Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5897/2024 10.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/6-0745 saylı Barışıq Sazişinin təsdiq edilməsi və tərəfimdən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2014-cü ildə ailə həyatı qurmuşdur. Nikahı həmin tarixində Bakı şəhəri Bakı 4 saylı “Asan Xidmət” X7 892 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2015-cı il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X9 dünyaya gəlmişlər. Bir müddət mehriban yaşadıqdan sonra ailələrində müxtəlif səbəblərdən münaqişələr yaranmışdır. Ailə münasibətləri artıq formal xarakter daşıyır. Bu səbəbdən ərizəçi mediasiya təşkilatına müraciət etmiş, Bakı 6 X5 aralarında xx.xx.2023-cü il tarixli MŞB/6-0745 saylı aşağıdakı məzmunlu barışıq sazişi bağlanmışdır. -Tərəflər 09 oktyabr 2014-cü il 892 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasını təsdiq və bəyan edirlər, razılaşırlar. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci təvəllüdlü X3 anaları Ərizəçi himayəsində qalmasına razıdırlar. Maraqlı şəxs övladları xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci təvəllüdlü X6 hər uşağa 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat alimenti haqqını ikinci tərəfin bank hesabına ödəməyi öhdəsinə götürür. Göründüyü kimi Sazişin 3cü bəndinə əsasən maraqlı şəxs ərizəçiyə övladlarının yetkinlik yaşına çatanadək hər uşağa 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin qeyd edilənlərə baxmayaraq Maraqlı şəxs barışıq sazişi üzrə üzərinə götürdüyü aliment öhdəliklərini icra etmir. Nəticə etibarilə barışıq sazişi Maraqlı şəxs tərəfindən hələ də icra edilməyib. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli MŞB/6-0745 saylı barışıq sazişinin icra edilməməsi yetkinlik yaşına çatmamış uşaqların 'hüquq və mənafelərinin kobud şəkildə pozulmasıdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyindən mən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1- ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək, izahatında göstərdi ki, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/6-0745 saylı “Barışıq Sazişi”nin icrasının təmin edilməsi üçün həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Belə ki, Maraqlı şəxs adıçəkilən barışıq sazişinin öhdəliklərini yerinə yetirmir və yerinə yetirməkdən boyun qaçırır. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs izahatında göstərdi ki, onunla Ərizəçi arasında xx.xx.2023-cü il tarixli MŞB/6-0745 saylı “Barışıq Sazişi” bağlanmışdır. Maddi vəziyyəti ağır olduğu üçün ərizəçiyə ödənişləri vaxtı-vaxtında etmir. Özü ofisant işləyir, qazancı azdır. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında maraqlı şəxs iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə Ərizəçi və Maraqlı şəxs izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MŞB/6-0745 saylı barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər 09 oktyabr 2014-cü il 892 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasını təsdiq və bəyan edirlər, razılaşırlar. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci təvəllüdlü X3 anaları Ərizəçi himayəsində qalmasını razıdırlar. Maraqlı şəxs övladları xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci təvəllüdlü X6 hər uşağa 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat aliment haqqını ikinci tərəfin bank hesabına ödəməyi öhdəsinə götürür. Suraxanı rayon Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2015-cı ildə doğulmuşdur. 6 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2022-ci ildə doğulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 06.11,2023-cü il tarixli MŞB/6-0745 saylı barışıq sazişinə əsasən tərəflər 09 oktyabr 2014-cü il 892 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasını təsdiq və bəyan edirlər, razılaşırlar. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci təvəllüdlü X3 anaları Ərizəçi himayəsində qalmasını razıdırlar. Maraqlı şəxs övladları xx.xx.2022-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci təvəllüdlü X6 hər uşağa 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat aliment haqqını ikinci tərəfin bank hesabına ödəməyi öhdəsinə götürür. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/6-0745 saylı barışıq sazişi təsdiq edilməlidir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, maraqlı şəxsdən dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul vəsaiti alınaraq ərizəçiyə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/6-0745 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: "Tərəflər 09 oktyabr 2014-cü il 892 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasını təsdiq və bəyan edirlər, razılaşırlar. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci təvəllüdlü X4 anaları Ərizəçi himayəsində qalmasına razıdırlar. Maraqlı şəxs övladları xx.xx.2022-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci təvəllüdlü X6 hər uşağa 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat aliment haqqını ikinci tərəfin bank hesabına ödəməyi öhdəsinə götürür." Ərizənin məhkəməyə təqdim edilməsi üçün nəzərdə tutulmuş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5897/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5897/2024
10.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver