Məhkəmə qərarları › İş №2(010)-694/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-694/2021

05.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-694/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlak tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çəkisi 40 qram 585 əyarlı 2240 manat dəyərində Rusiya istehsalı olan qızıl boyunbağı, 585 əyarlı çəkisi 50 qram 2800 manat dəyərində “Qurani Kərim” formalı Rusiya istehsalı olan qızıl kulon, 585 əyarlı çəkisi 30 qram 1680 manat dəyərində qızıl saat, 585 əyarlı çəkisi 10 qram 560 manat dəyərində Rusiya istehsalı olan qızıl üzük və ya həmin əşyalar satılmış olduğu halda onların dəyiri kimi 7280 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan divar mebel dəsti 1 ədəd Almaniya modeli, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd yataq çarpayısı, 1 ədəd şifoner, 2 ədəd tumboçka, 1 ədəd trümo, 1 ədəd sandıq, mətbəx mebeli :1 ədəd stol, 4 ədəd stul, 4 ədəd çılçıraq, 3 ədəd xalça 1 ədəd böyük sandıq, 6 ədəd balış, 8 ədəd yorğan, 2 ədəd döşək, 3 ədəd qalın ədyal, 2 ədəd nazik ədyal, 2 ədəd böyük nalça, 15 ədəd balaca nalça,1 ədəd palaz, 1 ədəd “Miyota” markalı televizor, 1 ədəd “Kumtel” markalı soba, 5 ədəd böyük dəsmal, 30 ədəd balaca dəsmal, 12 ədəd süfrə, 11 ədəd pastel, 5 ədəd balış üzü, 3 ədəd yorğan üzü, 1 ədəd ütü fen, 1 ədəd paltar ütüsü, ona məxsus olan fotoşəkillər, 1 ədəd böyük qayıq formalı qab, 2 ədəd konfet qabı ilə birlikdə 11 ədəd konfet qabı, 17 ədəd qənd qabı, 8 ədəd güldan, 8 ədəd vaza, 12 ədəd böyük rumka, 12 ədəd kiçik rumka, 2 ədəd kofe servisi, 36 ədəd böyük stəkan, 24 ədəd armudu stəkan, 7 ədəd duzqabı, 3 ədəd su dəsti, 4 ədəd külqabı, 4 ədəd qazan dəsti, 11 ədəd çay servisi, 4 ədəd dəm çayniki, 66 ədəd nəlbəki, 31 ədəd su stəkanı, 24 ədəd balaca qaşıq, 36 ədəd böyük qaşıq, 6 ədəd limon qaşığı, 36 ədəd çəngəl, 8 ədəd su dəsti, 1 ədəd tək çaşka, 48 ədəd nimçə, 1 ədəd böyük tort nimçəsi, 6 ədəd kiçik tort nimçəsi, 67 ədəd aş nimçəsi, 6 ədəd qənddan, 42 ədəd maskura, 12 ədəd böyük razetka, 12 ədəd kiçik razetka, 18 ədəd kasa, 36 ədəd sup nimçəsi, 2 ədəd buluqaqabı, 2 ədəd balıq qabı, 22 ədəd külqabı, 1 ədəd böyük güldan, 6 ədəd salat qabı, 22 ədəd qənd qabı, 6 ədəd tava, 9 ədəd orta ölçülü qazan, 2 ədəd böyük qazan, 2 ədəd aşsüzən, 5 ədəd podnos, 3 ədəd tas, 5 ədəd çuxur və 4 ədəd ayı oyunçağının cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 10.10.1991-ci ildə rəsmi nikaha daxil olmuşdur. Sonradan aralarında münasibətlər pisləşmiş və hazırda ayrı təsərrüfat aparırlar. İddia tələbində qeyd olunmuş və ona məxsus olan qızıl zinət əşyaları hal-hazırda cavabdehin yaşadığı evdə qalmışdır və onun həmin əmlakın qaytarılması barədə tələbi rədd olunmuşdur. Bu isə onun mülkiyyət hüquqlarını pozduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bunlara görə həmin çəkisi 40 qram 585 əyarlı 2240 manat dəyərində Rusiya istehsalı olan qızıl boyunbağı, 585 əyarlı çəkisi 50 qram 2800 manat dəyərində “Qurani Kərim” formalı Rusiya istehsalı olan qızıl kulon, 585 əyarlı çəkisi 30 qram 1680 manat dəyərində qızıl saat, 585 əyarlı çəkisi 10 qram 560 manat dəyərində Rusiya istehsalı olan qızıl üzük və ya həmin əşyalar satılmış olduğu halda onların dəyiri kimi 7280 manat pulun və 1 ədəd Almaniya modeli, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd yataq çarpayısı, 1 ədəd şifoner, 2 ədəd tumboçka, 1 ədəd trümo, 1 ədəd sandıq, mətbəx mebeli :1 ədəd stol, 4 ədəd stul, 4 ədəd çılçıraq, 3 ədəd xalça 1 ədəd böyük sandıq, 6 ədəd balış, 8 ədəd yorğan, 2 ədəd döşək, 3 ədəd qalın ədyal, 2 ədəd nazik ədyal, 2 ədəd böyük nalça, 15 ədəd balaca nalça,1 ədəd palaz, 1 ədəd “Miyota” markalı televizor, 1 ədəd “Kumtel” markalı soba, 5 ədəd böyük dəsmal, 30 ədəd balaca dəsmal, 12 ədəd süfrə, 11 ədəd pastel, 5 ədəd balış üzü, 3 ədəd yorğan üzü, 1 ədəd ütü fen, 1 ədəd paltar ütüsü, ona məxsus olan fotoşəkillər, 1 ədəd böyük qayıq formalı qab, 2 ədəd konfet qabı ilə birlikdə 11 ədəd konfet qabı, 17 ədəd qənd qabı, 8 ədəd güldan, 8 ədəd vaza, 12 ədəd böyük rumka, 12 ədəd kiçik rumka, 2 ədəd kofe servisi, 36 ədəd böyük stəkan, 24 ədəd armudu stəkan, 7 ədəd duzqabı, 3 ədəd su dəsti, 4 ədəd külqabı, 4 ədəd qazan dəsti, 11 ədəd çay servisi, 4 ədəd dəm çayniki, 66 ədəd nəlbəki, 31 ədəd su stəkanı, 24 ədəd balaca qaşıq, 36 ədəd böyük qaşıq, 6 ədəd limon qaşığı, 36 ədəd çəngəl, 8 ədəd su dəsti, 1 ədəd tək çaşka, 48 ədəd nimçə, 1 ədəd böyük tort nimçəsi, 6 ədəd kiçik tort nimçəsi, 67 ədəd aş nimçəsi, 6 ədəd qənddan, 42 ədəd maskura, 12 ədəd böyük razetka, 12 ədəd kiçik razetka, 18 ədəd kasa, 36 ədəd sup nimçəsi, 2 ədəd buluqaqabı, 2 ədəd balıq qabı, 22 ədəd külqabı, 1 ədəd böyük güldan, 6 ədəd salat qabı, 22 ədəd qənd qabı, 6 ədəd tava, 9 ədəd orta ölçülü qazan, 2 ədəd böyük qazan, 2 ədəd aşsüzən, 5 ədəd podnos, 3 ədəd tas, 5 ədəd çuxur və 4 ədəd ayı oyunçağının cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək göstərdi ki, tələb etdiyi qızıl zinət əşyaları ona toy qabağı hədiyyə kimi verilmişlər. Təxminən 10 il bundan əvvəl cavabdeh ondan həmin qızılları tələb etmiş, o isə sonuncudan qorxduğuna görə nəyə görə həmin əşyaları istədiyi ilə maraqlanmadan onları cavabdehə vermişdir. Cavabdehin həmin əşyalara münasibətdə nə sərəncam verdiyini bilmir və həmin vaxtdan onları bir daha görməmişdir. Eləcə də idda tələbinin artırılmasına dair ərizədə göstərilmiş əşyalar onun tərəfindən cavabdehin evinə gəlin köçdüyü zaman cehizi kimi aparılmış əmlak olub və onların da geri qaytarılmasını təlıəb edir. Məhkəmə iclasında cavabdeh X2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə 10.10.1991-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş və onunla birgə təsərrüfat aparmışdır. Tədricən münasibətləri pozulmuş və bundan sui istifadə edərək iddiaçı evindən 10000 manat pul vəsaitini götürüb qardaşının evinə getmişdir. O, dəfələrlə həmin pulların qaytarılması ilə bağlı danışıqlar aparsa da, bunun nəticəsi olmamışdır. Sonra isə iddiaçı aralarında bağlanmış nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. iddiaçının tələb etdiyi qızıl zinət əşyaları iddiaçıya bu və ya digər şəkildə toydan əvvəl, eləcə də toydan sonra hədiyyə kimi verilmişdir. Lakin həmin qızıllar verildiyi vaxtdan iddiaçının sahibliyi və istifadəsində olmuş və sonuncu tək və sərbəst şəkildə yaşadığı evi tərk edərək valideynlərinin evinə qayıtdığı zaman həmin əşyalarını özü ilə aparmışdır. Belə olan halda bu hissədə iddia tələbi əsassızdır. Digər əmlaklara gəldikdə isə, 1 ədəd Almaniya model stenka, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd yataq çarpayısı, 1 ədəd şifoner, 2 ədəd tumboçka, 1 ədəd trümo, 1 ədəd sandıq, mətbəx mebeli :1 ədəd stol, 4 ədəd stul, 4 ədəd çılçıraq, 3 ədəd xalça 1 ədəd böyük sandıq,6 ədəd balış, 8 ədəd yorğan, 2 ədəd döşək, 2 ədəd qalın ədyal 2 ədəd nazik ədyal, 2 ədəd böyük nalça, 15 ədəd balaca nalça,1 ədəd palaz, 1 ədəd “Kumtel” markalı soba, 1 ədəd ütü fen, 1 ədəd paltar ütüsü, 1 ədəd böyük qayıq formalı qab, 2 ədəd konfet qabı ilə birlikdə 4 ədəd konfet qabı, 13 ədəd qənd qabı,8 ədəd güldan, 4 ədəd vaza, 12 ədəd böyük rumka, 12 ədəd kiçik rumka,1 ədəd kofe servisi, 24 ədəd böyük stəkan, 24 ədəd armudud stəkan, 7 ədəd duzqabı, 3 ədəd su dəsti, 4 ədəd külqabı, 3 ədəd qazan dəsti, 2 ədəd dəm çayniki, 24 ədəd su stəkanı, 24 ədəd balaca qaşıq, 36 ədəd böyük qaşıq,6 ədəd limon qaşığı , 24 ədəd çəngəl, 1 ədəd tək çaşka, 48 ədəd nimçə, 25 ədəd maskura, 12 ədəd böyük razetka, 12 ədəd kiçik razetka, 18 ədəd kasa, 36 ədəd sup nimçəsi, 2 ədəd balıq qabı, 1 ədəd böyük güldan, 4 ədəd salat qabı, 1 ədəd tava, 9 ədəd orta ölçülü qazan, 2 ədəd podnos, 1ədəd tas, 1 ədəd çuxur və 4 ədəd ayı oyuncağı onun evindədir və həmin əşyaların iddiaçıya qaytarmağa, bununla da iddia tələbinin həmin hissədə, yəni qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarından işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı 07.07.2006-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar və birgə nikahdan 19.04.2006-cı il təvəllüdlü İdris və 27.12.2010-cu il təvəllüdlü Elnurə adlı övladları doğulmuşlar. Beləliklə də , məhkəmə iclasında işin mübahisəsiz halları ilə müəyyən olunmuşdur ki, iddiaçı X1 Cavabdeh ilə 14 dekabr 2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və bundan sonra iddiaçı özünə məxsus cehiz əşyalarını cavcabdehlərlə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış massivində yerləşən 18 saylı evin 8 saylı mənzildə yerləşdirmişdir. İddiaçı X1 ilə Cavabdeh arasında nikah münasibətlərinə xitam verilmiş və iddiaçı 2019-cu ilin dekabr ayında ata evinə qayıtmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən qanunvericilik aktı normalarını sistemli təhlili onu göstərir ki, özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsinə dair iddia (vindikasiya iddiası) yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar (əvəzedilməz əşyalar) barəsində verilə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Deməli, məhz İddiaçı üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyaların mövcüdluğu, həmin əşyalarının iddia etdiyi çəkidə, ədəddə, qiymətdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsi, cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi əmlakın, o cümlədən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını, yəni artıq özünün sahibliyində olmadığını sübut etməlidir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırılması zamanı Cavabdeh etirafı ilə müəyyən edildi ki, 1 ədəd Almaniya model stenka, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd yataq çarpayısı, 1 ədəd şifoner, 2 ədəd tumboçka, 1 ədəd trümo, 1 ədəd sandıq, mətbəx mebeli :1 ədəd stol, 4 ədəd stul, 4 ədəd çılçıraq, 3 ədəd xalça 1 ədəd böyük sandıq,6 ədəd balış, 8 ədəd yorğan, 2 ədəd döşək, 2 ədəd qalın ədyal 2 ədəd nazik ədyal, 2 ədəd böyük nalça, 15 ədəd balaca nalça,1 ədəd palaz, 1 ədəd “Kumtel” markalı soba, 1 ədəd ütü fen, 1 ədəd paltar ütüsü, 1 ədəd böyük qayıq formalı qab, 2 ədəd konfet qabı ilə birlikdə 4 ədəd konfet qabı, 13 ədəd qənd qabı,8 ədəd güldan, 4 ədəd vaza, 12 ədəd böyük rumka, 12 ədəd kiçik rumka,1 ədəd kofe servisi, 24 ədəd böyük stəkan, 24 ədəd armudud stəkan, 7 ədəd duzqabı, 3 ədəd su dəsti, 4 ədəd külqabı, 3 ədəd qazan dəsti, 2 ədəd dəm çayniki, 24 ədəd su stəkanı, 24 ədəd balaca qaşıq, 36 ədəd böyük qaşıq,6 ədəd limon qaşığı , 24 ədəd çəngəl, 1 ədəd tək çaşka, 48 ədəd nimçə, 25 ədəd maskura, 12 ədəd böyük razetka, 12 ədəd kiçik razetka, 18 ədəd kasa, 36 ədəd sup nimçəsi, 2 ədəd balıq qabı, 1 ədəd böyük güldan, 4 ədəd salat qabı, 1 ədəd tava, 9 ədəd orta ölçülü qazan, 2 ədəd podnos, 1ədəd tas, 1 ədəd çuxur və 4 ədəd ayı oyuncağı cavabdehin istifadəsi və sahibliyində olmaqla ünvan 1 ünvanında yerləşir. Məhkəmə cavabdeh tərəfin iddiaçıya məxsus qeyd olunan əşyaların onda olmasının etiraf etməsini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyalara münasibətdə həmin faktın sübut etmə vəzifəsindən azad olduğuna görə, cavabdeh tərəfindən iddianın etiraf olunmuş hissəsi təmin olunmalı və qeyd edilən əmlaklar iddiaçıya qaytarılmalıdılar. İddia tələbində qeyd olunmuş digər (qızıl-zinət əşyalardan başqa) əmlakların mövcüdluğu və hazırda cavabdehin istifadəsində olmasına dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyinə görə məhkəmə bu əmlakların ona qaytarılmasına dair iddia tələbini əsaslı hesab etmir. Eyni ilə qızıl-zinət əşyaların qaytarılmasına dair hissədə iddanı əsassız hesab edərək məhkəmə ilk olaraq onu qeyd edir ki, iddia ərizəsində tələb olunan qızıl-zinət əşyalarının cavabdehin evində qalması bildirilsə də, məhkəmə iclasında izahatında iddiaçı 4 adda qızıl-zinət əşyasını 10 il bundan əvvəl cavabdehin tələbi ilə sonuncunun sərəncamına verdiyini bildirmiş və bu ziddiyyətlərin nə ilə bağlı olduğunu heç bir tutarlı dəlillə izah edə bilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, tərəflər 27 noyabr 2020-cu il tarixində rəsmi ayrılmışlar, faktiki olaraq isə bir neçə ildir ayrılaraq birgə təsərrüfat aparmırlar. Belə olan halda məhkəmə əgər həmin əşyalar iddiaçının bildirdiyi kimi 10 il əvvəl cavabdeh tərəfindən ondan alınmışdırsa və bu iddiaçının iradəsinə zidd olmuşdursa, iddiaçı ağlabatan müddətdə mülkiyyət hüququnun müdafiəsini tələb etməli idi. Lakin iddiaçı əşyalar üzərində mülkiyyət hüququnun pozulduğunu iddia etməmiş, yalnız nikahın pozulmasından sonra həmin əşyaların 10 il bundan əvvəl onun iradəsinə zidd olaraq ondan alındığını göstərmişdir. Cavabdeh isə iddiaçıdan 4 adda qızıl-zinət əşyasının alınmasını inkar etmiş, iddiaçının bir neşə il bundan əvvəl evi tərk edərkən həmin qızılzinət əşyalarının hamısını özü ilə apardığını bildirmişdir. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı qızıl-zinət əşyalarının harada saxlanması, həmin əşyaların qarşı tərəfdə olmasına dair hər-hansı düzünə və yaxud dolayı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və cavabdehlin sahibliyində olan 1 ədəd Almaniya model stenka, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd yataq çarpayısı, 1 ədəd şifoner, 2 ədəd tumboçka, 1 ədəd trümo, 1 ədəd sandıq, mətbəx mebeli :1 ədəd stol, 4 ədəd stul, 4 ədəd çılçıraq, 3 ədəd xalça 1 ədəd böyük sandıq,6 ədəd balış, 8 ədəd yorğan, 2 ədəd döşək, 2 ədəd qalın ədyal 2 ədəd nazik ədyal, 2 ədəd böyük nalça, 15 ədəd balaca nalça,1 ədəd palaz, 1 ədəd “Kumtel” markalı soba, 1 ədəd ütü fen, 1 ədəd paltar ütüsü, 1 ədəd böyük qayıq formalı qab, 2 ədəd konfet qabı ilə birlikdə 4 ədəd konfet qabı, 13 ədəd qənd qabı,8 ədəd güldan, 4 ədəd vaza, 12 ədəd böyük rumka, 12 ədəd kiçik rumka,1 ədəd kofe servisi, 24 ədəd böyük stəkan, 24 ədəd armudud stəkan, 7 ədəd duzqabı, 3 ədəd su dəsti, 4 ədəd külqabı, 3 ədəd qazan dəsti, 2 ədəd dəm çayniki, 24 ədəd su stəkanı, 24 ədəd balaca qaşıq, 36 ədəd böyük qaşıq,6 ədəd limon qaşığı , 24 ədəd çəngəl, 1 ədəd tək çaşka, 48 ədəd nimçə, 25 ədəd maskura, 12 ədəd böyük razetka, 12 ədəd kiçik razetka, 18 ədəd kasa, 36 ədəd sup nimçəsi, 2 ədəd balıq qabı, 1 ədəd böyük güldan, 4 ədəd salat qabı, 1 ədəd tava, 9 ədəd orta ölçülü qazan, 2 ədəd podnos, 1ədəd tas, 1 ədəd çuxur və 4 ədəd ayı oyuncağı İddiaçı qaytarılmalı, qalan hissədə iddia rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanda olan iddiaçıya məxsus 1 ədəd Almaniya model stenka, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd stol, 2 ədəd stul, 1 ədəd yataq çarpayısı, 1 ədəd şifoner, 2 ədəd tumboçka, 1 ədəd trümo, 1 ədəd sandıq, mətbəx mebeli :1 ədəd stol, 4 ədəd stul, 4 ədəd çılçıraq, 3 ədəd xalça 1 ədəd böyük sandıq,6 ədəd balış, 8 ədəd yorğan, 2 ədəd döşək, 2 ədəd qalın ədyal 2 ədəd nazik ədyal, 2 ədəd böyük nalça, 15 ədəd balaca nalça,1 ədəd palaz, 1 ədəd “Kumtel” markalı soba, 1 ədəd ütü fen, 1 ədəd paltar ütüsü, 1 ədəd böyük qayıq formalı qab, 2 ədəd konfet qabı ilə birlikdə 4 ədəd konfet qabı, 13 ədəd qənd qabı,8 ədəd güldan, 4 ədəd vaza, 12 ədəd böyük rumka, 12 ədəd kiçik rumka,1 ədəd kofe servisi, 24 ədəd böyük stəkan, 24 ədəd armudud stəkan, 7 ədəd duzqabı, 3 ədəd su dəsti, 4 ədəd külqabı, 3 ədəd qazan dəsti, 2 ədəd dəm çayniki, 24 ədəd su stəkanı, 24 ədəd balaca qaşıq, 36 ədəd böyük qaşıq,6 ədəd limon qaşığı , 24 ədəd çəngəl, 1 ədəd tək çaşka, 48 ədəd nimçə, 25 ədəd maskura, 12 ədəd böyük razetka, 12 ədəd kiçik razetka, 18 ədəd kasa, 36 ədəd sup nimçəsi, 2 ədəd balıq qabı, 1 ədəd böyük güldan, 4 ədəd salat qabı, 1 ədəd tava, 9 ədəd orta ölçülü qazan, 2 ədəd podnos, 1ədəd tas, 1 ədəd çuxur və 4 ədəd ayı oyuncağı Cavabdeh Ağanəzər oğlundan alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia rədd olunsun. Qətnamədən 1 ay müddətində Suraxanırayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar