Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-670/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X* 23 oktyabr 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 20.09.*957-ci ildə Tovuz rayonunda anadan olmuşdur. O, 23.*0.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda o, müvafiq orqanlara müraciət etsə də, atası X* ölüm haqqında şəhadətnaməsinin əldə edə bilmir. Sənədləşmə işləri üçün həmin ölüm haqqında şəhadətnamə ona lazımdır. Xəstəxanaya da müraciət etsə də, ölüm faktını təsdiq edən ölüm haqqında qanunvericiliklə forması müəyyən edilmiş tibbi arayışın verilməsindən rəsmi qaydada imtina edilmişdir. Qeyd edilən tibbi arayışı da təqdim edə bilmədiyindən Maraqlı şəxs mərhum atası X* ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. X* 23.*0.2022-ci il tarixdə vəfat etməsini BŞT və TTYS *3 saylı bölmənin təcili yardım stansiyasının mərhumun dəfn olunması üçün verdiyi arayış təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək, qeyd edilənlərə uyğun izhahat verib ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqli şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək hazırki məhkəmə iclasında nümayəndəsinin iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan 23.*0.2022-ci il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, bina 2/7, mənzil *2b ünvanında X3 aid kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin *9.0*.2023-cü il tarixli, 42 nömrəli arayışından görünür ki, X5, həqiqətən də, 23.*0.2022-ci il tarixdə Tovuz rayonu Qəribli kənd qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan *9.0*.2023-cü il tarixli aktdan görünür ki, X5 23.*0.2022-ci il tarixdə Tovuz rayonu Qəribli kənd qəbristanlıqda dəfn edilmişdir. İş materiallarında olan “İmişli Rayon Mərkəzi Xəstəxanası” X** *6.**.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, atası Bakı şəhəri, Suraxanı rayonunda yaşadığı evdə vəfat etmişdir və onun ölümünün səbəbini təsdiq edən TTYS həkiminin rəyi yoxdur. Belə olan halda ərazi üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Maraqlı şəxs 0*.**.2022-ci il “ölümün qeydə alınmasından imtina haqqında rəy”indən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi qeydiyyat şöbəsinə ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etmədiyindən X* ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* bildirdi ki, ərizəçinin bacısı oğludur və həmin gecə dayısı ona zəng edərək babasının vəfat etdiyini bildirmişdir. O gələndə artıq təcili tibbi yardım orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, ərizəçinin qardaşıdır və atasının rəhmətə getdiyini qardaşından öyrənmişdir. Sonradan, özü də yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, ərizəçinin qaynıdır və mərhumun vəfat etdiyini ondan öyrənmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşılması üçün əsas görmür. Məhkəmə qeyd edir ki, X2 ölüm faktının müəyyən edilməsi üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.4.-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Həmin Qərarın 9-cu bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.*-ci bəndinə görə “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “Ölüm haqqında” tibbi şəhadətnamənin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında” tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Qərarın 9.3-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X* 23.*0.2022-ci il tarixdə ev şəraitində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X* 23 oktyabr 2022-ci il tarixdə, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-670/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-670/2023
01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver