Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-743/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mərhum qardaşı 20.08.*946-cı il təvəllüdlü X3 03.**.2024-cü ildə Bakı şəhəri, ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X9 ərizəni onunla əsaslandırmışdır ki, mərhum X9 onun qardaşıdır. Ürək xəstəliyi səbəbindən yaşadığı ünvan 2 ünvanında dünyasını dəyişmişdir. Mərhum qardaşı X9 04.**.2024-cü il tarixində Binəqədi rayonu Biləcəri qəsəbəsi, * saylı qəbirsanlıqda dəfn olunmuşdur. Ölüm hadisəsi 03.**.2024-cü il tarixdə baş vermişdir və bununla bağlı Respublika Təcili və X4 Mərkəzi PŞ Abşeron TTTYS-i tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi“ Publik hüquqi şəxsi 24 nömrəli şəhər poliklinikasına ölüm haqqında tibbi arayışın verilməsi ilə bağlı müraciət olunsa da, tibbi arayış verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi arayışın olmadığı üçün, ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, onun qardaşı 20.08.*946-cı il təvəllüdlü X8 03.**.2024-cü ildə ünvan 3 ünvanında vəfat etmiş və bununla bağlı olaraq təcili tibbi yardım çağrılmışdır. Həkim gəldikdən sonra onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Buna baxmayaraq o həmin sənədə əsasən ölüm haqqında şəhadətnamə ala bilməmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda ona ölüm haqqında şəhadətnamənin verilməsi dəfn xərcinin alınması ilə bağlı olaraq lazımdır. Qeyd olunan dəlilləri müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid* məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Xırdalan şəhərində Ərizəçi yaşadığı binada işləmişdir. Həmin gün Ərizəçi ondan xahiş etmişdir ki, təcili yardıma zəng vursun. Bununla bağlı olaraq o dərhal təcili yardıma zəng vurmuş və təcili yardımı qarşılayaraq mənzilə yönləndirmişdir. Ona sonradan məlum olmuşdur ki, Eldar adlı şəxs Nizaminin qardaşıdır və o həmin gün vəfat etmişdir. Digər Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Xırdalan şəhərində yaşayır, Ərizəçi ilə qonşudur. Mahir adlı şəxs ona telefonla zəng vuraraq Eldarın öldüyün bildirmiş və ondan yardım istəmişdir. Ona məlum olmuşdur ki, ölən şəxs Ərizəçi qardaşıdır. Dəfn mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Təcili və X4 Stansiyası tərəfindən verilmiş 03.**.2024cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X3 adına 03.**.2024-cü il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8, 20.08.*946-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 24 nömrəli şəhər poliklinikası tərəfindən X5 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, Bülbülə qəsəbəsi 3-cü mədən küçəsi ev 46, mənzil * ünvanında yaşamış X8 24 nömrəli şəhər poliklinikasında heç bir müraciət etməməsi səbəbi ilə ölüm haqqında tibbi şəhadətnamənin (Forma N*06) 24 nömrəli şəhər poliklinikası tərəfindən verilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*957-ci il tarixdə doğulmuş və valideynləri atası X6 və anası X2r. İş materiallarına əlavə edilmiş Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 20.08.*946-cı il tarixində doğulmuşdur və valideynləri X*0 və anası X*r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən X7 ünvanlanmış *5.**.2024-cü il tarixdə 3*65/7-*0-2736/24 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş, Biləcəri Bələdiyyəsi tərəfindən Ərizəçi ünvanlanmış *0.05.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, mərhum qardaşı X8 04.**.2024-cü il tarixdə, Biləcəri qəsəbəsi * saylı qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9.-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, X3 03.**.2024-cü il tarixdə Xırdalan şəhərində ölməsi faktı təqdim olunmuş sənədlərlə təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20.08.*946-cı il təvəllüdlü X3 03.**.2024-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 20.08.*946-cı il təvəllüdlü X3 03.**.2024-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-743/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-743/2025
24.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver