Məhkəmə qərarları › İş №2(010)-6667/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6667/2025

25.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6667/2025 25.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi.

1. Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək bacısı X4 ölüm barədə şəhadətnamə alınması üçün Forma 106 arayışı verilməsi vəzifəsinin 5 saylı Poliklinikanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra Ərizəçi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə məhkəməsinə müraciət edərək, ərizədə qeyd etdiyi maraqlı şəxsin “Suraxanı Rayon Qeydiyyat Şöbəsi” ilə, iddia predmetinin “ölüm faktının müəyyən olunması” ilə əvəz edərək, bacısı xx.xx.1955-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X3 xx.xx.2025-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin əsaslandırıldığı hallar.

3. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bacısı X7 xx.xx.2025-ci il tarixdə xəstəlik nəticəsində vəfat etmişdir. Onun ölməsini təsdiq edən tibbi şəhadətnamə olmadığından bacısı X4 ölüm barədə şəhadətnamə ala bilmir. Onun qardaşı olduğundan onun ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəsimi rayonu 5 nömrəli şəhər Poliklinikasına onun barəsində ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etsə də, maraqlı şəxsin 20 oktyabr 2025-ci il tarixli 18-1-148/2-338/2025 saylı cavab məktubu ilə şəxsin poliklinikada müayinə və müalicə almadığına görə ölümün səbəbini müəyyən edə bilmədiklərindən Formanın verilməsindən imtina edilmişdir. X1 ölümü barədə tibbi şəhadətnamə olmadığından ölüm haqda şəhadətnaməsini ala bilmir.

Tərəflərin izahatları.

4. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, X7 onun bacısıdır, o, xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Bacısının 70 yaşı var idi, öz evində kiçik qardaşı ilə birlikdə yaşayırdı, onun övladı olmamışdır. Onun bacısı bir-iki dəfə əməliyyat olunmuşdur. Qonşular həmin gün onun ölümü barədə digər bacısına zəng edərək məlumat vermişlər. Onun bacısı Şamaxı rayonunda qəbirsanlıqda dəfn edilmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamə Ərizəçi müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni bacısının dəfni üçün müavinətini almaq üçün lazımdır.

5. 4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Şahid İfadələri

6. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun qardaşı, ölən şəxs isə bacısıdır. O, işdə olarkən bacısı qızı ona zəng edərək, X5 ölməsi barədə məlumat vermişdir. O, bacısının ölüm səbəbini bilmir, belə ki, bacısı yatdığı yerdə vəfat etmişdir. X2 övladı olmamış və tək yaşayırdı. Lakin onun evinə tez-tez gedib nəzarət edirdilər. X6 Şamaxı rayonunda qəbirsanlıqda dəfn etmişlər.

7. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun dayısı, X7 isə onun xalasıdır. O, xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Şamaxı qəbirsanlığında dəfn edilmişdir. Xalası tək yaşayırdı və onun evinə gedib-gələrək onu nəzarətdə saxlayırdılar. Onun qonşuları anasına zəng edərək xalasının ölməsi barədə məlumat vermişlər.

İş materialları.

8. xx.xx.2025-ci il tarixli Respublika Təcili və X18 Mərkəzi “PHŞ” Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X5 adına xx.xx.2025-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, qadın cinsli meyid aşkar olunmuşdur.

9. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 "Bakı Baş Səhiyyə Mərkəzi" X21 5 Nömrəli Şəhər Poliklinikası tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü, X8, ünvan 2 ünvanda yaşayan, xx.xx.2025-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon Maraqlı şəxsna müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiyinə görə Forma N 103 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidirlər.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixdə Ərizəçi ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirilir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2 ölümünün qeydə alınması mümkün olmamışdır.

11. Ərizəçi ondan ötəri ki, həqiqətən bacısı X7 xx.xx.1955-ci ildə anadan olmuş, xx.xx.2025-ci İldə vəfat etmişdir və Şamaxı rayonu Yeddi Gümbəz qəbrstanlığında dəfn olunmuşdur.

12. Şamaxı rayon VVAQ Bürosu tərəfindən verilmiş Doğum haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.1955-ci ildə doğulmuşdur, anası X17 və atası X10r.

13. Şamaxı rayon VVAQ Bürosu tərəfindən verilmiş Doğum haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1959-cu ildə doğulmuşdur, anası X17 və atası X10r.

İşin faktiki halları.

14. Ərizəçinin bacısı - X7 xx.xx.1955-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. O, xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Şamaxı rayonu Yeddi Gümbəz qəbrsanlığında dəfn olunmuşdur. Hazırda Ərizəçi, bacısının ölüm haqqında şəhadətnaməsi, bacısının dəfni üçün müavinətin alınması üçün lazımdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı.

4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin bacısı - X7 xx.xx.1955-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. O, xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Şamaxı rayonu Yeddi Gümbəz qəbrsanlığında dəfn olunmuşdur. Hazırda Ərizəçi ölüm haqqında şəhadətnamə bacısının dəfni üçün müavinətin alınması üçün lazımdır.

Məhkəmə xərcləri.

19. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, xx.xx.1955-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin olunsun. xx.xx.1955-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar