəlb olunmaqla) “mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü tarixli barışıq sazişinin şərtlərinə əsasən övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsinə və cavabdeh Maraqlı şəxs uşaqların saxlanılmasına görə ümümlikdə hər ay 500 (beş yüz) AZN olmaqla sabit pul məbləğində aliment tutulmasına dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

4. Ərizəçi ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək aliment məbləğinin qarşı tərəfin maaş kartından onun maaş kartına köçürülməsini, buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 3. Mediasiyanın tətbiq dairəsi 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Məhkəmənin mövqeyi

8. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

9. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, saziş könüllü qaydada icra edilmədiyi üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1- ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir.

Məhkəmə xərcləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

11. Ərizə təmin edildiyi üçün ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində pul Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə

12. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarına nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/6- 0295 №-li barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməlidir: 1. Tərəflər əlavə vaxt təyin edilmədən nikahın pozulması ilə bağlı qarşılıqlı razılıq əldə edirlər. 2. Tərəflər razılığa gəlir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 Esmira Rauf qızının himayəsində qalacaqlar. 3. Tərəflər razılığa gəlir ki, Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 üçün hər ay 500 (beş yüz) AZN olmaqla aliment ödəməyi öhdəsinə götürür. 4. Tərəflər razılığa gəlir ki, Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 ilə ünsiyyəti sərbəst olunacaqdır.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-25-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/6-0295 №-li barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər əlavə vaxt təyin edilmədən nikahın pozulması ilə bağlı qarşılıqlı razılıq əldə edirlər.

2. Tərəflər razılığa gəlir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 Esmira Rauf qızının himayəsində qalacaqlar.

3. Tərəflər razılığa gəlir ki, Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 üçün hər ay 500 (beş yüz) AZN olmaqla aliment ödəməyi öhdəsinə götürür.

4. Tərəflər razılığa gəlir ki, Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 ilə ünsiyyəti sərbəst olunacaqdır. Ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Maraqlı şəxs Ərizəçi xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar