Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6231/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan yataq dəsti ağ-qara rəngdə Madeyra firmasının Majestik modeli – 1200 azn. Bura daxildir iki nəfərlik taxt, altı qapılı dolab, güzgülü komod, taxt üçün yun döşək 120 azn, dörd ədəd yataq dəsti – 200 azn, üç ədəd tünd bənövşəyi rəngdə olan yorğanlar – 120 azn, üç ədəd sintifon yorğanlar ağ rəngdə - 180 azn, üç ədəd narıncı rəngdə yay nazik yorğanlar – 75 azn. Qonaq otağında Madeyra firmasının künc divanı tünd boz rəngdə açılan və bazalıdır – 800 azn, tünd qəhvəyi rəngdə olan transformer masa açılıb 12 nəfərlik yekə nahar masasına çevrilir - 300azn, televizor Led Samsung firması – 450 azn, televizor altlığı qara rəngdə iki mərtəbəli şüşədən ibarətdir – 120 azn, altı ədəd dəmir korpuslu oturacaqlar – 280 azn, Mideya firmasının kondisioneri 45 kv – 450 azn, Qjel firmasının konfet qabları 2 ədəd – 90 azn, tünd goy rəngdə güldan farfordan Rossiya zavodu – 80 azn, Qjel firmasının pişik fiquru – 45 azn, farfor fiqur balerina – 80 azn, tünd göy rəngdə farfordan zınqırov – 45 azn. Mətbəx mebeli Madeyra firmasının künc mətbəx mebeli tünd qəhvəyi rəngdə - 1000 azn, paltaryuyan maşın Ariston firması 5 kiloluq ağ rəngdə - 500azn, qabyuyan maşın Ariston firması 8 nəfərlik ağ rəngdə - 600 azn, on iki nəfərlik nahar dəsti Luminark firması dördkünc formada açıq yaşıl rəngdə tünd yaşıl zolaqlarla – 380 azn. Dəstə daxildir 2 ədəd bulud, 2 ədəd dərin bulud, 12 ədəd kasa, 12 ədəd dərin boşqablar, 12 ədəd böyük boşqab, 12 ədəd balaca boşqab, qədimi mis aş qazanları 3 ədəd – 160 azn, qədimi mis dolça – 180 azn, iki ədəd aş qabı Özbəkistana məxsus milli qablar - 160azn, soyuducu ağ rəngdə İndesit firması 560 azn, kitab şəklində açılan masa tünd qəhvəyi rəngdə - 80azn, ət çəkən maşın Panasonic firmasının – 260 azn, blender ağ rəngdə Maxwell firmasının – 46 azn, kofeüyüdən maşın Gorenye firmasının qara rəngdə - 80azn, mətbəx üçün elektron tərəzi Gorenye firması – 36 azn, soba – 120 azn, elektrik soba Davaline firmasi qara rəngdə - 140 azn, tozsovuran Samsung firması – 180 azn, mikrodalğalı soba panasonik firması – 240 azn, şəxsi əşyalar, uşağa məxsus olan sarı rəngdə velosiped oyuncaqları və digər əşyaları, şəxsi paltarlarım, ayaqqabılarım, kosmetik vasitələrin, saç üçün fen Geepas firması – 38 azn, ütü fen Braun firması – 46 azn və s. əşyalar Cavabdeh tərəfindən mənə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, cavabdehlə barışdığını bildirib, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışına hazırlıq mərhələsində iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-6231/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6231/2021
23.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver