Məhkəmə qərarları › İş №2(010)-6067/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6067/2024

23.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6067/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində bağlanmış MŞM/MT031/2024-00419 nömrəli barışıq sazişinin təsdiq edilməsinə və barışıq sazişinin məcburi icra edilməsi, ərizəçi tərəfindən ödənilmiş 100 AZN dövlət rüsumunun Maraqlı şəxs onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin tələbinin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində bağlanmış MŞM/MT031/2024-00419 nömrəli barışıq sazişinin şərtlərinə əsasən, “1.birinci tərəf (Maraqlı şəxs) etiraf edir ki, 2021-ci il oktyabr ayının 22 tarixində ikinci tərəfə (Ərizəçi) 12856 manat (on iki min səkkiz yüz əlli altı) borcu yaranmışdı. Saziş bağlanan tarixdə 10500 manat (on min beş yüz) borcu qalmışdır. 2.birinci tərəf öhdəlik götürür ki, aşağıda tərəflərin qarşılıqlı razılığı əsasında hazırlanmış borc cədvəlinə uyğun olaraq borc ödənişini tam məsuliyyəti ilə icra edəcək: xx.xx.2024-1000 azn, xx.xx.2024 - 200 azn, xx.xx.2024- 200 azn, xx.xx.2024- 200 azn, xx.xx.2024-200 azn, xx.xx.2024- 200 azn, xx.xx.2024- 2200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025 - 200 azn, xx.xx.2025 - 200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025-200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025-200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025- 2200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026 - 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026-100 azn, 3.birinci tərəf öhdəlik götürür ki, öhdəliyində olan borcun ödənişini etmədiyi təqdirdə, ikinci tərəf məhkəməyə müraciət edərsə məhkəmə xərcləri və məhkəmənin qərar verdiyi dəbbə məbləği birinci tərəf öz üzərinə götürür. 4. birinci tərəf ölkəni tərk etdiyi təqdirdə əvvəlcədən İkinci tərəfə məlumat verməyə söz verir. 5. birinci tərəf qrafikdən kənar, çox və ya az ödəniş etdikdə, qrafikdə göstərilən tarixdən əvvəl və ya sonra ödəniş edildikdə ikinci tərəfə məlumat verəcəyini bildirir. 6. əlaqə məlumatları dəyişildikdə birinci tərəf, ikinci tərəfə məlumat verəcəyinə söz verir. 7. birinci tərəf öhdəlik götürür ki, xx.xx.2024- cü il tarixinə qədər 4400 manat (dörd min dörd yüz), xx.xx.2025- cil il tarixinə qədər 4200 manat ( dörd min iki yüz), xx.xx.2026-cı il tarixinə qədər isə 1900 manat ( bir min doqquz yüz) olmaqla ümumi 10500 manat (on min beş yüz) borcu xx.xx.2026-cı il tarixinə qədər tam ödəməyi öz üzərinə öhdəlik götürür. 8. Yuxarıda qeyd edilən sazişin mətninin tərəflərin öz qarşılıqlı razılığı və sözləri ilə yazılıb mediator tərəfindən təsdiqləndiyini təsdiq edirlər.” Lakin qeyd edilən saziş bağladıqdan sonra, Maraqlı şəxs qanunsuz hərəkətsizlik göstərərək barışıq sazişi üzrə öz üzərinə götürdüyü ödənişinin icrasından qərəzli şəkildə yayınmışdır və ona bir manat belə olsun ödəniş etməmişdir. Bundan sonra iddiaçı tərəfindən Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə öhdəliyini könüllü qaydada ödənilməsi ilə bağlı Azərpoçt MMC vasitəsi ilə rəsmi xəbərdarlıq məktubu göndərilmişdir. O, telefon əlaqəsi saxlayaraq ona ümumiyyətlə heç bir ödəniş ödəməyəcəyinə dair fikir bildirmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirmişdir ki, onlar barışıq sazişi bağlamışdırlar. Qrafiklə ödəniş etməlidir. Amma ödəmir. O, ərizəçiyə pul borclu idi. Vermədiyinə görə mediasiyada razılığa gəldilər. Sırf pul borcu idi. Özü işləyirdi. Ərizəçi ona pul formasında köməklik edirdi. Pul istəyirdi, qaytaracağını deyirdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Mingəçevir 1 saylı Mediasiya Təşkilatının X1 vasitəsilə Ərizəçi ilə Maraqlı şəxs arasında aşağıdakı məzmunda xx.xx.2024-cü il tarixli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 1.Birinci tərəf (Maraqlı şəxs) etiraf edir ki, 2021-ci il oktyabr ayının 22 tarixində ikinci tərəfə (Ərizəçi) 12856 manat borcu yaranmışdı. Saziş bağlanan tarixdə 10500 manat borcu qalmışdır. 2.Birinci tərəf öhdəlik götürür ki, aşağıda tərəflərin qarşılıqlı razılığı əsasında hazırlanmış borc cədvəlinə uyğun olaraq borc ödənişini tam məsuliyyəti ilə icra edəcək:xx.xx.2024-1000 azn, xx.xx.2024 - 200 azn, xx.xx.2024- 200 azn, xx.xx.2024- 200 azn, xx.xx.2024-200 azn, xx.xx.2024-200 azn, xx.xx.2024- 2200 azn, xx.xx.2025-200 azn, xx.xx.2025 - 200 azn, xx.xx.2025 - 200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025-200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025-200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025- 2200 azn, xx.xx.2026-200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026-100 azn 3.Birinci tərəf öhdəlik götürür ki, öhdəliyində olan borcun ödənişini etmədiyi təqdirdə, İkinci tərəf məhkəməyə müraciət edərsə məhkəmə xərcləri və məhkəmənin qərar verdiyi dəbbə məbləği Birinci tərəf öz üzərinə götürür.

4. Birinci tərəf ölkəni tərk etdiyi təqdirdə əvvəlcədən İkinci tərəfə məlumat verməyə söz verir.

5. Birinci tərəf qrafikdən kənar, çox və ya az ödəniş etdikdə, qrafikdə göstərilən tarixdən əvvəl və ya sonra ödəniş edildikdə İkinci tərəfə məlumat verəcəyini bildirir.

6. Əlaqə məlumatları dəyişildikdə Birinci tərəf, İkinci tərəfə məlumat verəcəyinə söz verir.

7. Birinci tərəf öhdəlik götürür ki, xx.xx.2024- cü il tarixinə qədər 4400 manat (dörd min dörd yüz), xx.xx.2025- cil il tarixinə qədər 4200 manat ( dörd min iki yüz), xx.xx.2026-cı il tarixinə qədər isə 1900 manat ( bir min doqquz yüz) olmaqla ümumi 10500 manat (on min beş yüz) borcu xx.xx.2026-cı il tarixinə qədər tam ödəməyi öz üzərinə öhdəlik götürür.

8. Yuxarıda qeyd edilən sazişin mətninin tərəflərin öz qarşılıqlı razılığı və sözləri ilə yazılıb mediator tərəfindən təsdiqləndiyini təsdiq edirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Tərəflər arasında mediasiya sessiyasında bağlanmış “Barışıq sazişinin” şərtlərinin könüllü qaydada icra edilməsi ilə bağlı Təklif”dən görünür ki, Maraqlı şəxs borc barədə məlumat verilmiş, 10 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq verilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. İşin hallarından və ərizəçinin izahatından aydın olur ki, maraqlı şəxs barışıq sazişin şərtlərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə borc mübahisəsi ilə bağlı barışıq sazişi imzalamışlar. Saziş könüllü qaydada icra edilmədikdən, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edib, məhkəmə isə, yuxarıda sadalanan halları nəzərə alaraq, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, ərizəçinin ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 1 saylı Mediasiya Təşkilatında mediator X3 iştirakı ilə bağlanılmış MŞM/MT031/2024-00419 saylı barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin: “1.Birinci tərəf (Maraqlı şəxs) etiraf edir ki, 2021-ci il oktyabr ayının 22 tarixində ikinci tərəfə (Ərizəçi) 12856 manat borcu yaranmışdı. Saziş bağlanan tarixdə 10500 manat borcu qalmışdır. 2. Birinci tərəf öhdəlik götürür ki, aşağıda tərəflərin qarşılıqlı razılığı əsasında hazırlanmış borc cədvəlinə uyğun olaraq borc ödənişini tam məsuliyyəti ilə icra edəcək: xx.xx.2024-1000 azn, xx.xx.2024 - 200 azn, xx.xx.2024- 200 azn, xx.xx.2024- 200 azn, xx.xx.2024-200 azn, xx.xx.2024-200 azn, xx.xx.2024- 2200 azn, xx.xx.2025-200 azn, xx.xx.2025 - 200 azn, xx.xx.2025 - 200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025-200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025-200 azn, xx.xx.2025- 200 azn, xx.xx.2025- 2200 azn, xx.xx.2026-200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026- 200 azn, xx.xx.2026-100 azn. 3.Birinci tərəf öhdəlik götürür ki, öhdəliyində olan borcun ödənişini etmədiyi təqdirdə, İkinci tərəf məhkəməyə müraciət edərsə məhkəmə xərcləri və məhkəmənin qərar verdiyi dəbbə məbləği Birinci tərəf öz üzərinə götürür. 4. Birinci tərəf ölkəni tərk etdiyi təqdirdə əvvəlcədən İkinci tərəfə məlumat verməyə söz verir. 5. Birinci tərəf qrafikdən kənar, çox və ya az ödəniş etdikdə, qrafikdə göstərilən tarixdən əvvəl və ya sonra ödəniş edildikdə İkinci tərəfə məlumat verəcəyini bildirir. 6. Əlaqə məlumatları dəyişildikdə Birinci tərəf, İkinci tərəfə məlumat verəcəyinə söz verir. 7. Birinci tərəf öhdəlik götürür ki, xx.xx.2024- cü il tarixinə qədər 4400 manat (dörd min dörd yüz), xx.xx.2025- cil il tarixinə qədər 4200 manat ( dörd min iki yüz), xx.xx.2026-cı il tarixinə qədər isə 1900 manat ( bir min doqquz yüz) olmaqla ümumi 10500 manat (on min beş yüz) borcu xx.xx.2026-cı il tarixinə qədər tam ödəməyi öz üzərinə öhdəlik götürür.” Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar