Məhkəmə qərarları › İş №2(010)-711/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-711/2021

17.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-711/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxx 2021-ci il tarixə, saat 09:20-yə təyin edilmişdir. İddiaçının vəkili və nümayəndəsinə xx.xx.2021-ci il tarixdəki məhkəmə iclasında məhkəmə bildirişinin kötüyünü imzalatmaqla, cavabdehə SMS-bildiriş göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmçinin iddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə əlavə edərək, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, 23 saylı evdə yerləşən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC”-dən aldığı ümumi alqı-satqı qiyməti 1674 manat olan 43MU6100UXRU model Samsung LED markalı televizor, HP8656/00 model Philips markalı Fen-daraq və MQ3035 WH model Braun markalı blender, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC-dən aldığı ümumi alqı-satqı qiyməti 2970 manat olan X3, X4 və Venetsiya FS-5 (Açıq Kahve), xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC”-dən aldığı ümumi alqı-satqı qiyməti 849 manat olan 32LK615 model LG LCD markalı televizor, X1 Grey induk qapaqlı 22sm, X2 Grey Granil 30 sm Qapaqlı və X2 Grey Granit 30 sm Qapaqlı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC”-dən aldığı ümumi alqı-satqı qiyməti 1805 manat olan VCC4520 model Samsung markalı Tozsoran, KT2200 model Hoffmann markalı çaynik, G2390S model Hoffmann markalı mikrodalğalı soba, Demir Döküm Atron H24 (75/100 sm) markalı Kombi, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC”-dən aldığı ümumi alqı-satqı qiyməti 180 manat olan VCC4520 model Samsung markalı Tozsoranın üzərinə həbs qoyulması və onların üzərində müəyyən hərəkətlərin edilməsinin, istifadə edilməsinin, başqa yerə daşınmasının və aparılmasının cavabdehə və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5318/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, 23 saylı evdə yerləşən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC”-dən aldığı ümumi alqı-satqı qiyməti 1674 manat olan 43MU6100UXRU model Samsung LED markalı televizor (kod 0BQ63LDK309710), HP8656/00 model Philips markalı Fen-daraq (kod **********543) və MQ3035 WH model Braun markalı blender (kod **********591), xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC-dən aldığı ümumi alqı-satqı qiyməti 2970 manat olan X3, X4 və Venetsiya FS-5 (Açıq Kahve), xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC”-dən aldığı ümumi alqı-satqı qiyməti 849 manat olan 32LK615 model LG LCD markalı televizor (kod 807RABX14533), X1 Grey induk qapaqlı 22sm (kod **********725), X2 Grey Granil 30 sm Qapaqlı (kod **********499) və X2 Grey Granit 30 sm Qapaqlı (kod **********506), xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC”-dən aldığı ümumi alqı-satqı qiyməti 1805 manat olan VCC4520 model Samsung markalı Tozsoran (kod 08P48NCK510778), KT2200 model Hoffmann markalı çaynik (kod **********938), G2390S model Hoffmann markalı mikrodalğalı soba (kod **********854), Demir Döküm Atron H24 (75/100 sm) markalı Kombi (kod ********************006449N0), xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “ABC Telecom MMC”-dən aldığı ümumi alqı-satqı qiyməti 180 manat olan VCC4520 model Samsung markalı Tozsoranın (kod 08P48NDK800259) üzərinə həbs qoyulsun və onların üzərində müəyyən hərəkətlərin edilməsinin, istifadə edilməsinin, başqa yerə daşınmasının və aparılmasının cavabdehə və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Republikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli qərarında göstərilmişdir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5318/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5318/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar