Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6099/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı X2, Cavabdeh X9in iştirakı ilə İddiaçı X2 cavabdeh X3rşı “barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X7 cavabdeh X3rşı “barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞB/6-00464 saylı barışıq sazişinin aliment bəndinin təsdiq edilməsi və X4 birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X10 üçün 2024-cü ilin aprel ayından etibarən hər ay hər birinə 235 manat olmaqla cəmi 470 manat aliment haqqının birinci tərəf kimi ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 tələblə razı olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçrib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, hazırkı tələbə iddia icraatı qaydasında baxılması istisna edilir. AR MPM-nin 305.1.17-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Məhkəmə qeyd edir ki, hazırki ərizənin və tələbin mahiyyətindən göründüyü kimi X1 Denis Aleksandroviçlə aralarında bağlanmış barışıq sazişi könüllü qaydada icra edilmədiyindən məhkəmə qaydasında həmin sazişin təsdiq edilməsini xahiş edir. Lakin, bununla belə, qeyd edilməlidir ki, yuxarıda qeyd olunan prosessual normadan göründüyü kimi, “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə” məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılması imperativ şərt kimi müəyyən edilmişdir. Hazırki ərizədən isə görünür ki, X7 hazırki ərizəni xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olan ərizə kimi (iddia ərizəsi formasında) təqdim etmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, ərizədə tərəflərin iddiaçı və cavabdeh kimi qeyd edilməsini texniki səhv kimi də qəbul etmək mümkün deyil. Ona görə ki, iş Səbail Rayon Məhkəməsinə iddia icraatı indeksi ilə daxil olmuşdur. Məhkəmə hesab edir ki, hazırki tələblə bağlı prosessual normanın tələbləri pozulmuşdur və bu səbəbdən yuxarıda qeyd olunan normaların tələbləri nəzərə alınmaqla ərizəyə iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında baxılmalıdır. Bu səbəbdən hazırki ərizəyə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılması mümkün olmadığından baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X2 cavabdeh X3rşı “barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs qeyd edilən prosessual qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-6099/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6099/2024
26.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver