Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5823/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı 20 saylı Mediasiya Təşkilatı olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi
1. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı 20 saylı Mediasiya Təşkilatı olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 ilə aralarında xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs2 ilə birgə nikahdan anadan olmuş övladları 16 iyul 2017-ci il təvəllüdlü X6 və 17 may 2021-ci il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixindən (hər ayın 05-nədək) başlayaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat ümumi olaraq 500 (beş yüz) manat alimentin Maraqlı şəxs2 tutulması barədə barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri
2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 ilə 27 dekabr 2019-cu il tarixdə yenidən rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 16 iyul 2017-ci il təvəllüdlü X6 və 17 may 2021-ci il təvəllüdlü X4 adlı iki uşaqları dünyaya gəlmişdir. Daha sonra o, Maraqlı şəxs2 ilə aralarında xasiyyət uyğunsuzluğu səbəbindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə nikahın pozulması tələbi ilə müraciət etmiş və nikah məhkəmənin müvafiq qətnaməsi ilə pozulmuşdur. Qeyd edir ki, sözügedən məhkəmə prosesi olmadan əvvəl məhkəməyədək mediasiya prosesində Maraqlı şəxs2 ilə aralarında barışıq müəyyən olunmuş və cavabdeh birgə nikahdan olan övladlarının onun yanında saxlanılmaları, həmçinin onların saxlanılmaları üçün hər ayın 05-dək hər uşaq üçün 250 manat, cəmi 500 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi öz qətnaməsində övladlarının saxlanılmalarına dair aliment məsələsinə hüquqi qiymət verməmiş, yanlız maraqlı şəxslə aralarındakı nikahın pozulması ilə bağlı qətnamə qəbul etmişdir. Belə ki, Maraqlı şəxs2 barışıq sazişinin şərtlərinə bir müddət riayət etsə də, daha sonra müxtəlif bəhanələrlə sonuncu ayın ödənişini, yəni xx.xx.2024-cü il tarixdə icra etməli olduğu öhdəliyi yerinə yetirməmişdir. Artıq maraqlı şəxsin öhdəliyinin icrasından 2 həftə vaxt keçməsinə baxmayaraq, o, qeyd olunan alimenti ödəməməkdə israr edir.
Tərəflərin izahatları
3. Maraqlı şəxslər Bakı 20 saylı Mediasiya Təşkilatına və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
İş materialları
5. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs2 (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:
1. Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs2 xx.xx.2018-ci il tarixdə, № 50 nömrə ilə qeydə alınmış nikahın pozulmasına etiraz etmirlər.
2. Tərəf 2 (Maraqlı şəxs2) Tərəf 1 (Ərizəçi) ilə birgə nikahlarından olan övladları (xx.xx.2017-ci il təvəllüdlü X6) və (xx.xx.2021-ci il təvəllüdlü X4) üçün hər ayın 5-ə qədər ayrı-ayrılıqda 250 AZN, ümumilikdə 500 AZN alimenti uşaqlar yetkinlik yaşına çatana qədər ödəməyi öz öhdəsinə götürür.
3. Ata Tərəf 2 (Maraqlı şəxs2) övladları (X6) və (X4) ana Tərəf 1 ( Ərizəçi) ilə qalmalarına razıdır.
4. Tərəf 1 (Ərizəçi) Tərəf 2 (Maraqlı şəxs2) övladları xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 ilə görüşmələrinə maneçilik törətməyəcəyinə öhdəlik götürür.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3145/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs2 arasında xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı Asan Xidmət X2 bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 3191 nömrə ilə qeyd edilmiş nikah pozulması və məhkəmə xərci - 100 (yüz) manat dövlət rüsumunun Maraqlı şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
İşin faktiki halları
7. İşin halları ondan ibarətdir ki, Ərizəçi ilə Maraqlı şəxs2 rəsmi nikaha daxil olmuş və bu nikahdan iki övladları anadan olmuşdur. Onlar arasında xx.xx.2024-cü il tarixdə yuxarıda qeyd olunan şərtlərlə barışıq sazişi imzalanmışdır. Mövcud tələbdə ərizəçi maraqlı şəxsin hazırda barışıq sazişi şərtlərinə əməl etmədiyini qeyd edərək barışıq sazişinin təsdiq edilməsi zərurətinin yarandığını bildirir. Maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
9. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
10. «Uşaq hüquqları haqqında» Konvensiya Həmin Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
Məhkəmənin mövqeyi
11. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
12. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
13. Məhkəmə qeyd edir ki, hazırkı iş materiallarından da göründüyü kimi, tərəflər arasında rəsmi nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3145/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Hazırkı barışıq sazişinin qalan digər şərtlərinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə qeyd olunan şərtlər barədə barışıq sazişi imzalamışlar. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arsında nikah artıq pozulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin təsdiq edilməsi qanuni və əsaslıdır.
Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Ərizə təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs2 tutularaq Ərizəçi ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
16. Beləliklə, məhkəmə ərizəçini dinləyib, iş materiallarına nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs2 tutularaq Ərizəçi ödənilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin:
2. Tərəf 2 (Maraqlı şəxs2) Tərəf 1 (Ərizəçi) ilə birgə nikahlarından olan övladları xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 üçün hər ayın 5-ə qədər ayrıayrılıqda 250 AZN, ümumilikdə 500 AZN alimenti uşaqlar yetkinlik yaşına çatana qədər ödəməyi öz öhdəsinə götürür.
3. Ata, Tərəf 2 (Maraqlı şəxs2) övladları xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2021ci il təvəllüdlü X3 ana Tərəf 1 (Ərizəçi) ilə qalmalarına razıdır. 4.Tərəf 1 (Ərizəçi) Tərəf 2 (Maraqlı şəxs2) övladları xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4 ilə görüşmələrinə maneçilik törətməyəcəyinə öhdəlik götürür. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov