Məhkəmə qərarları › İş №2(010)-6192/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6192/2024

27.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6192/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi

1. Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında olan Bakı şəhəri 8 saylı Mediasiya təşkilatında bağlanmış MSB/8/2024-02298 saylı, xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat, mediasiya üçün ödənilmiş 550 (beş yüz əlli) manat və hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri

2. Ərizə onunla əsaslandırılmışdır ki, o - Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2011-ci il tarixdə Ağcabədi rayonu, Kürdlər kənd icra nümayəndəliyində 10 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvvəlüdlü X1 və xx.xx.2016-ci il təvvəlüdlü X2 anadan olmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən mediasiya iclasında aralarında barışıq sazişi bağlanmışdır. Bu saziş imzalandıqdan sonra onunla birgə nikah dövründə əldə edilmiş daşınar əmlak onun mülkiyyətində (adında) olan (Azərbayacan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinin xx.xx.2024- cü il tarixli 33-13-16/2-131490/24 saylı arayışına əsasən) “BMW 530” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilinin və “Hyundai Sonata” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilinin (daşınar əmlakların) üzərində mübahisəsiz qaydada birinci tərəfə: Ərizəçi 1/2 (ikidə bir) hissəsində payının (mülkiyyət hüququnun) tanıdığına (təsdiq etdiyinə) dair Maraqlı şəxs öz üzərinə öhdəlik götürmüşdür. Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada həll olunduğunu təsdiq edir. Lakin Maraqlı şəxs sazişdə nəzərdə tutulan öhdəliyi yerinə yetirmir.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, “BMW 530” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması halı onlara məhkəmə zamanı bəlli olmuşdur. Barışıq sazişi bağlanarkən həmin avtomobil maraqlı şəxsin mülkiyyətində olmuşdur.

4. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, ərizədə qeyd olunan “BMW 530” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil satılmışdır və onun mülkiyyətində deyildir.

İş materialları

5. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02298 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:

1. Birinci tərəf Ərizəçi Bu Saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri Maraqlı şəxs mülkiyyətində (adında) olan (Azərbayacan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2- 131490/24 saylı arayışına əsasən) “BMW 530İ” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı və "Hyundai Sonata" minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, 2010-cu il buraxılışlı avtomobil üzərində mübahisəsiz qaydada birinci tərəf Ərizəçi 1/2 hissədə payının (mülkiyyət hüququnun) tanıdığına (təsdiq etdiyinə) dair ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri Maraqlı şəxs mülkiyyətində (adında) olan (Azərbayacan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinin xx.xx.2024- cü il tarixli 33-13-16/2- 131490/24 saylı arayışına əsasən) “BMW 530İ” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı olan "Hyundai Sonata" minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, 2010-cu il buraxılışlı avtomobil üzərində mübahisəsiz qaydada birinci tərəf Ərizəçi 1/2 hissədə payının (mülkiyyət hüququnun) tanıdığına (təsdiq etdiyinə) dair öz üzərinə öhdəlik götürür.

6. Azərbayacan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 13-16/2-131490/24 saylı məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Maraqlı şəxs adına xx.xx.2022-ci il tarixdən “BMW 530İ” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil və xx.xx.2023-cü il tarixdən "Hyundai Sonata" minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır.

7. İş materiallarından görünür ki, Ərizəçi mediasiya prosesi ilə əlaqədar 50 manat İMS VƏ 500 manat TMS xərcini ödəmişdir.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 300 manat ödəniş edilmişdir.

İşin faktiki halları

9. İşin halları ondan ibarətdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə yuxarıda qeyd olunan şərtlərlə barışıq sazişi imzalanmışdır. Mövcud tələbdə ərizəçi maraqlı şəxsin hazırda barışıq sazişi şərtlərinə əməl etmədiyini qeyd edərək barışıq sazişinin təsdiq edilməsi zərurətinin yarandığını bildirir. Maraqlı şəxs isə bildirir ki, sazişdə qeyd olunan avtomobillərdən BMW 530” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil satılmışdır və onun mülkiyyətində deyildir. Elektron məhkəmə sistemi vasitəsi ilə elektron sorğu verilrkən müəyyən edilir ki, maraqlı şəxsin mülkiyyətində yalnız "Hyundai Sonata" minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Məhkəmənin mövqeyi

12. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir.

13. Məhkəmə qeyd edir ki, hazırki barışıq sazişindən göründüyü kimi, həmin sazişin tərəfləri qeyd olunan iki avtomobilə - BMW “530” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı və "Hyundai Sonata" minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillərə münasibətdə razılığa gəlsələr də, lakin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə edilən sorğu nəticəsində müəyyən edilmişdir ki, Maraqlı şəxs mülkiyyətində yalnız "Hyundai Sonata" minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Eyni zamanda hazırki məhkəmə iclasında da maraqlı şəxs digər BMW “530” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin satıldığını və hazırda həmin avtomobilin onun mülkiyyətində olmadığını bildirir. Belə olan halda, məhkəmə hesab edir ki, BMW “530” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil özgəninkiləşdirildiyindən və hazırda üçüncü şəxsin mülkiyyətində olduğundan, hazırki sazişin eyni zamanda həmin avtomobilə münasibətdə təsdiq edilməsi üçüncü şəxsin hüquqularının pozulmasına səbəb olacaqdır və bu isə barışıq sazişinin təsdiqi ilə bağlı münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normadan göründüyü kimi yolverilməzdir və bu səbəbdən barışıq sazişinin qeyd olunan hissədə təsdiq edilməsindən imtina edilməlidir. Məlumdur ki, barışıq sazişinin təsdiqinə xüsusi icraat qaydasında baxılır və bu icraat çərçivəsində tərəflərin maraqlarına toxunan hər hansı başqa əqdin etibarlılığına hüquqi qiymət verilməsi mümkün deyildir. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli və xx.xx.2024-cü il tarixli barışıq sazişi "Hyundai Sonata" minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, barışıq sazişinin hissəvi təsdiqi mümkündür. Digər avtomobilə münasibətdə isə, ərizəçi həmin avtomobillə bağlı iddia icraatı qaydasında tələb irəli sürmək hüququnu itirmir.

14. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarından göründüyü kimi, ərizəçi mediasiya prosesi ilə əlaqədar 550 manat və vəkil tərəfindən hüquqi xidmət göstərilməsinə görə 300 manat məbləğində ödəniş etmişdir. Ərizə qismən təmin edildiyindən məhkəmə hesab edir ki, həmin pul vəsaitləri maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Ərizə qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

17. Beləliklə, məhkəmə ərizəçini dinləyib, iş materiallarına nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qeyd olunan şərtlərlə təsdiq edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu, mediasiya prosesi zamanı ödənilmiş 550 manat və hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 300 manat pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutub məhkəmə,

qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024- 02298 nömrəli Barışıq Sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin: Birinci tərəf Ərizəçi Bu Saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri Maraqlı şəxs mülkiyyətində olan "Hyundai Sonata" minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, 2010-cu il buraxılışlı avtomobil üzərində mübahisəsiz qaydada birinci tərəf Ərizəçi 1/2 hissədə payının (mülkiyyət hüququnun) tanıdığına (təsdiq etdiyinə) dair ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf Maraqlı şəxs Bu Saziş imzalandıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri Maraqlı şəxs mülkiyyətində olan "Hyundai Sonata" minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, 2010-cu il buraxılışlı avtomobil üzərində mübahisəsiz qaydada birinci tərəf Ərizəçi 1/2 hissədə payının (mülkiyyət hüququnun) tanıdığına (təsdiq etdiyinə) dair öz üzərinə öhdəlik götürür. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu, mediasiya prosesi zamanı ödənilmiş 550 manat və hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 300 manat pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar