Məhkəmə qərarları › İş №2(010)-665/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-665/2022

09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-665/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, *979-cu ildə vəfat etmiş **.*2.*978-ci il təvəllüdlü X3 adlı qardaşının ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi dəqiqləşmə barədə ərizə təqdim edərək, X2 *0.03.*979-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumtlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, qardaşı Bakıda doğulduğu evdə vəfat edib. O vaxt Suraxanı rayonunda köhnə qəbirstanlıq olub və orada dəfn olunub. O, sonradan həmin qəbirstanlığın aid olduğu ərazinin Bələdiyyəsinə müraciət etmiş, lakin onlar *0-20 ildən artıq müddətdə olan sənədləri saxlamadıqlarını bildirmişlər. Qardaşı 4-5 aylıq olanda vəfat edib və qəbirdaşı belə yoxdur. Onu əmisinin qonşusunun yanında dəfn ediblər. Ona görə də sənəd almaqları mümkün olmayıb. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, X3 onun qardaşı uşağıdır. Körpə 3-4 aylığında, o, hələ hərbi xidmətə getməmişdən əvvəl rəhmətə getmişdir və həmin zaman onun *5-*6 yaşı olardı. Bundan sonra isə onu Əmircan qəbirstanlığında dəfn etmişlər. Əkrəmin yoldaşının südündə mikrob olduğu üçün o, qardaşının yoldaşını Moskvaya müalicəyə apardı və bundan sonra doğulan uşaqlarda heç bir problem olmadı. Məhkəmə iclasında şahid qismində dindirilən X* bildirdi ki, o, Əkrəmgilnən qapı qonşusu olmuşdur. Onların uşaqları doğulduqdan sonra demək olar ki, heç yaşamırdılar və ana südündə mikrob olduğu üçün *-2 aylığında ölürdülər. Ölən uşaqların dəfn olunduqları yer də onun yadındadır. Buna görə də Mirağanın süd anası o olmuşdur. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 23.**.202*-ci il tarixdə verilmiş *3*4-05/75 nömrəli doğum haqqında arayışdan görünür ki, X3 ** dekabr *978-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 23.**.202*-ci il tarixdə verilmiş *3*6-05/70 nömrəli arayışdan görünür ki, X3 barəsində Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydləri *979-*98*-ci illər, ölüm haqqında bərpa akt qeydləri isə *979-*992-ci illər üzrə yoxlanılmışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 23.**.202*-ci il tarixli, *024-05/70 №-li cavab məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyrimümkündür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin *59.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin *59.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.*-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, X2 *0 mart *979-cu il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun qardaşının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X2 *0 mart *979-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar