Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-609/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X*0 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən qardaşı 30.0*.*960-cı il təvəllüdlü X5 22.**.2022-ci il tarixdə vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “X3 20*5-ci ildə mədəsində qanaxma ilə xəstəxanada müalicə olunmşdur. Ondan sonra 2022-ci ilə qədər ev şəraitində pəhriz saxlamaqla və dərman qəbul etməklə müalicə olunurdu. Bu ilin noyabr ayının 2*-də səhər saatlarında özünü pis hiss etmiş, ayrı yaşadığı üçün mənə zəng etmişdir. Mən ona baş çəkməyə getdim, onun yanında olan zaman onda qusma oldu, mən təcili tibbi yardımı çağırdım. Həkim gəldi və ilkin tibbi yardım göstərərək getdi. Qardaşımın vəziyyəti nisbətən yaxşılaşdı, mən də axşam saat 9 radələrində evimə getdim. Lakin səhərisi gün günorta saatlarında qardaşım yenidən zəng edərək halının pis olduğunu bildirdi və mən yenidən qardaşımın yaşadığı evə getdim və yenidən onun vəziyyətinin pis olduğunu gördüm. Təcili tibbi yardıma zəng etdim. Təcili tibbi yardım *5-20 dəqiqədən sonra gəldikdə qardaşım artıq keçinmişdi. Bu barədə Bakı şəhər Təcili və X9 Stansiyasının 2 saylı bölməsi tərəfindən arayış verilmişdir. Ərazi üzrə tibb müəssisəsinə - Bakı şəhəri 24 nömrəli şəhər poliklinikasına müraciət etmişəm və qardaşımın ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsini xahiş etmişəm. Lakin müraciətimə cavab olaraq bildirilmişdir ki, X3 24 nömrəli şəhər poliklinkasına müraciət etməmişdir və dispanser qeydiyyatına götürülməmişdir. Odur ki, ölüm haqqında şəhadətnamənin verilməsi təmin olunmamışdır. Habelə Suraxanı rayon Qeydiyyat Şöbəsi də ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Hazırda sənədləşdirmə işləri üçün 22.**.2022-ci ildə vəfat etmiş X2 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. X2 ölüm haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. X2 22.*2.2022ci ildə vəfat etməsini və dəfn edilməsini dəfn mərasimində iştirak edən şahidlər – qonşularım da təsdiq edə bilərlər. Həmin şahid ifadələrini məhkəmə iclasında təqdim edəcəyəm”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum qardaşı rəhmətə gedəndə 62 yaşında və subay olmuşdur. 2*.**.202*-ci il tarixdə səhər saat 8-ə işləmiş qardaşı zəng edərək ona bildirmişdi ki, halı pisdir. O da dərhal geyinib qardaşının evinə getmişdir. Evə girəndə qardaşının uzandığını görmüş və nə qədər müddətdir bu vəziyyətdə olduğunu soruşmuşdur. Mərhum qardaşı da 2-3 gündür ki, vəziyyətinin pis olduğunu bildirmişdir. O, qardaşına onun üçün yemək bişirməyi təklif etmiş, lakin qardaşı iştahının olmadığını, ürəyinin bulandığını bildirmiş, əgər yemək yeyə bilsə yalnız saat 2-3 arası yeyə biləcəyini demişdir. Belə olan halda o da işlərini görüb sonra ona yemək yedirtməyə gələcəyini bildirmişdir. İşlərini həll edib saat 2-yə işləmiş qardaşının yanına gəlmiş, artıq saatın 2 olduğunu bildirmiş, qardaşına onun üçün yemək qızdırıb gətirəcəyini demiş, qardaşı isə “Qızdır, gətir görüm necə yeyəcəyik?” deyə cavab vermişdir. Xörəyi qızdırıb çox az miqdarda qardaşının qabına çəkmiş, onun qarşısına qoymuş və içəri keçmişdir. Otağa girdikdə qardaşının qusduğunu görmüşdür. Dərhal təcili tibbi yardıma zəng etmiş, təcili tibbi yardım gələrək ona iynə vurmuş və iynədən sonra qardaşının vəziyyəti yaxşılaşmışdır. Vəziyyəti yaxşılaşdıqdan sonra qardaşı ondan gedib sabah gəlməsini və gələrkən ona toyuq bulyonu gətirməsini xahiş etmişdir. Lakin səhəri gün qardaşı ona zəng vuraraq halının pis olduğunu bildirmiş, tez yanına gəlməsini xahiş etmişdir. O da özünü tez qardaşının evinə çatdırmışdır. Evə girdikdə qardaşının vəziyyətinin çox pis olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini görmüşdür. Bundan sonra dərhal təcili tibbi yardıma zəng etmiş, lakin tibbi yardım gec gəldiyindən artıq qardaşı ölmüşdür. O, həmçinin polisə də zəng etmiş, polis gəlib ondan mərhumun nəyi olduğunu soruşmuş, o da qardaşı olduğunu bildirmişdir. Ondan şikayətinin olub-olmadığını soruşmuş və heç bir şikayətinin olmadığını bildirmişdir. Mərhumun nəşini yumağa aparmış, gecə evə gətirmişdir. Səhəri gün günorta saat 2-də Bülbülə kəndində dəfn etmişlər. Həkimə üç gün ərzində ölüm kağızı üçün müraciət etmiş, həkim ona mərhum subay olduğu üçün yalnız məhkəmə tərəfindən ölüm haqqında şəhadətnamə ala biləcəyini bildirmişdir. Qardaşı onun evində qeydiyyatda olduğu üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
İş materialları.
5. Bakı şəhəri Artyom (Pirallahı) rayonu VVAQ bürosu tərəfindən *4.02.*960-cı il tarixdə verilmiş, İ-İЕ seriyalı, 358882 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, X** (ata X*3, ana X*5) 30.0*.*960-cı il tarixdə Azərbaycan SSR, Bakı şəhəri, Artyom rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *4.02.*960-cı il tarixdə 66 nömrə ilə qeyd edilmişdir.
6. Xəzər rayon Pirallahı qəsəbə icra nümayəndəliyi tərəfindən 29.**.2022-ci il tarixdə verilmiş, AZ-T seriyalı, 2*0696 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, X** (ata X*3, ana X*5) xx.xx.*962-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.04.*962-ci il tarixdə *58 nömrə ilə qeyd edilmişdir.
7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 23.**.2022-ci il tarixli, **76-05/75 saylı məktubdan görünür ki, X** barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə 23.**.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamış, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyrimümkün olmuşdur.
8. Bakı şəhəri Suraxanı rayonu Bülbülə bələdiyyəsi tərəfindən verilmiş 27.*2.2022-ci il tarixli, *96 saylı arayışdan görünür ki, X4 qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.
9. 24 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 24.**.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında daimi qeydiyyatda olmuş, lakin Nərimanov rayonu, Ə.Əliyev küçəsi *4, mənzil 33 ünvanında kirayə yaşamış 22.**.2022-ci il tarixdə vəfat etmiş X** həkiməqədər ölüm, kişi cinsli meyit kimi qeydə alınmışdır. Mərhum Bülbülə qəsəbəsi 24 nömrəli ŞP ərazisində qeydiyyatda olmasına baxmayaraq 24 nömrəli ŞP-ya müraciət etməmiş və dispanser qeydiyyatına götürülməmişdir. Mərhumun yaxın qohumları tərəfindən ölüm haqqında şəhadətnamə - forma *06 alınması üçün müraciət etmiş, lakin Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən qəfil ölüm hadisəsinə səbəb olan xəstəliklərlə əlaqədar dispanser qeydiyyatında olmadığı və ölüm hadisəsi Nərimanov rayon ərazisində baş verdiyi üçün *06 nömrəli ölüm haqqında şəhadətnamə ilə təmin olunmamışdır. *0. Təcili və X6 Stansiyası tərəfindən verilmiş 22.**.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası 22.**.2022-ci il tarixdə, saat *7:57-də çağırış üzrə ünvana çatmış, xəstə X5 həkimə qədər öldüyünü, kişi cinsli meyidini aşkar etmişlər.
Şahid ifadələri.
**. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X*2 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Onun qardaşı Tahiri isə tanımamış, sadəcə subay olduğunu eşitmişdir. Ərizəçinin qardaşı təxminən bundan 2-3 ay əvvəl rəhmətə getmişdir. Belə ki, işdən gəldikdən sonra Rahib özü ona qardaşının öldüyünü bildirmişdir. Həmin axşam mərhumu Rahibin evinə gətirmişlər. Bundan sonra Əmircan qəsəbəsində mərhumu yumağa aparmış, Bülbülə qəsəbəsində isə dəfn edilmişdir. Bütün bu proseslərdə, mərhumun məscidə aparılması və dəfn mərasimlərində iştirak etmişdir. *2. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X7 bildirmişdir ki, Ərizəçi və onun mərhum qardaşı X** onun dayısıoğullarıdır. Tahir subay olmuş, onunla çox əlaqələri olmamışdır. Öldüyü gün isə işdən evə gəlmiş, axşam təxminən saat 7 radələrində həyat yoldaşı ona dayısıoğlu Tahirin rəhmətə getdiyini demişdir. Bundan sonra o, ərizəçinin evinə getmiş, mərhum Əmircanda yuyulub kəfənləndikdən sonra Bülbülə dəfn edilmişdir.
İşin faktiki halları.
*3. Ərizəçi qardaşı X5 22.**.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə mərhumun qeydiyyata alındığı poliklinikaya, daha sonra Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından ölüm barədə akt qeydi tərtib edilməmişdir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəni müdafiə etmiş, şahidlər isə ərizəçinin izahatında dediklərini təsdiq etmişlər.
Tətbiq edilən hüquq.
*4. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
*5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*6. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*7. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən qardaşı X5 22.**.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi qardaşının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi qardaşının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. *9. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün ünvana çağırış üzrə gedən təcili və X6 stansiyası əməkdaşları tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun qəbiristanlıqda dəfn edilməsinə dair müvafiq bələdiyyədən arayış kimi sübutlarla da təsdiq edilir.
20. Göründüyü kimi, ərizəçinin qardaşı X5 22.**.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 30.0*.*960-cı il təvəllüdlü X5 22.**.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 30.0*.*960-cı il təvəllüdlü X5 22.**.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva