Məhkəmə qərarları › İş №2(010)-6591/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6591/2025

24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6591/2025 24.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" Publik hüquqi şəxsi 42 nömrəli Şəhər Poliklinikası) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi Ərizəçi X* ölümünün qeydə alınmasının təmin edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi anası X7 07.*2.2025-ci il tarixində vəfat etmişdir. Suraxanı Təcili və X4 Stansiyasının 2 saylı tərəfindən təqdim olunan ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 07.*2.2025-ci il tarixdə saat 09:30-da *958-ci il təvəllüdlü X7 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda *958-cu il təvəllüdlü X3 meyiti aşkar edilmişdir. X* vəfatının qeydə alınması məqsədilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" "Bakı Baş Səhiyyə Mərkəzi" Publik hüquqi şəxsi 42 nömrəli şəhər poliklinikasına *2.*2.2025-ci il tarixdə müraciət etsə də, *3.*2.2025-ci il tarixdə həmin qurum tərəfindən təqdim edilən cavab məktubunda bildirilmişdir ki, vəfat edən 20.03.*958-ci il təvəllüdlü X7 42 nömrəli Şəhər Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyindən ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi 09.*2.2025-ci il tarixli məktubu ilə məhkəməyə müraciət edərək, işinin çoxluğunu nəzərə alaraq, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlәrin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə qonşudur. O, faktiki olaraq Əmircan qəsəbəsindəki Tatar qəbirstanlığı ilə deyilən ərazi ilə üzbəüz olan Zeynal Zeynalov küçəsində yaşayır. Onun Elnurun anası ilə münasibətləri yaxşı idi, evlərinə gedib-gəlirdi. Sevda ölümündən iki ay əvvəldən ürəyinin sıxıldığını deyirdi. Sonuncu dəfə Elnurun anasının ölümündə 2 gün əvvəl onlarda olmuş və Elnurun anası Sevda ilə görüşmüşdür. 2 gün sonra əri ona demişdir ki, Elnurun anası Sevda vəfat etmişdir. Dekabr ayının 7-də Sevda vəfat etmişdir. Sevda Qaraçuxur qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Ərizəçi anası Sevda ilə birgə Azərsu Tikinti xəstəxanasında işləmişlər və iş yoldaşı olmuşlar. O, Sevda ilə birlikdə dekabr ayının 6-da Sevdanın vəfat etdiyi ünvana qonaq getmişlər. Sonra saat gec olduğundan qonağ getdikləri evin xanımı onları evində getməyə qoymamış və saatın gec olduğunu və gedəcəkləri yerin uzaq məsafədə olduğunu bildirib gecə həmin evdə qalmalarını bildirmişdir. Odur ki, hər ikisi qonaq getdikləri evdə qonaq qalmışlar. Səhər saat 9-a işləyəndə yerindən qalxıb Sevdanı oyatmağa çalışmış və həmin vaxt müəyyən olunmuşdur ki, Sevdə vəfat edib. 06 dekabr gecə saatlarında Sevdanın qan təzyiqi yüksək olmuş və Sevda Kaptapiril dərmanı atmışdır. İş materialları Təcili və X4 Stansiyasının 07.*2.2025-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 07.*2.2025-ci il tarixdə saat 9:30-da X3 adına çağırış olmuş və çağırışa gəlmiş həkim «qadın cinsli meyit, həkimə qədər ölüm" aşkar etmişdir. Şəxsiyyət vəsiqəsindən görünür ki, X7 20.03.*958-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Qaraçuxur Bələdiyyəsinin *6.*2.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi anası mərhum X7 07.*2.2025-ci il tarixində vəfat etmiş və Qaraçuxur qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs*3.*2.2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, 20.03.*958-ci il təvəllüdlü olmuş Ərizəçi anası X7 42 nömrəli Şəhər Poliklinikasına hər hansısa bir xəstəliklə bağlı müraciət etməmişdir. Bununla əlaqədar olaraq ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina olunmuşdur. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-in 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası 20.03.*958-ci il təvəllüdlü X7 07.*2.2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçi X* ölümü haqqında şəhadətnamə almaq üçün 42 nömrəli Şəhər Polikinikasına müraciət etmiş, lakin ərizəçinin anası X7 hər hansı bir xəstəliklə bağlı 42 nömrəli Şəhər Poliklinikasına müraciət etmədiyindən ona imtina məktubu verilmişdir. Ərizəçi mərhum X* ölüm haqqında şəhadətnaməsini almaq üçün faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməli olmuşdur. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 20.03.*958-ci ildə Ağdam rayonunda anadan olmuş X3 07.*2.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X3 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.03.*958-ci ildə Ağdam rayonunda anadan olmuş X3 07.*2.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X3 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar