Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-700/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi "ölüm faktının müəyyən olunması" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2020-ci ildə vəfat etmiş xx xxxx 1961-ci il təvəllüdlü həyat yoldaşı X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, xx xxxx 1961-ci il təvəllüdlü X8 onun həyat yoldaşı olmuşsdur və sonuncu xx xxxxxxx 2020-ci ildə Bakı şəhərində yaşadığı evdə ölmüşdür. Onlar X1nı qohumların iştirakı ilə Zığ qəsəbə qəbirstanlığında dəfn etmiş olsalar da, həmin vaxt onun ölümü haqqında şəhadətnamə almamışlar. Hal-hazırda zərurət yarandığına görə arvadına ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhər Maraqlı şəxsnə müraciət etsə də, ölüm barədə tibbi sənəd olmadığı üçün onun müraciətindən imtina edilmiş və ona məhkəməyə müraciət etməli olduğu tövsiyə olunmuşdur. Buna görə də, o, xx xxxx 1961-ci il təvəllüdlü həyat yoldaşı X2 xx xxxxxxx 2020-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, o, Ərizəçi qonşusudur. X1 da Ərizəçi həyat yoldaşıdır. X8 xx xxxxxxx 2020-ci ildə Bakı şəhərində yaşadığı evdə ölmüşdür. O, X1nın yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, o, Ərizəçi qonşusudur. X1 da Ərizəçi həyat yoldaşıdır. X8 xx xxxxxxx 2020-ci ildə Bakı şəhərində yaşadığı evdə ölmüşdür. O, X1nın yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan Bakı şəhər Təcili və X6 Stansiyasının xx xxxxxxx 2020-ci il təvəllüdlü Arayışından görünür ki, xx xxxxxxx 2020-ci ildə X2 adına ünvan 1 ünvanına çağırış olmuş və həkimlər saat 1800-da çağırış yerinə gələndə, çağırış ünvanında qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi üzrə İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli Arayışla müəyyən edilir ki, Ərizəçi Zığ qəsəbəsinin H.Allahverdiyev küçəsi 88 saylı evdə qeydiyyatda olan X8 qəbiristanlıqda çəkilmiş qəbir daşına əsasən xx xxxxxxx 2020-ci ildə vəfat etmişdir. İş materiallarından görünür ki, X8 xx xxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli 1573/70 №-li məktubundan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün, onun barəsində ölüm akt qeydini tərtib etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx xxxx 1961-ci il təvəllüdlü X3 xx xxxxxxx 2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir… . Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx xxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş X2 xx xxxxxxx 2020-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X1nın ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-700/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-700/2021
09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver