Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5792/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi. 1.Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası Gorus rayonunda anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, həyat yoldaşı X7 xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası Gorus rayonunda anadan olmuş, xx.xx.2025-ci ildə isə Bakı şəhərində yaşadıqları evdə vəfat etmişdir. O və qohumları həyat yoldaşını yaxınlıqdakı Dədə-Qorqud məzarlığında dəfn etmişlər. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, həyat yoldaşının ölüm pulunun alınması, vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. O, həyat yoldaşına ölüm şəhadətnaməsi almaq məqsədi ilə Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, müraciətinə cavab olaraq qeyd edilmişdir ki, X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdirilmiş qeydiyyat informasiya sistemdə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən X2 ölümünün qeydə alınması mümkün deyil. Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə edir. Həyat yoldaşının ölümü haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həyat yoldaşının ölməsi faktını təsdiq edəcək sübutları ərizəyə əlavə edir. Eyni zamanda məhkəmə iclasında həyat yoldaşının ölməsi faktını təsdiq edəcək şahidləri də olacaqdır.
Tərəflərin izahatları.
3. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü X7 onun həyat yoldaşıdır. Onun qan təzyiqi yüksəlmiş, komaya düşmüşdür. Neyrocərrahiyyə Xəstəxanasına aparsalar da, qan təzyiqini endirmək mümkün olmamış və onlara bildirilmişdir ki, xəstəni evə aparsınlar. X7 xx.xx.2025-ci ildə vəfat etmiş və Dədə-Qorqud məzarlığında dəfn edilmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamənin alınması müəyyən hüquqi sənədləşdirmə işlərini aparmaq üçün lazımdır, belə ki, ev X2 adına rəsmiləşdirilmiş və evi vərəsəliklə qəbul etmək istədiklərini bildirmişdir.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid İfadələri
5. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun uzaq qohumdur. X7 9 gün xəstəxanada qalmış və sonra vəfat etmişdir. Onlar bu haqda məlumat eşitdikdən sonra evə getdiklərini bildirmişdir.
6. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə 14 ildir ki, qonşudurlar. Rahilənin gəlini ona bildirmişdir ki, X7 vəfat etmiş və o dərhal köməyə getmişdir. Daha sonra bu barədə Təcili və X3 zəng edərək məlumat vermişlər. Təcili və X6 Stansiyasının həkimi gəldikdən sonra onun artıq öldüyünü qeyd etmişdir. Onun heç bir xəstəliyi yox idi, lakin qan təzyiqi yüksəldiyindən, 1 həftədən artıq xəstəxana qaldı və xəstəxanadan gələn gün vəfat etdi.
İş materialları.
7. xx.xx.2025-ci il tarixli Respublika Təcili və X6 Mərkəzi “PHŞ” Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X2 adına xx.xx.2025-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixdə 3-16-5/7-10- 2671/25 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən X2 ölümünün qeydə alınması mümkün deyil. Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməsini tövsiyə edir.
9. İİİ-ЖГ seriyalı 326827 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 ilə Ərizəçi xx.xx.1984-cü il tarixdə 493 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Həsənova, Həsənov soyadı verilmişdir. 10.Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 339 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi mərhum həyat yoldaşı X7 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, Dədə Qorqud qəbirsanlığında dəfn edilmişdir.
11. Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X10 “Bakı Baş Səhiyyə Mərkəzi” X10 30 nömrəli Ambulatoriya tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, həyat yoldaşı xx.xx.1958-ci il təvəllüdlü X7 ambulatoriyada hər hansı bir xəstəliklə bağlı dispanser qeydiyyatda olmadığı və müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə(Forma 106) 30 nömrəli Ambulatoriya tərəfindən verilə bilməz.
İşin faktiki halları.
12. Ərizəçi X7 ilə xx.xx.1984-cü ildə nikaha daxil olmuşdur. xx.xx.2025-ci il tarixində saat 14:00 radələrində xx.xx.1958-ci il təvəllüdlü X1 rayonu, Zığ qəsəbəsi, Qum adası, ev 8 ünvanında ölmüşdür. Respublika Təcili və X6 Mərkəzi “PHŞ” tərəfindən çağırış icra olunmuş, həmin qurumun həkimləri tərəfindən X4 baxış keçirilərkən "həkimə qədər ölüm” faktı müəyyən olunmuşdur. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamənin alınmasının müəyyən hüquqi sənədləşdirmə işləri aparılması üçün, evin vərəsəliklə qəbul edilməsi üçün zəruri olmasını əsaslandırmışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı.
4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.
16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi X7 ilə xx.xx.1984-cü il tarixdə nikaha daxil olmuşdur. xx.xx.2025-ci il tarixində saat 14:00 radələrində xx.xx.1958ci il təvəllüdlü X1 rayonu, Zığ qəsəbəsi, Qum adası, ev 8 ünvanında ölmüşdür. Respublika Təcili və X6 Mərkəzi “PHŞ” çağırış icra olunmuş, həmin qurumun həkimləri tərəfindən X4 baxış keçirilərkən "həkimə qədər ölüm” faktı müəyyən olunmuşdur. Hazırda ölüm haqqında şəhadətnamənin alınmasının müəyyən hüquqi sənədləşdirmə işləri aparılması üçün, evin vərəsəliklə qəbul edilməsi üçün zəruridir.
Məhkəmə xərcləri.
17. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1958-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova