Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-667/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsinə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” X9 qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum həyat yoldaşı X4 *8 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Badamdar şosesi *5*, 342-ci yaşayış sahəsi ünvanında yerləşən “Biovista” hospitalının həyətində vəfat etməsi ilə əlaqədar ölümünün qeyd edilmə faktının müəyyən edilməsi və onun adına 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şahadətnamənin verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X7 onun həyat yoldaşıdır. O, 0*.0*.*964cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuşdur. Onunla 0*.08.*983-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Füzuli rayonu VVAQ şöbəsində qeydə alınmış və orada onlara ***-JQ-3*4265 saylı nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Onlar Bakı şəhərində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi ev *9, mənzil *52 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşamışlar. Həyat yoldaşı Həlimə Bunyatova *5 il olardı ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Eyni zamanda onun ürəyinə 2022-ci il iyul ayında stent qoyulmuşdur. Mütəmadı olaraq şəkərli diabet və ürəyinə görə müalicələr alırdı.*8 noyabr 2023-cü ildə səhər saatlarında qardaşı X6 ilə birlikdə gözündə olan milvari suyunu götürmək üçün həyat yoldaşı Həlimə Bunyadovanı Bakı şəhəri Badamdar şösesi *5*,342-ci yaşayış sahəsi ünvanında yerləşən “Biovista” hospitalına aparmışdılar. Hospitalın həyətinə daxil olan zaman onun halı birdən-birə pisləşmişdir. Onlar tez köməyə həkimləri və təcili tibbi yardım cağırıblar. Halı psiləşəsəndən sonra həyat yoldaşı Həlimə Bunyadova qısa bir vaxt ərzində həkimlər və təcili yardım briqadası gələnə kimi dünyasını dəyişmişdir. Hadisə yerinə BŞT və TTYS-nin *9 saylı bölməsinin həkimləi *8 noyabr 2023-cü il saat 08:23 dəqiqədə gəlmişdi. Cağırışa gələn BŞT VƏ TTYS-nin *9 saylı bölməsinin həkimləri həyat yoldaşının ölümü barədə onlara Təcili və X23 Stansiyası PHŞ “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” vermişdir. Cağırışa gələn Təcili və X26 həkimləri ona bildirdilər ki, mərhum həyat yoldaşı Həlimə Bunyadovaya ölüm haqqında şəhadətnamə almaq üçün yaşadıqları yerin poliklinkasına müraciət etməli, oradan tibbi şəhadətnamə alıb Suraxanı rayon qeydiyyat şöbəsinə və ya ASAN Xidmət Mərkəzinə vermək lazımdır ki, orada öna ölüm haqqında şəhadətnamə yazıb versinlər. Ondan sonra o, ölüm haqqında şəhadətnamə almaq üçün yaşadıqları əraziyə baxan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 43 nömrəli şəhər polikilikasına müraciət edib. Lakin, oradan ona ölüm haqqənda tibbi şəhadətnamə verməkdən imtina ediblər. Ona göndərdikləri 28.**.2023-cü il tarixli, 903 saylı ərizəsinə cavab məktubunda bildirmişlər ki, ölüm hadisəsi qeyri-yaşayış yerində baş verdiyi üçün və sahə həkimi xəstəni (mərhumu) görmədiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyil. Ondan sonra ö mərhum yəyat yoldaşı Həlimə Bunyadovaya ölüm haqqında şəhadətnamə almaq üçün 29.**.2023-cü il tarixdə ərizə ilə 4 saylı Bakı “Asan Xidmət” Mərkəzindəki qeydiyyat şöbəsinə müraciət etmişdir. Orada da ona ölüm haqqında şəhadətnamə verməkdən imtina ediblər. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzindəki qeydiyyat şöbəsinin rəisi Aygün Eminova ona göndərdiyi 29.**.2023-cü il tarixli, 3-*6-5/8-*5-*25*/2023 saylı cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il il tarixli qərarı ilə təsdiq edilmiş “Vətandaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisənin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayış ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyat üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən o mərhum yoldaşı X4 ölüm faktının müəyyən edilməsi üçün Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Mərhum həyat yoldaşı X4 *8 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən “Biovista” hospitalının həyətində öz əcəlli ilə ölməsini onun bütün ailə üzvləri, qohumları, o cümlədən qardaşı X* Sahil Balayev, BŞT və TTYŞ *9 saylı yardım stansiyasının hadisə yerinə gəlmiş həkimi A.Zeynalova, tibb bacısı Y.Cəfərova tam təsdiq edə bilərlər. Mərhum yoldaşı Həlimə Bunyadovanı onlar Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi Dədə Qorqud qəbirstanlığında dəfn ediblər. Bu barədə ona Zığ qəsəbə bələdiyyəsindən 453 saylı, 28.**.2023-cü il tarixli arayış da verilmişdir. Həmin arayışı və həyat yoldaşı Həlimə Bunyadovanın məzarına aid olan 2 ədəd foto şəkli də ərizəsinə əlavə edilib. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” X*6nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 29.**.2023-cü il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu,Yeni Günəşli Y/M “V” massivi, ev *9, mənzil *52-də X*7, X*3, X*8, X7, X*0, X*4, X*9, X24, X20 qeydiyyatdadırlar. Füzuli rayonu VVAQ Şöbəsi tərəfindən 0*.08.*983-cü il tarixdə verilmiş, İİİ- ЖГ seriyalı, 3*4265 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2* və X** arasında 0* avqust *983-cü ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 0*.08.*983-cü il tarixdə *85 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Bunyadova soyadı verilmişdir. Azərbaycan Respublikası DİN tərəfindən 29.08.*997-ci il tarixdə verilmiş 008352 nömrəli vəsiqəsinə əsasən, Ərizəçi müharibə veteranıdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X40 “Bakı Baş Səhiyyə Mərkəzi” X40 43 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 903 saylı 28.**.2023-cü il tarixli Ərizəçi ərizəsinə cavab məktubunda bildirilmişdir ki, mərhum həyat yoldaşı X5 ölüm hadisəsi qeyri-yaşayış yerində baş verdiyi üçün və sahə həkimi xəstəni (mərhumu) görmədiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyil. Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsi tərəfindən verilmiş 28.**.2023-cü il tarixli, 453 saylı arayışdan görünür ki, X2 qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında *8.**.2023-cü il tarixində dəfn olunmuşdur. *9 saylı Təcili və X*5 Stansiyası tərəfindən verilmiş *8.**.2023-cü il tarixli PHŞ X33 Vərəqəsindən (həkim Zeynalova) görünür ki, təcili tibbi yardım briqadası *8.**.2023-cü il tarixdə çağırış üzrə Badamdar, “Biovista” qospital ünvanına çatmış, xəstə 59 yaşlı X4 həkimə qədər öldüyünü, qadın cinsli meyidini aşkar etmişlər. 4 saylı Bakı “ASAN xidmət” X*6 tərəfindən Ərizəçi ünvanlanmış 29.**.2023-cü il tarixli, 3-*6- 5/8-*5-*25*/2023 saylı cavab məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi müəssisənin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyat üzrə məhkəməyə müraciət edilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkilləri ilə müəyyən olunur ki, qəbiristanlığında dəfn olunmuş mərhumun məzarında Bünyadova Həlimə qeyd edilib. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə *94.*. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə *95. Ölümün dövlət qeydiyyatına alınması qaydası *95.*. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.*.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər... “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı.
8. Ölümün qeydə alınması 8.*. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.... ...8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... ....8.7....Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.*4. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”.
4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.*. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X*5 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.*-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir.... ....4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.... 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.*-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X*2 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.*. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Ərizəçi həyat yoldaşı X5 *8.**.2023-ci il tarixdə ölümün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə 43 nömrəli şəhər polikilinkasına müraciət etmiş, lakin şəxsin ölüm hadisəsinin qeyri-yaşayış yerində baş verdiyi və sahə həkimi xəstəni görmədiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmadığı bildirlmişdir. Daha sonra isə 4 saylı “ASAN xidmət” X9 müraciət etmiş, şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamənin olmaması bildirilmiş və ölüm faktının müəyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materialları ilə təsdiq olunur ki, ərizəçi mərhum X5 həyat yoldaşıdır. Yaxın qohumu olaraq, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirə bilmir. Hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 ölümü ilə bağlı tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsi yoxdur. Məhz bu sənəd olmadığından, sonradan ərizəçi həyat yoldaşının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq orqanlara müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, X3 qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında *8.**.2023-cü il tarixində dəfn olunmuşdur. Göründüyü kimi, ərizəçinin həyat yoldaşı X4 *8.**.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, 0* yanvar *964-cü il təvəllüdlü X5 *8 noyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri Ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müharibə veteranı olduğu üçün dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Bununla da, xərcləri aid etməyə şəxsin olmadığı görünür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. 0*.0*.*964-cü ildə anadan olmuş X4 Bakı şəhərində *8 noyabr 2023-cü il tarixində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva