Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-72/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Mirzəyeva (Hüseynova) İradə Rahib qızına qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakdan onun payının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, heç bir hüquqi əsas olmadan onun vəsaiti hesabına varlanmış Cavabdeh2 Rahib oğlunun adına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasında 1 otaqlı, ümumi sahəsi 66,82 kv.m olan 62 nömrəli mənzilin Cavabdeh2 Rahib oğlundan alınaraq ona geri qaytarılması və Mirzəyeva (Hüseynova) İradə Rahib qızı ilə nikah dövründə əldə etdikləri "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 49-da yerləşən mənzilə ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1605/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakdan onun payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1605/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Mirzəyeva (Hüseynova) İradə Rahib qızına və Cavabdeh2 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakdan onun payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh1 münasibətdə iş üzrə icraata xitam verilmişdir. İddiaçı nümayəndəsi (vəkili) X3 və X1 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1605/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini prosessual hüquq varisliyinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8235/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1605/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və mülki işə Mirzəyeva (Hüseynova) İradə Rahib qızına münasibətdə hüquqi varislərin olub-olmamasının müəyyən edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1605/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Mirzəyeva (Hüseynova) İradə Rahib qızına və Cavabdeh2 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakdan onun payının müəyyən edilməsi” tələbinə dair 2(010)-1605/2020 nömrəli mülki iş üzrə İddiaçı cavabdeh Mirzəyeva (Hüseynova) İradə Rahib qızına qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakdan onun payının müəyyən edilməsi” tələbi ayrıca icraata ayrılıb baxılması qərara alınmışdır. İddiaçı nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iş üzrə cavabdeh öldüyündən və vərəsəlik işinin açılması müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,05/4818-11 saylı məktubdan müəyyən olunur ki, “Elektron notariat” informasiya sistemində xx.xx.2022-ci il tarixədək aparılmış araşdırma nəticəsində İ. Mirzəyevanın adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7.-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.5.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə öldüyündən və onun adına notariat kontorlarında vərəsəlik işinin açılması müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Mirzəyeva (Hüseynova) İradə Rahib qızına qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakdan onun payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-72/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-72/2022
17.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver