Məhkəmə qərarları › İş №2(010)-683/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-683/2025

13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-683/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” X5) “hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi 27.02.*994-cü il təvəllüdlü X3 04.*0.2024-cü il tarixdə ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi qızı 27.02.*994-cü il təvəllüdlü X4 04.*0.2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Həmin vaxt Təcili yardım çağırmış və onlar qızı Aygülün vəfat etməsini təsdiq etmişdir. Qızı Xaçmaz rayonunun Qaraçaycek kənd qəbirstanlığında dəfn olunmuşdur. Qızının vəfat etməsini qohumları və qonşuları təsdiq edə bilər. O, qızının ölümü haqqında şəhadətnaməni almaq üçün 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tələbi təmin edilmədiyindən o, məcbur olub Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” X5 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. 4 saylı Bakı “Asan Xidmət” X5 23.0*.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, iş yükünün çoxluğunu nəzərə alaraq, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, Ərizəçi qonşusudur. Ərizəçi qızı Aygül xərçəng xəstəliyində əziyyət çəkirdi. Ərizəçi qızı Aygül 04.*0.2024-cü il tarixdə Bülbülə qəsəbəsindəki yaşadıqları evdə vəfat etmişdir. Mərhum Xaçmaz rayonunun Qaraçaycek kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının 04.*0.2024-cü il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqindən görünür ki, həmin tarixdə saat *7:25-də 3 mədən ev 46 mənzil 9 ünvanında X3 adına çağırış olmuş və çağırışa gəən həkim «həkimə qədər ölüm, qadın cinsli meyit» aşkar etmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 20.**.2024-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, onun 04.*0.2024-cü il tarixdə vəfat edən X3 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alıması mümkün olmamışdır. 24 nömrəli Şəhər Poliklinikasının 2*.**.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yaşamış 27.02.*994-cü il təvəllüdlü X*-boğaz CRİ Diaqnozu ilə poliklinikada qeydiyyata düşməmişdir. Xəstənin 04.*0.2024-cü il tarixində vəfat etməsinə baxmayaraq Forma *06 (ölüm haqqqında şəhadətnamə) almaq məqsədi ilə poliklinikaya müraciət olunmamışdır. Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsi tərəfindən 09.İV.*994-cü il tarixdə verilmiş doğüm haqqında şəhadətnamədən görünür ki, X4 27.02.*994-cü ildə doğulmuş və valideynləri Ərizəçi və X2r. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qızı 27.02.*994-cü il təvəllüdlü X4 04.*0.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi qızı 27.02.*994-cü il təvəllüdlü X3 ölümü haqqında şəhadətnamə almaq üçün 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin qızı X3 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 27.02.*994-cü il təvəllüdlü X3 04.*0.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X3 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27.02.*994-cü il təvəllüdlü X3 04.*0.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X3 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar