Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6059/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək bildirmişdir ki, Maraqlı şəxs ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin rəsmi nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Ailə quran zaman və bir müddət münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Maraqlı şəxs Bağman oğlu ilə aralarında bağlanmış nikah Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 372/2018 saylı, 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə pozulması, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X1 onun himayəsində saxlanılması və uşağın yetkinlik yaşna çatanadək Maraqlı şəxs Bağman oğlundan hər ay 136.60 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Lakin həmin məbləğ uşağın tələbatını ödəmədiyi üçün təyin olunmuş alimentin artırılması tələbi ilə Mediatora müraciət etmişdir. Mediasiya prossesi zamanı aparılan danışıqlar nəticəsində aralarında razılıq əldə olunmuş və X4 imzalanmışdır. Aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 (iki yüz əlli) manat olmaqla 2024-cü ilin fevral ayından başlayaraq hər ayın 1-dən 10-dək təqdim etdiyi bank və ya kart hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin tarixdən artıq 10 ay keçməsinə baxmayaraq, hələ də Maraqlı şəxs Bağman oğlu tərəfindən ona heç bir vəsait ödənilməmişdir. Bu barədə bir neçə dəfə xatırlatma etsə də, ona hər hansı konkret cavab verməmişdir. Maraqlı şəxs bu davranışı və bütün hərəkətləri ilə göstərir ki, onun könüllü olaraq aralarında bağlanmış Barışıq Sazişini icra etmək niyyəti yoxdur. Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin 6-cı bəndinə əsasən, Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Bu səbəbdən də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:
1. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs), Suraxanı rayonu Məhkəməsinin Qətnaməsi ilə təyin olunmuş lakin, icra edilməmiş alimentin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat alimenti 1-ci tərəfə (Ərizəçi) ödəməyi öz öhdəsinə götürür.
2. Alimentin ödənilməsi 2024-cü ilin fevral ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 1-ci tərəfin ( Ərizəçi) kart hesabına ödəniləcəkdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-372/2018 saylı qətnaməsindən görünür ki, bu qətnamə ilə iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2012-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulması və akt qeydləri kitabındakı 859 saylı nikah qeydi ləğv edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X1 anası Ərizəçi himayəsində saxlanılması, cavabdeh Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26 sentyabr 2017-ci il tarixindn başlayaraq hər ay 136.60 manat sabit pul məbləğində aliment iddiaçı Ərizəçi xeyrinə tutulması qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin rəsmi nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-372/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2012-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulması və akt qeydləri kitabındakı 859 saylı nikah qeydi ləğv edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X1 anası Ərizəçi himayəsində saxlanılması, cavabdeh Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26 sentyabr 2017-ci il tarixindn başlayaraq hər ay 136.60 manat sabit pul məbləğində aliment iddiaçı Ərizəçi xeyrinə tutulması qət edilmişdir. Daha sonra ərizəçi mediatora müraciət etmiş və aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 (iki yüz əlli) manat olmaqla 2024-cü ilin fevral ayından başlayaraq hər ayın 1-dən 10-dək təqdim etdiyi bank və ya kart hesabına ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs),Suraxanı rayonu Məhkəməsinin Qətnaməsi ilə təyin olunmuş lakin, icra edilməmiş alimentin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat alimenti 1-ci tərəfə (Ərizəçi) ödəməyi öz öhdəsinə götürür.
2. Alimentin ödənilməsi 2024-cü ilin fevral ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 1-ci tərəfin ( Ərizəçi) kart hesabına ödəniləcəkdir.
Ödənilmiş - 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq, Ərizəçi ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova