Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5926/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi.
1. Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1974-cü il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası- X6 xx.xx.1974-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası uzun müddət qaraciyərindən müalicə olunurdu. Təəssüf ki, müalicələr fayda verməmiş və atası xx.xx.2025-ci tarixində Bakı şəhərində vəfat etmişdir. Atasını dəfn etdikdən sonra onun ölümünü təsdiqləyən ölüm şəhadətnaməsini almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi 3-16-5/7-10-2390/2025 saylı xx.xx.2025-ci il tarixli arayışla yekun olaraq bildirmişdir ki, atanın ölümünü təsdiqləyən tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması qeydiyyat şöbəsinin imkanları xaricindədir. Eyni zamanda qeyd edilən problemin həlli məqsədilə aidiyyatı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Eyni zamanda onun tərəfindən 42 nömrəli şəhər poliklinikasına müraciət edilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsi xahiş edilmişdir. Lakin bu müəssisə tərəfindən də müraciəti müsbət cavablandırılmamış və imtina verilmişdir. Hal-hazırda atası - X3 xx.xx.2025-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi zəruridir. X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı ona miras əmlakın qəbulu və vərəsəlik işinin açılması üçün lazımdır.
Tərəflərin izahatları.
3. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, X6 onun atasıdır. X6 06 sentyabr tarixində toyda olmuş və içki qəbul etmişdir. Toy bitdikdən sonra onu evə əmisi gətirmişdir. O, evə gec saatlarında gəlmiş və gələndə isə atasının yatdığını görmüşdür. Səhər oyandıqdan sonra ona baxmamış və çıxıb işə getmişdir. Sonra əmisi ona zəng edərək, gedib atasına baxmasını xahiş etmiş, bundan sonra o, görmüşdür ki, artıq atasında şişkinlik var. Sonra ona aydın olmuşdur ki, artıq atası vəfat edib. Dostundan evlərinə gəlib atasına baxmağı xahiş etmiş, onun əmiləri gəlmiş və daha sonra isə Təcili və X5 gəlmişdir. Toy təşkil olunan gün onun anası Gürcüstan Respublikasına getmiş, həyat yoldaşı isə evdə olmamışdır. Hal-hazırda ölüm haqqında şəhadətnamə X3 banka kredit borcu olduğundan bank tərəfindən tələb edilir və miras əmlakın qəbulu, həmçinin vərəsəlik işinin açılması üçün lazımdır.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid İfadələri
5. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə uşaqlıqdan bəri dostdur. X6, 05 sentyabr tarixində toyda olmuş və evə gec gəlmişdir. Bəhlulun yoldaşı Fatimə ona zəng vuraraq onlara gəlməsini xahiş etmişdir. Ayın 7-8 günü aşkar ediblər ki, Bəhlulun atası vəfat etmişdir.
6. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, X6 onun qardaşıdır. 05 sentyabr tarixində qardaşı toyda içkili vəziyyətdə olduğundan onu evə gətirmiş, sonra isə ondan xəbəri olmamışdır. 08 sentyabr tarixində qardaşı Vəli aydınlaşdırmışdır ki, Ramiz vəfat edib. O, da həmin gün işdə olmuşdur. Ramiz alkoqollu içki içirdi və onun xəstəliyi var idi. Ramizin ölümü oğlu Bəhlul tərəfindən aşkar edilmişdir. Belə ki, Bəhlul kuryer işləyir, adətən evə gec gəlir və evə gələndə elə bilib ki, atası yatıb.
İş materialları.
7. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1974-cü il tarixdə doğulmuşdur.
8. xx.xx.2025-ci il tarixli Təcili və X5 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X3 adına xx.xx.2025-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixdə 3-16-5/7-10- 2390/25 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirilir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2nun ölümünün qeydə alınması mümkün deyildir. Göstərilənlərin nəzərə alınmasını xahiş edilir.
10. Bakı şəhəri Suraxanı rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə doğulmuşdur. X2 və anası X4r.
11. Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X11 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 42 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X1 ölümünü təsdiqləyən ölüm haqqında müraciəti ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Hümbətov və partnyorlan” Vəkil Bürosundan xx.xx.2025-ci il tarixində daxil olmuş xx.xx.2025-ci il tarixli SN-184/2025 nömrəli məktuba 42 nömrəli Şəhər Poliklinikasında müraciətdə qeyd edilən məsələ aidiyyəti üzrə baxılmışdır. Müraciətin baxılmasının nəticəsi barədə vətəndaş Ərizəçi vəfat etmiş X2 tibb müəssisəmizə heç bir xəstəlik ilə müraciət etməmişdi və heç bir xəstəliklə poliklinikada dispanser qeydiyyatda olmadığına görə “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsindən imtina olunmuşdur.
12. Azərbaycan Respublikası Əmircan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsi, dalan 1, ev 5 ünvanında qeydiyyatda olan Ərizəçi mərhum X2, xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Belə ki, Əmircan bələdiyyəsi olaraq təsdiq edilir, mərhum Suraxanı rayonu, Əmircan qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
İşin faktiki halları.
13. Ərizəçi X2 xx.xx.1974-cü ildə doğulmuşdur. O, xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Suraxanı rayonu, Əmircan qəsəbə qəbirsanlığında dəfn edilmişdir. Hazırda Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsi miras əmlakın qəbulu, vərəsəlik işinin açılması üçün lazımdır və X3 banka kredit borcu olduğundan bank tərəfindən tələb edilir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı.
4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
16. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.
17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi X2 xx.xx.1974-cü ildə doğulmuşdur. O, xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Suraxanı rayonu, Əmircan qəsəbə qəbirsanlığında dəfn edilmişdir. Hazırda Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsi miras əmlakın qəbulu, vərəsəlik işinin açılması üçün lazımdır və X3 banka kredit borcu olduğundan bank tərəfindən tələb edilir.
Məhkəmə xərcləri.
18. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, xx.xx.1974-cü il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1974-cü il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova