Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-609/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X7 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” X2rşı “ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” X2rşı “ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən *5 yanvar *955-ci ildə Bakı şəhərində anadan olmuş mərhum X4 3* avqust 202*-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və bu barədə müvafiq ölüm haqqında şəhadətnamənin 4 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X5 3* avqust 202*-ci il tarixdə pasport qeydiyyatında olduğu və yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev *, mənzil 68 ünvanda yerləşən yaşayış sahəsində vəfat etmişdir. Bu fakt BŞT və TTYS-nin 22 saylı KYS-nın təcili yardım briqadasının təqdim etdiyi 3* avqust 202*-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə təsdiqlənir. Atası X5 həmin gün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən qəbristanlıqda dəfn edilmiş və bu fakt həmin rayonun Qaraçuxur Bələdiyyəsinin təqdim etdiyi 905 saylı, 23 noyabr 202*-ci il tarixli arayışla təsdiqlənir. Hazırda vərəsəlik və digər mülki hüquqların həyata keçirilməsi ilə bağlı atası X4 ölüm faktının qeyd edilməsi zəruridir. Buna görə də mərhum X4 ölümü barədə müvafiq şəhadətnamənin təqdim edilməsi üçün 4 saylı Bakı “ASAN Xidmət” X3 müraciət etmiş və həmin Şöbə 29 noyabr 202*-ci il tarixli məktubu ilə xahişini təmin etməmişdir. Atası X4 ölümünün qeydə alınması barədə şəhadətnaməni başqa qaydada ala bilmir və onun əldə edilməsi başqa qaydada qeyrimümkündür. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, mərhum atası ilə birlikdə yaşamışdır. Atası prostat xərçəngindən əziyyət çəkmiş, lakin heç vaxt həkimə getməmişdir. Onun (ərizəçinin) anası həkim səhvindən öldüyünə görə atası həkimə getmək istəməmişdir. Son bir neçə gün isə vəziyyəti ağırlaşmış, o, həkim çağırmaq istəsə də artıq çox gec olmuşdur. Belə ki, 3*.08.202*-ci il tarixdə təcili yardım gələndə artıq atası X5 ölmüşdü. Təcili yardım işçiləri də gəlib, xəstənin ölməsi ilə bağlı kağız verib getmişlər. Onu Qaraçuxur qəbirstanlığında dəfn etmişlər. Lakin atasının ölümü ilə bağlı şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, Şöbənin nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq iş yükünün çoluğunu nəzərə alıb, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını, eləcə də şahidin ifadəsini dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 4 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən verilmiş 29.**.202*-ci il tarixli məktubdan görünür ki, X4 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. BŞT və TTYS 22 saylı Bölməsi tərəfindən verilmiş 3*.08.202*-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 3*.08.202*-ci il tarixli çağırış əsasında saat 03:25-də ünvana çatmışlar və X4 meyidini (həkiməqədər ölüm) müəyyən etmişlər. Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş 23.**.202*-ci il tarixli, 905 nömrəli arayışdan görünür ki, X5 Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən qəbirstanlıqda 3* avqust 202*-ci il tarixində dəfn edilmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X* qeyd etmişdir ki, Ərizəçi ilə 35 ildir qonşudur və dostluq edir. Aleksey 3* avqust 202*-ci ildə, gecə saat təxminən *2:30-da ona zəng edib, atasının rəhmətə getdiyini demişdir. O, xəbəri bilən kimi ərizəçinin evinə düşmüşdür. Belə ki, onlar eyni binada qalırlar. O, binanın 7-ci, ərizəçi isə 3-cü mərtəbəsində qalır. Aşağı düşdükdəm sonra o, ərizəçinin atasının öldüyünü başa düşmüş və təcili yardım çağırmışdır. Təcili yardım gecə saat 04:30-da gəlmiş, həkimlər ərizəçinin atasına baxdıqdan sonra ölümü təsdiq edən arayış yazmışlar. O, mərhumun nə xəstəliyi olduğunu dəqiq bilməmişdir. Onun xərçəng xəstəsi olduğunu ərizəçi Aleksey təxminən bir ay bundan qabaq demişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi atası X5 3*.08.202*-ci il tarixdə Bakı şəhərində ölmüş, Qaraçuxur qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Bu qeyd edilənlər məhkəmə iclasında dinlənilən şahidin ifadəsi, mərhumun dəfn edildiyi qəbiristanlığın yerləşdiyi bələdiyyədən arayış, təcili tibbi yardım stansiyası həkimi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi kimi sübutlarla təsdiq edilmişdir. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsinin: *58.*-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. *58.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. *59.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. *93.*-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. *93.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. İşdən görünür ki, ərizəçi məhkəmədən atası X4 3*.08.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı) Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X4 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi atasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi atasının ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxs ərizədə qeyd edilənləri təsdiq etmişdir. Eyni zamanda, 3*.08.202*-ci il tarixdə ərizəçinin atasının ölümü ilə bağlı təcili və təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Bundan əlavə, mərhumun dəfn edildiyi qəbiristanlığın yerləşdiyi bələdiyyədən müvafiq arayış kimi sübutlar da iş materiallarında mövcuddur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 3*.08.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahidlərin ifadəsi ilə tam sübut olunduğundan ərizə qismən təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizə ona görə tam yox, qismən təmin edilmişdir ki, ərizənin xahiş hissəsində “ölüm haqqında şəhadətnamənin 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilməsi” də tələb edildiyindən və bu tələbə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *4.02.2022-ci il tarixli, 2(0*0)-609/2022 saylı qərardadı ilə xitam verilmişdir. Bununla belə, məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. *5.0*.*955-ci ildə Bakı şəhərində doğulmuş X4 3*.08.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-609/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-609/2022
14.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver