Məhkəmə qərarları › İş №2(010)-730/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-730/2024

12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-730/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən olunması” ərizəsi ilə məhkəməyə müraciət edərək, *2 sentyabr 2023-cü il tarixdə rəhmətə getmiş X* ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, 23 may 2006-cı il tarixdə X2 ilə rəsmi nikah bağlamış və onların birgə nikahından 26 may 2007-ci il tarixdə Ruslan adlı oğlu anadan olmuşdur. Evləndikdən sonra onlar həyat yoldaşı Lesnikov Aleksandra məxsus Y/Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 60-da yaşamışlar. Aralarında tez-tez mübahisələr baş verdiyinə görə *9.07.2007-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qətnaməsinə əsasan nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonda o, azyaşlı oğlu ilə valideynlərinin evinə qayıtmışdır. Cavabdeh ona məxsus olan evi satmış və tüfeyli həyat sürməyə başlamışdır. Axırıncı dəfə onu 20*3-20*4cü illərdə görmüşdür. *3 sentyabr 2023-cü il tarixdə cavabdehin qardaşı Lesnikov Sergey onunla telefon əlaqəsi saxlayaraq onun Qaradağ rayonunda rəhmətə getdiyini və meyitinin Lökbatan morqunda saxlanıldığını bildirmişdir. Lesnikov Aleksandrın meyitini o, Lökbatan morqundan təhvil alıb Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən Rus-Tatar qəbristanlığında dəfn etmişdir. Dəfnə görə bütün xərclər özünün tərəfindən ödənilmişdir. A.Lesnikovu dəfn etdiyinə görə Əmircan Bələdiyyəsindən ona Suraxanı rayon Qeydiyyat idarəsinə təqdim olunmasından ötrü arayış vermişdər. Ona Bələdiyyədən verilən arayışı Suraxanı rayon qeydiyyat idarəsinə təqdim edərək X2 barədə ölüm haqqında şəhadətnamə almaq istədikdə ona Suraxanı rayon məhkəməsinə müraciət etməsini bildirmişlər. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə *2.0*.2024-cü il tarixli məktub ünvanlayaraq, *2.02.2024-cü il tarixdə keçiriləcək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon VVADQ şöbəsi tərəfindən *9.07.2007-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X2 ilə Ərizəçi arasında nikah *9.07.20*7-ci il tarixdə pozulmuşdur. Əmircan Bələdiyyəsinin 20.*0.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Y/suraxanı qəsəbəsi, Mirqəzəb küçəsi, ev 2 ünvanında qeydiyyatda olan Ərizəçi mərhum keçmiş həyat yoldaşı X2 *2.09.2023-cü il tarixdə vəfat edib. Mərhum Əmircan qəs. rus qəbirstanlığında dəfn edilib. Məhkəmə-Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi» Publik Hüquqi şəxs Qaradağ rayon Şöbəsinin 79 saylı *4.09.2023-cü il tarixli arayışından görünür ki, *978 il təvəllüdlü X2 meyiti *2.09.2023-cü il tarixdə dəfn edilməsi üçün sahiblərinə təhvil verilmişdir. Ölüm haqqında tibbi şahədətnamə əlavə olaraq veriləcək. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsindən görünür ki, X3 xx.xx.2007-ci ildə doğulmuş, valideynləri X2 və Ərizəçidır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 0*.**.2023-cü il tarixli 3-*6-5/7- **74/2023-75 saylı Ərizəçi ünvanladığı məktubundan görünür ki, X* ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Məhkəməyə müraciət etməci məsləhət görülmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi keçmiş həyat yoldaşı 04.*0.*978-ci il təvəllüdlü X2 *2.09.2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçi keçmiş əri X* ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi X* ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə, oğlu Ruslana ailə başçısını itirməyə görə müavinətin təyin olunması üçün lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 04.*0.*978-ci il təvəllüdlü X* *2.09.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X* ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04.*0.*978-ci il təvəllüdlü X* *2.09.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X* ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar