Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-672/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Tural Nurulla oğlu Məmmədovun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət və cehiz əşyaları tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət və cehiz əşyaları tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Nizami İsmayılov ev 6, 5 saylı mənzildə olan divan və 2 kreslo dəyəri - 550 manat, uşaqlar üçün ikimərtəbəli çarpayı- dəyəri 300 manat, mətbəx mebeli (əlavə şkafları ilə bərabər) dəyəri 1500 manat, paltaryuyan maşın - dəyəri 500 manat, ətçəkən maşın, şirəçəkən maşın, kokteyl aparatı, soba, tozsoran- dəyəri 560 manat və digər qab-qacaq, qazan dəstləri və servizlər-dəyəri 880 manat, oğlu Ələkbərin adına xalaları adından alınmış 2 ədəd qızıl qolbaq-dəyəri 350 manat, qızıl boyunbağı və qolbağı sirkon qaşlı - dəyəri 600 manat, sırğa və üzük dəsti brilyant qaşlı - dəyəri 1100 manat, hədiyyə düzəldilən sırğaüzük dəsti- dəyəri 200 manat, bacılarının ona hədiyyə etdiyi qızıl boyunbağı - dəyəri 380 manat, özü və övladlarına aid geyimlər, övladlarının oyun əşyaları və 2 ədəd velosiped dəyəri 150 manat, 2 ədəd skuter - dəyəri 60 manat və özünə aid dərsliklərinin cavabdehlərdən alınaraq ona geri qaytarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, oğlu Ələkbərin adına xalaları adından alınmış 2 ədəd qızıl qolbaq- dəyəri 350 manat, qızıl boyunbağı və qolbağı sirkon qaşlı - dəyəri 600 manat, sırğa və üzük dəsti brilyant qaşlı - dəyəri 1100 manat, hədiyyə düzəldilən sırğa-üzük dəsti - dəyəri 200 manat, bacılarının ona hədiyyə etdiyi qızıl boyunbağı - dəyəri 380 manat, 2 ədəd velosiped dəyəri 150 manat, uşaqlar üçün ikimərtəbəli çarpayı - dəyəri 300 manat, 2 ədəd skuter dəyəri 60 manat, 2 ədəd pərdə karnizi ilə bərabər - dəyəri 400 manat, lüstur 2 ədəd dəyəri 300 manat, qazan dəstləri və servizlər-dəyəri 880 manat, qaz aspiratoru - dəyəri 180 manat, soba (duxovka) - dəyəri 180 manat olan cehiz əşyalarımı natura şəklində və ya dəyərini və birgə nikah dövründə əldə etdiyimiz mətbəx mebeli (əlavə şkafları ilə bərabər) - dəyəri 1500 manat, mətbəx jalüzü və lüsturu-dəyəri 100 manat, kompyüter masası - dəyəri 60 manat, kitab rəfi - dəyəri 100 manat, televizor - dəyəri 350 manat, şirəçəkən - dəyəri 40 manat, kokteyl aparatı - dəyəri 40 manat olan əşyaların isə ümumi dəyərlərinin yarısının (1095 manat) nağd şəkildə cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarasınız. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Ələskər oğlu onun keçmiş həyat yoldaşıdır. Onunla 2012-ci ildə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan təxminən bir il yeddi aydan sonra Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Nizami İsmayılov ev 6, 5 saylı mənzili alaraq oraya köçmüşlər. Mənzil alınarkən sənədləşmə digər cavabdeh olan həyat yoldaşının anası Cavabdeh1 adına aparıldığından mənzilin mülkiyyətçisi də o olmuşdur. Bütün cehiz əşyaları və ona məxsus bütün qızılzinət əşyaları hal-hazırda qeyd edilən mənzildə qalmaqdadır. Cavabdeh2 ilə arasında olan nikah Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Lakin, cavabdehlər əvvəllər əşyalarının götürülməsinə imkan vermirdilər. Sonra isə Suraxanı rayon məhkəməsində iddia qaldıraraq bir qisim əşyalarının mənzildən çıxarılmasını tələb etdilər. Ancaq ona məxsus aşağıda qeyd edilən cehiz və hədiyyə edilmiş əşyalarını tələb edir. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, əvvəl qətnamə çıxıb, lakin bütün əşyaları verməyiblər. O, özü evdən gedərkən heç bir qızıl-zinət əşyasını özü ilə aparmamışdır. Aprel ayının əvvəllərində onu bıçaqla hədələyərək evdən qovmuşlar. Sənədlərin hamısı cavabdehlərdə qalmış, sonradan əldə edə bilmişdir. Cavabdehin onu bıcaqla qorxuduğunu, şiddət göstərdiyini, belə şəraitdə evdən çıxdığına görə özü ilə heç nə aparmadığını bildirərək ona aid olan qızıl-zinət əşyalarının və cehiz əşyalarının qaytarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, divan, 2 kreslo, mətbəx mebeli, paltaryuyan maşın birgə nikah dövründə alınmışdır. İddiaçının özünün cehiz olaraq gətirdiyi palytyuyan maşın xarab olub, tələb olunan isə birgə nikah dövründə alınan maşındır. İddiaçı sonuncu dəfə evdən çıxan zaman ona çməxsus sənədləri və qızıl-zınət əşyalarını özü ilə aparmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixdə keçirilən iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbini müdafiə etdiyini bildirdi. Bununla yanaşı qeyd etdi ki, o, qazan dəstini özü ilə aparmışdır. Qızıllar şifonerin çarpayıya yaxın olan hissəsində olmuş, icra məmuru ilə birgə əşayaları götürmək üçün evə getdiyi zaman qızıl qablarının hər birinin orada olduğunu görmüş, lakin qabların içi boş olmuşdur. Qızıl qolbağların hər ikisinə oğlu Ələkbərin adı yazılmışdır. İddia ərizəsində qeyd etdiyim 2 ədəd velosiped, uşaqlar üçün 2 mərtəbəli çarpayı, 2 ədəd skuter, 2 ədəd karnizi ilə birlikdə pərdə, 2 ədəd çilçıraq (lüstr), qaz aspiratoru, soba (dxovka), mətbəx jalüzü və çilçırağı, komputer masası, kitab rəfi, 1 ədəd şirəkəçən və 1 ədəd kokteyl aparatı barədə cavabdeh tərəflə razılığa gəlmişlər və həmin əşyalar cavabdehə məxsus evdədir. Ona görə də, həmin əşyaları götürəcəkdir. Birgə nikah dövründə əldə edilmiş əşyalarla bağlı isə mətbəx mebelinin dəyəri olaraq 250 manat, paltaryuyan maşının dəyəri olaraq 200 manat və televizorun dəyəri olaraq 80 manat olmaqla, hər üç əşya üçün ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi, həmin əşyaların və digər siyahıda qeyd edilən əşyaların cavabdehlərdə qalması barədə razılaşmışlar. Lakin qeyd etdiyi kimi, qızıl-zinət əşyalarına aid hissədə iddia tələbini müdafiə edirə və həmin qızılların, onlar olmadıqda isə dəyərinin cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmənin xx.xx.2021-ci il tarixdə keçirilən iclasında cavabdehlərin nümayəndəsi və vəkili X2 bildirdi ki, iddia tələbinin qızıl hissəsi ilə bağlı qismən qəbul edirik. Belə ki, iddiaçının tələb etdiyi uşaqlarının adına alınmış iki ədəd qızıl qolbağın dəyəri olan 350 manat və bacısının iddiaçıya hədiyyə etdiyi 380 manat dəyərində qızıl boyunbağının dəyərini ödəməyə hazırdırlar. Lakin əşyalar onlarda deyil. İddia tələbinin 2 ədəd velosiped, uşaqlar üçün 2 mərtəbəli çarpayı, 2 ədəd skuter, 2 ədəd karnizi ilə birlikdə pərdə, 2 ədəd çilçıraq (lüstr), qaz aspiratoru, soba (dxovka), mətbəx jalüzü və çilçırağı, komputer masası, kitab rəfi, 1 ədəd şirəkəçən və 1 ədəd kokteyl aparatı hissəsini qəbul edir. Belə ki, bu əşyalar evdədir, iddiaçı istənilən vaxt gəlib götürə bilər. İddia tələbinin birgə nikah dövründə əldə olunmuş əşyalarla bağlı hissəsi ilə bağlı bildirir ki, iddiaçı tərəflə razılığa gəlmişlər. Belə ki, birgə nikah dövründə əldə edilmiş mətbəx mebülinə görə 250 manat, paltaryuyan maşına görə 200 manat, televizora görə 80 manat məbləğində pul iddiaçıya ödəməyə hazırdırlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli 2(010)-2704/2020 saylı Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh2 Ələskər oğlu arasında xx xxxxxx 2012-ci ildə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində 1504 nömrə ilə qeyd edilən nikah pozulmuşdur. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli 2(010)-4348/2020 saylı Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, cavabdeh İddiaçı məxsus cehiz əmlakları- 1 ədəd böyük stol ə 8 ədəd stulun, 2 ədəd balaca xalçanın, Yataq mebel dəstinin (2 nəfərlik taxt, 2 ədəd tumba, 1 ədəd termo, 1 ədəd 3 qapılı dolab), 1 ədəd taxt döşəyi, 1 ədəd 2 nəfərlik-yorğan. 1 ədəd döşək, 1 ədəd yorğan, 4 ədəd çay dəsmalı, 3 ədəd əl-üz dəsmalı. 1 ədəd pərdəli ədəd yataq örtüsü, 2 ədəd yastıq, 1 ədəd dəhliz dolabı (şkafı), 1 ədəd mətbəx stolu və 4 ədəd stulu, 1 ədəd ‘‘Beko” markalı soyuducunu, lədəd boz rəngli qaz sobasını, 1 dəst nahar servisini (3 ədəd bulud, 1 ədəd dərin boşqab (supnik), 1 ədəd salfetka qabı, 12 ədəd iri boşqab, 12 ədəd orta ölçülü boşqab, 1 ədəd dərin boşqab, 2 ədəd güldan, 2 ədəd kiçik bulud, 5ədəd nəlbəki, 2 ədəd ləpə qabı, 1 ədəd salat qabı, 6 ədəd armudu stəkan və nəlbəki, 8 ədəd su bokalı, 2 ədəd böyük lepkalı vaz, 2 ədəd kiçik lepkalı vaz, 1 ədəd göy rəngli səbət şəkilli vaz, 2 ədəd mürəbbə qabı, 9 ədəd yemək qaşığı, 10 ədəd böyük çəngəl, 11 ədəd kiçik çəngəl, 7 ədəd çay qaşığı, 4 ədəd bulud qaşığı, 1 ədəd böyük çömçə, 1 ədəd kiçik çömçə, 2 ədəd 2dişli çəngəl, 1 ədəd 3 dişli çəngəl, 1 dəst divan kreslo örtüyü, 1 ədəd Evrolyuks markalı tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd qarışdıran (mikser), Çörək qabı dəsti (duz, şəkər, qəhvə qabı), 4 ədəd bıçaq, 3 ədəd qazan, 2 ədəd tava, 3 ədəd böyük stəkan, 5 ədəd armudu stəkan, 6 ədəd nəlbəki iddiaçı Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev 6, mənzil 5-dən cavabdeh İddiaçı hesabına çıxarılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər xx.xx.2012-cı il tarixdə nikaha daxil olmuşlar, xx.xx.2020-ci il tarixində nikahları məhkəmə qaydasında pozulmuşdur. İddia tələbinin birinci hissəsini cavabdehlərə məxsus mənzildən qızıl zinət və cehiz əşyalarının götürülməsi və ya onların dəyərinin cavabdehlərdən alınması, ikinci hissəsini birgə nikah dövründə əldə edilmiş əşyaların dəyərinin 1/2 hissəsinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi təşkil edir. İddia tələbinin qızıl zinət əşyaları hissəsi ilə bağlı məhkəmə qeyd eidr ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı tərəf iddia tələbində göstərilən qızıl-zinət əşyalarının cavabdehlərdə olmasını bildirsə də, həmin əşyaların natura şəklində cavabdeh tərəfdə olması işin halları ilə sübut olunmur. Bununla yanaşı, məhkəmə iclasında cavabdehlərin nümayəndəsi 2 ədəd qızıl qolbağın dəyəri kimi 350 manat, bacılarının iddiaçıya hədiyyə etdiyi qızıl boyunbağının dəyəri kimi 380 manat verilməsini iddiaçıya təklif etmiş, iddiaçı buna razılaşmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əşyaların ya natura şəklində, ya da ki, dəyərinin ödənilməsindən ibarət olduğuna görə, əşyaların natura şəklində cavabdehlərdə olması müəyyən edilmədiyinə görə, eləcə də, tərəflər arasında əldə edilmiş razılığı nəzərə alaraq iddia tələbi qızıl-zinət əşyaları hissəsində 2 ədəd qızıl qolbağın dəyəri kimi 350 manatın, bacılarının iddiaçıya hədiyyə etdiyi qızıl boyunbağının dəyəri kimi 380 manatın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi həddində təmin edilməlidir. İddia tələbinin cehiz əşyaları hissəsini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, tələbin bu hissəsini cavabdeh tərəf 2 ədəd velosiped, uşaqlar üçün 2 mərtəbəli çarpayı, 2 ədəd skuter, 2 ədəd karnizi ilə birlikdə pərdə, 2 ədəd çilçıraq (lüstr), qaz aspiratoru, soba (dxovka), mətbəx jalüzü və çilçırağı, komputer masası, kitab rəfi, 1 ədəd şirəkəçən və 1 ədəd kokteyl aparatının qaytarılması şəklində etiraf etmişdir. İddiaçı tərəf isə izahatında tələbin həmin hissəsində qeyd edilmiş qazan dəstləri və servisləri artıq götürdüyünü bildirmişdir. Ona görə də, məhkəmə tələbin bu hissəsini yuxarıda qeyd edilmiş əşyalara münasibətdə əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. İddia tələbinin birgə nikah dövründə əldə edilmiş əmlaka aid hissəsini də məhkmə qismən əsaslı hesab edir. Belə ki, cavabdeh tərəf tələbin bu hissəsi ilə bağlı iddiaçıya mətbəx mebelinə görə 250 manat, paltaryuyan maşına görə 200 manat, televizora görə 80 manat vermək şərtilə bu əşyaların onlarda qalmasını təklif etmiş, iddiaçı tərəf də bu təklifi qəbul etmişdir. Ona görə də, məhkəmə tələbin bu hissəsini qeyd edilən şəkildə əsaslı hesab edir. Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.-ci maddəsinə əsaən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; X4rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi? Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə oğlu Ələkbərin adına xalaları tərəfindən alınmış 2 ədəd qızıl qolbağın dəyəri olan 350 manat, bacısının iddiaçıya hədiyyə etdiyi qızıl boyunbağının dəyəri olan 380 manat alınaraq İddiaçı ödənilsin. Cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildə olan iddiaçıya aid 2 ədəd velosiped, uşaqlar üçün 2 mərtəbəli çarpayı, 2 ədəd skuter, 2 ədəd karnizi ilə birlikdə pərdə, 2 ədəd çilçıraq (lüstr), qaz aspiratoru, soba (dxovka), mətbəx jalüzü və çilçırağı, komputer masası, kitab rəfi, 1 ədəd şirəkəçən və 1 ədəd kokteyl aparatı alınaraq İddiaçı verilsin. Birgə nikah dövründə əldə edilmiş mətbəx mebelinin dəyəri olaraq 250 manat, paltaryuyan maşının dəyəri olaraq 200 manat və televizorun dəyəri olaraq 80 manat olmaqla, hər üç əşya üçün ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 10 manatı özünə aid edilsin, 10 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Dövlət rüsumunun çatışmayan 10 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-672/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-672/2021
01.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver