Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-667/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi. *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X4 04 may 2009-cu ildə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan Ərizəçi ərizə təqdim edərək, qardaşı X4 ** fevral 2009-cu ildə Rusiya Federasiyasının Novosibirsk şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı Qeydiyyat şöbəsi *3.02.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, qardaşı Rusiya Federasiyası Novosibirsk şəhərində vəfat etmiş və nəşi təyyarə ilə Bakıya gətirilmişdir. Mərhum Binə qəsəbəsində dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq mümkün olmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, mərhum onun dayısıoğlu olmuşdur. Belə ki, Fikrət 2009-cu ilin fevral ayında Rusiyada avtoqəzada dünyasını dəyişmiş və orada yaşayan kəndçilərin köməyilə nəşi Azərbaycana gətirilərək dəfn olunmuşdur.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X* bildirdi ki, mərhum Fikrət kişi ilə onlar qonşu olmuşlar. Fikrət Rusiyaya işləməyə getmiş və 2009-cu ildə yol qəzasında dünyasını dəyişmişdir. Sonradan nəşi Azərbaycana gətirilmiş və o, şəxsən özü bənna olduğu üçün mərhumun qəbirinin tikilməsində iştirak etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, mərhum ilə qonşu olmuşdur. Mərhum Xəzər rayonunda yerləşən Binə qəbirstanlığında dəfn olunmuş və o da bir qonşu kimi dəfndə iştirak etmişdir. İş materialları.
8. Bakı şəhəri Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 75 №li arayışından görünür ki, mərhum X6 ** fevral 2009-cu ildə vəfat etmiş və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir.
9. Fotoşəkildən görünür ki, X4 qəbirdaşında vəfat tarixi ** fevral 2009-cu il olaraq qeyd edilmişdir. *0. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05/*5-558 №-li məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür.
İşin faktiki halları.
**. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X6 ** fevral 2009-cu il tarixdə vəfat etmiş və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən qəbiristanlığında dəfn edilmişdir. Sadəcə olaraq X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Tətbiq edilən hüquq.
*2. Azərbaycan Respublikası Ailə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 309. Ərizənin verilməsi. 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” 8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi.
*5. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *6. Məhkəmə hesab edir ki, X4 ** fevral 2009-cu il tarixdə Rusiya Federasiyasında ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun qardaşının ölüm faktı müəyyən olunmalıdır.
Məhkəmə xərcləri.
*7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *8. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
*9. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 ** fevral 2009-cu il tarixdə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. X4 ** fevral 2009-cu il tarixdə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.