Məhkəmə qərarları › İş №2(010)-6680/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6680/2021

02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6680/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 2* mart *995-ci ildə doğulmuş qızı X* *6.0*.*996-cı ildə Lənkəran rayon, Ürgə kəndində və 2* mart *995-ci ildə doğulmuş X2 27.06.*995-ci ildə Lənkəran rayon,Ürgə kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, həmin sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan Ərizəçi 2* mart *995-ci ildə doğulmuş əkiz qızları- X4 *6.0*.*996-cı ildə, X5 27.06.*995-ci ildə Lənkəran rayon, Ürgə kəndində vəfat etmişlər və həmin kəndin qəbiristanlığında da dəfn olunmuşlar.Uşaqlar vəfat edən zaman çox kiçik yaşda olmuşlar, Şəbnəm ** aylıq, Zümrüd isə 4 aylıq olanda vəfat etmişdir.Həmin zaman övladlarının çox kiçik yaşda vəfat etmələri ilə bağlı ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etməmişdir. Hal-hazırda isə həyat yoldaşı X3 202*-ci ilin may ayında vəfat etmişdir.O, heç bir yerdə işləmədiyi üçün ailə başçısının itirilməsinə görə pensiya almağı ilə bağlı varislərin dairəsi müəyyən edilən zaman və digər sənədləşdirmə işləri üçün *995-*996-cı illərdə vəfat etmış qızlarınının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır.Ərizə ilə qeydiyyat şöbəsinə müraciət etsə də ona imtina cavabı verilmişdir. Əkiz qızlarının ölüm haqqında şəhadətnamələrinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Belə ki, ərizəsi məhkəməyə verilərkən ərizəyə ölüm haqqında tibbi şəhadətnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin *5*.*-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin *52.*.*-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 3*0.*-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin *52.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi maraqlı şəxs Lənkəran rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar