Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-661/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi və nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Ərizəçi (Şəki Regional Maraqlı şəxs2ndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi (Şəki Regional Maraqlı şəxs2ndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1980-ci il tarixdə Şəki rayonu, Fazıl kəndində anadan olmuş mərhum qızı X4 xx.xx.1980-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi, barəsində ölüm haqqında akt qeydinin tərtib edilməsi və bu barədə şəhadətnamə verilməsi vəzifəsinin Şəki rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Şəki (keçmiş Nuxa) rayon, Fazıl kəndində anadan olmuş, xx.xx.1979-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə Şəki rayon, Fazıl kənd sakini X7 ərə getmişdir. X12 ilə rəsmi nikahda olduqları müddətdə xx.xx.1980-ci il tarixdə X9 adlı uşaqları olmuş, həmin uşaq üç aylıq olarkən xx.xx.1980-ci il tarixdə Şəki rayon, Fazıl kəndində ölmüşdür. Mərhum qızı Aynur Qocayevanın qeyd edilən tarixdə ölməsi barədə bütün qohumlarının, qonşularının və onları tanıyan çox sayda həmyerlilərinin məlumatı vardır. Qızı Aynurun dəfnindən sonra ona məlum olmayan səbəblərdən onun ölümünün rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Mərhum qızı X4 xx.xx.1980-ci il tarixdə Şəki rayonu, Fazıl kəndində öldüyünü hazırda Şəki rayon, Fazıl kəndində yaşayan X2, X6 və Şəki rayon Kiçik Dəhnə kəndində yaşayan X3 təsdiq edə bilərlər. X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakların vərəsəlik qaydasında hüquq sahiblərinin adına sənədləşdirilməsi üçün mərhum qızı X4 xx.xx.1980-ci il tarixdə Şəki rayon, Fazıl kəndində ölməsini təsdiq edən rəsmi sənəd tələb olunur. Mərhum qızı X4 ölüm faktını təsdiq edən sənədi əldə etmək məqsədilə Şəki rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin təşkilatdan ona verilən cavab məktubunda qızının ölümü haqqında akt qeydinin aşkar edilmədiyi, onun ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda mərhum qızı X4 xx.xx.1980-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, bu işlə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur.
İşin ərazi aidiyyəti üzrə göndərilməsi.
3. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-2334/2024 nömrəli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
İddianın dəyişdirilməsi.
4. İddiaçı Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ölüm haqqında akt qeydinin tərtib edilməsi və şəhadətnamə verilməsi ilə bağlı hissələrdə tələbinin həcmini azaltmış, məhkəmədən yalnız xx.xx.1980-ci il təvəllüdlü qızı X4 xx.xx.1980-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında Ərizəçi və və nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçi, həmçinin əlavə etdi ki, qızının 1990-cı ilin 21 may tarixində ölməsini dəqiq bilir. Çünki o, uşağın anası olmuşdur və tarixi hamıdan dəqiq xatirində saxlamışdır.
6. Maraqlı şəxs Şəki Regional Maraqlı şəxs2ndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi adından məhkəməyə ərizə ilə müraciət edilmiş, iş yükünün çoxluğu və məsafənin uzaq olması səbəbindən məhkəmə iclaslarında nümayəndənin iştirakının mümkün olmadığı bildirilmiş, işə iştirakları olmadan baxılaraq qanuni qərar qəbul edilməsi xahiş edilmişdir.
İş materialları.
7. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, 1980-1981-ci il tarixlərində Şəki şəhərində vəfat etmiş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Şəki rayon qeydiyyat şöbəsində arxiv məlumatları ölüm haqqında akt qeydi kitabları üzrə 1980-1984-cü illər, ölüm haqqında bərpa akt qeydi kitabları üzrə xx.xx.1981 – xx.xx.2024cü illər yoxlanılmışdır.
8. 4 saylı Bakı Maraqlı şəxs2 qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 429972 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə “Ağciyər ödəmi” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 291 nömrə ilə qeyd edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1980-ci il təvəllüdlü X4 ölümü haqqında akt qeydi aşkar edilməmiş, sonuncunun ölümünün qeydə alınmasının mümkün olmaması və ölüm faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edilməli olması bildirilmişdir.
10. Oğuz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X9 (atası X12, anası Ərizəçi) xx.xx.1980-ci il tarixdə Şəki rayonunda anadan olmuş, bu barədə xx.xx.1980-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 7812 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.
Şahid ifadələri.
11. Şəki Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Bacısının 1980-ci il tarixdə qızı anadan olmuş, lakin bir neçə ay sonra vəfat etmişdir. O, həmin uşağın yas mərasimində də iştirak etmişdir. Uşaq vəfat etdikdən sonra Fazıl kəndində dəfn olunmuşdur.
12. Şəki Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Onun təxminən 17-18 yaşlarında bacısı Ruziyyənin qız övladı dünyaya gəlmiş və 4-5 aylığında olarkən vəfat etmişdir. Həmin uşağın yas mərasimində o da iştirak etmişdir. Uşaq isə Fazıl kəndində dəfn edilmişdir.
13. Şəki Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Onlar kənddə yaşadıqları vaxt qızları anadan olmuş, lakin 5 ay sonra uşaq ölmüşdür. Bir müddət sonra isə yoldaşının işi ilə əlaqədar xaricə köçmüşdür. Uşaq Fazıl kəndində dəfn edilmişdir.
İşin faktiki halları.
14. Ərizəçi xx.xx.1980-ci il tarixdə X9 adlı qızı doğulmuş, bu barədə müvafiq akt qeydi tərtib olunmuşdur. Tətbiq edilən hüquq.
15. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
18. Ərizəçinin xahişindən görünür ki, məhkəmədən qızı X4 xx.xx.1980-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir.
19. İş materialları və şahid ifadələri əsasında ərizəçinin qızı xx.xx.1980-ci il təvəllüdlü X4 doğulduğu ildə də ölməsi faktı müəyyən edilmişdir. Həmçinin mərhumun anası olan ərizəçinin izahatından görünür ki, qızının ölümü məhz xx.xx.1980-ci il tarixdə baş vermişdir. Lakin bu ölüm barədə məlumat dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən ərizəçi qızının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir.
20. Belə olan halda məhkəmə hesab edir ki, X4 xx.xx.1980-ci il tarixdə Şəki rayonunun Fazıl kəndində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1980-ci il təvəllüdlü X4 xx.xx.1980-ci il tarixdə Şəki rayonunun Fazıl kəndində ölməsi faktı müəyyən edilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X4 xx.xx.1980-ci il tarixdə Şəki rayonu, Fazıl kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva