Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-579/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, **.02.*995-ci ildə vəfat etmiş *933-cu il təvəllüdlü qaynanası X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onun mərhum qaynanası *933-cü ildə Azərbaycan Respublikasının Zəngilan rayonun Bartaz kəndində anadan olmuş X7 **.02.*995-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onların ailəsi şəhid ailəsidir. Hal-hazırda qaynanasının ölüm haqqında şəhadətnaməsi ona “Yaşat Fonduna” təqdim etmək üçün lazımdır. X4 ölümünün qeydiyyata alınması və ölüm haqqında akt qeydinin verilməsi ilə bağlı Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət edilmiş, 07.*2.202* -ci il tarixli məktubda ölüm haqqında tibbi şəhadətnaməni tətqdim edə bilmədiyi üçün ona imtina cavabı verilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhz buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, Ərizəçi onun bibisi qızıdı. X* həm də onun bacısının baldızı idi. Mərhum onkoloji xəstə idi, Hövsan qəsəbəsində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X** ifadəsində göstərdi ki, o, Ərizəçi ilə bir binada yaşamışlar, qonşu olmuşlar. Ərizəçinin həyat yoldaşı şəhid olandan sonra bir az keçmiş qaynanası da rəhmətə getmişdir. Ərizəçinin qaynanası vəfat edəndə təqribi qış ayı idi. Məhkəmə iclasında şahid qismində dindirilən X*0 ifadəsində göstərdi ki, o, mərhumla Hövsanda bir binada yaşamışlar, qonşudurlar. Mərhumun adı Sara idi və *995ci ildə vəfat etmişdir. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş; Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 07.*2.202*-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, X7 barədə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 07.*2.202*-cı ilədək daxıl edilmiş ütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. SSSR pasportu ilə müəyyən olunur ki, X7 *933-cü ildə Azərbaycan SSR Zəngilan rayonunun Bartaz kəndində anadan olmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin *6.*0.20*8-ci il tarixli doğum haqqında arayışından görünür ki, X2 *4.08.*960-cı ildə Zəngilan rayonunun Mircavan kəndində anadan olmuş və valideynləri X3 və X5r. Zəngilan rayon İH-nin Mircavan qəsəbəsi üzrə nümayəndəliyinin 28.09.*992-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, X2 ilə Ərizəçi arasında nikah 28.09.*992-ci ildə bağlanmışdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 25.06.20*0-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X2 07.0*.*994-cü ildə Xocavən rayonunda döyüşdə həlak olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qaynanası X7 *933-cü ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olmuş və **.02.*995-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi qaynanası S.Məhərrəmovanın ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi qaynanası barədə heç bir sənəd təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamənin maddi yardım almaq məqsədilə «Yaşat Fonduna» təqdim olunması üçün lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *933-cü ildə Azərbaycan SSR Zəngilan rayonunun Bartaz kəndində anadan olmuş X4 **.02.*995-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli və bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *933-cü il təvəllüdlü X4 **.02.*995-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin və bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılsın. Ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-579/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-579/2022
14.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver