Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-640/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 2* mart *995-ci ildə doğulmuş qızı X2 *6.0*.*996-cı ildə Lənkəran rayonu Ürgə kəndində və 2* mart *995-ci ildə doğulmuş qızı X3 27.06.*995-ci ildə Lənkəran rayonu Ürgə kəndində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi və onların adına Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 2* mart *995-ci ildə doğulmuş əkiz qızları X8 *6.0*.*996-cı ildə və X9 27.06.*995-ci ildə Lənkəran rayonu Ürgə kəndində vəfat etmişlər və həmin kənd qəbiristanlığında da dəfn olunmuşlar. Uşaqları vəfat edən zaman çox kiçik yaşda olmuşlar, Şəbnəm ** aylıq, Zümrüd isə 4 aylıq olanda vəfat etmişlər. Həmin vaxt övladlarının çox kiçik yaşda vəfat etmələri bağlı ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün tibb müəssisəsinə və qeydiyyat şöbəsinə müraciət etməmişdir. Lakin qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Tibb müəssisəsi tibbi şəhadətnamənin verilməsindən ölüm faktı barədə vaxtında müraciət etmədiyi üçün ona imtina cavabı vermişdir. Hazırda isə həyat yoldaşı-X7 202*-ci ilin may ayında vəfat etmişdir, o, heç bir yerdə işlmədiyi üçün ailə başçısının itirilməsinə görə pensiya almağı ilə bağlı varislərin dairəsi müəyyən edilən zaman və digər sənədləşdirmə işləri üçün *995-*996-cı illərdə vəfat etmiş qızlarının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Əkiz qızlarının ölüm haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Əkiz qızları X4 *6.0*.*996-cı ildə və X5 27.06.*995-ci ildə vəfat etmələrini şahidlər də təsdiq edirlər. Həmin şahid ifadələrini məhkəmə iclasında təqdim edəcəyini bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək, qeyd edilənlərə uyğun izhahat verib, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi Ə.Şükürov məhkəməyə ərizə ilə müraciət edərək qeyd olunan tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 2*.03.*995-ci ildə anadan olmuşdur. X*, anası X*2r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 2*.03.*995-ci ildə anadan olmuşdur. X*, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X5 ölümü haqqında 27.06.*995-ci ilə aid , X4 ölümü haqqında isə *6.0*.*996-cı ilə aid Maraqlı şəxs arxivində akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli,45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nm 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir.Ölüm faktını ləsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi,ölümün qeydiyyat tarixi yazılmalıdır.Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda,ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Bu halda o, məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Lənkəran rayon X20 arayışından görünür ki, 2*.03.*995-ci ildə doğulmuş X5 və X4 ölümü haqqında xəbər verilmədiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Urgə kənd X22 arayışından görünür ki, 2*.03.*995-ci ildə doğulmuş X9 27.06.*995-ci ildə, X8 isə *6.0*.*996-ci ildə Urgə kənd qəbiristanlığında dəfn olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*8 izahatında bildirmişdir ki, mərhum X6 xalası oğludur və onun 2* mart *995-ci ildə doğulmuş əkiz qızları X8 *6.0*.*996-cı ildə və X9 27.06.*995-ci ildə Lənkəran rayonu Ürgə kəndində vəfat etmişdirlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş X*0 izahatında bildirmişdir ki, mərhum X6 qardaşıdır və onun 2* mart *995-ci ildə doğulmuş əkiz qızları X8 *6.0*.*996-cı ildə və X9 27.06.*995-ci ildə Lənkəran rayonu Ürgə kəndində vəfat etmişdirlər. Məhkəmə qeyd edir ki, Ərizəçi ərizəsi ölüm faktının müəyyən edilməsi hissəsində əsaslıdır . Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.4.-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Həmin Qərarın 9-cu bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.*-ci bəndinə görə “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “Ölüm haqqında” tibbi şəhadətnamənin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında” tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Qərarın 9.3-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi haqqında qətnamə çıxarılması hissəsinə münasibətdə əsassızdır. Belə ki AR MPM-nin 3**-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Prosessual qanunvericiliyin tələbindən göründüyü kimi, məhkəmə qətnaməsi qeydiyyat orqanı tərəfindən qeydiyyat hərəkətlərinin aparılmasına əsas yaradan sənəddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi qismən təmin edilməli, 2* mart *995-ci ildə doğulmuş qızı X2 *6.0*.*996-cı ildə Lənkəran rayonu Ürgə kəndində və 2* mart *995-ci ildə doğulmuş qızı X3 27.06.*995-ci ildə Lənkəran rayonu Ürgə kəndində vəfat etmələri faktı təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 2* mart *995-ci ildə doğulmuş X5 27 iyun *995-ci ildə Lənkəran rayonu, Ürgə kəndində, 2* mart *995-ci ildə doğulmuş X4 *6 yanvar *996-cı ildə Lənkəran rayonu, Ürgə kəndində ölmələri faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-640/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-640/2022
02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver