Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-744/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək onun (İddiaçı) mülkiyyətində olan «VAZ-21214” minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçının qohumu Cavabdeh iddiaçıya müraciət edərək, pulu olmadığından bankdan kredit götürüb maşın almaq istədiyini, lakin sənədlərə iddiaçının imza çəkməyini xahiş etmişdir. Cavabdeh iddiaçını inandırmış ki, götürüləcək kreditə dair ödənişləri özü müntəzəm olaraq banka ödəyəcək və ona heç bir problem yaranmayacaqdır. Onunla həm qohum, həm də yaxın dostluq münasibətində olduğundan kömək etməyə razı olmuş, lakin Cavabdeh onun etibarından sui-istifadə edərək, onu aldatmış və əmlakını mənimsəmişdir. Belə ki, Cavabdeh təkidi ilə iddiaçı ilə “xxxx” ASC arasında xx xxxx 2010-cu il tarixli 1648 SBFAK nömrəli “Kredit müqavilə”si bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçıya “VAZ-21214” minik markalı avtomobilin alınması üçün 24 ay müddətinə 7.800 manat məbləğində kredit verilməsi razılaşdırıldı. İddiaçı yalnız müqaviləyə qol çəkmiş, lakin bankdan pulu götürməmişdir. Bankdan kredit məbləğinin götürülməsi üçün iddiaçı tərəfindən Cavabdeh xx xxxx 2010-cu il tarixli 40 il müddətinə mülki etibarnamə verilmişdir. Həmin müqavilə əsasında Cavabdeh 7.800 manat məbləğində kredit pulunu götürmüş və həmin kredit məbləğinə “VAZ-21214” minik markalı avtomobil (qeydiyyat nömrəsi: **-HZ- ***, tip:universal, ******* mühərrik nömrəli, XTA212140A1959604 ban nömrəli, buraxılış ili 2010, rəngi: ağ) alınmış və ilk gündən bu günədək Cavabdeh sahibliyində və istifadəsindədir. Sözügedən həmin maşın iddiaçının bankla bağlandığı xx xxxx 2010-cu il tarixli 1648 SBFAK nömrəli “Kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş və bu barədə iddiaçı ilə xx xxxx 2010-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən həmin ipoteka müqaviləsi qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və həmin orqan tərəfindən xx xxxx 2010-cu il tarixli, AG seriyalı 210588 nömrəli “Girov müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. İddiaçı kredit müqaviləsinə qol çəksə də, kredit məbləğini götürməmiş və avtomobili o almamış, avtomobil hal-hazırda iddiaçının sahibliyində və istifadəsində deyil. Həmin avtomobil alındığı gündən Cavabdeh tərəfindən idarə olunur, onun istifadəsindədir. Cavabdeh kredit müqaviləsi bağlanmamışdan əvvəl iddiaçıya bildirmişdir ki, kredit üzrə ödənişləri özü müntəzəm olaraq banka ödəyəcəkdir. Lakin kredit müqaviləsinin bağlanmasından 2-3 aydan sonra bankın əməkdaşları iddiaçıya zəng vuraraq öhdəliyini icra etməyi, kredit məbləğini ödəməyini tələb etmişdir. Cavabdeh ilə əlaqə saxlayıb kredit məbləğinin ödənilməməsinin səbəbini soruşduqda bildirdi ki, avtomobil satılıb və avtomobildən daha xəbəri yoxdur, ödənişləri isə banka ödəmək iqtirarında deyil. Cavabdeh iddiaçını aldatdığını, etibarından sui- istifadə etdiyini anladıqdan sonra xx.xx.2010-cu il tarixdə iddiaçı 7E-16471 reyestrlə Cavabdeh verdiyi mülki etibarnaməni ləğv etdirmışdir. Odur ki, hal-hazırda avtomobil qanunsuz olaraq Cavabdeh sahibliyindədir. “xxxx” ASC tərəfindən məhkəməyə müraciət edilərək, iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə ödənişlərin, yəni 7.268 manat məbləğində əsas borcun, 479 manat məbləğində faiz borcun, ümumilikdə 7747 manat məbləğində kredit borcun və 200 manat məbləğində cərimə borcun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli 2(004)-5207/2011 saylı qətnaməsinə əsasən, iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi təmin edilməsi, İddiaçı “xxxx” ASC-nin Səbail filialının xeyrinə 7268 manat məbləğində əsas borcun, 479 manat məbləğində faiz borcun, 200 manat məbləğində cərimə borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, cəmi ümumilikdə 7.967 manat məbləğində borcun tutulması, tutmanın bankda girovda olan İddiaçı mülkiyyətində olan «VAZ-21214” minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsi üçün “xxxx” ASC-nin Səbail filialının hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Lakin iddiaçıda olan məlumata görə avtomobil üzərinə həbs qoyulsa da, Cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir və hal-hazırda Naxçıvan şəhərindədir. Lakin avtomobilin nə vaxt və kimə satılması, kim tərəfindən idarə edilməsi barədə heç bir məlumat yoxdur. Göründüyü kimi əsassız olaraq iddiaçının mülkiyyət hüquqları pozulur və əsassız olaraq cavabdeh varlanır. Həmin avtomobil iddiaçıya təhvil verilməli və artıq bundan sonra bank ödənişlərini ödəməyi öz öhdəsinə götürür. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən ona məxsus olan Niva markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam verməyə dair xx.xx.2010-cu il tarixdə 7E- 16471 reyestrlə Cavabdeh etibarnamə vermişdir. Həmin etibarnamə İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə ləğv olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli ƏN-İ 213737 nömrəli Etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2040-cı ilədək Cavabdeh etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı “VAZ-21214” minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı (tip:universal, ******* mühərrik nömrəli, XTA212140A1959604 ban nömrəli, buraxılış ili 2010, rəngi: ağ) avtomobilin mülkiyyətçisidir. İş materiallarına əlavə edilmiş Yasamal rayon məhkəməsinin 2(004)-5207/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, “xxxx” ASC-nin cavabdeh İddiaçı qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi təmin edilmiş, İddiaçı “xxxx” ASC-nin “Səbail” filialın xeyrinə 7,268 manat məbləğində əsas borc, 479 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi ümumilkdə 7,967 manat məbləğində borc tutulmuş, tutma Bankda girovda olan İddiaçı mülkiyyətində olan “VAZ- 21214” minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı (tip:universal, ******* mühərrik nömrəli, XTA212140A1959604 ban nömrəli, buraxılış ili 2010, rəngi: ağ) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan məbləğ kredit məbləğinin ödənilməsi üçün “xxxx” ASC-nin “Səbail” filialının hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinin tələbinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.3-cü maddəsinin tələbinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özkəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verir. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, iddiaçı ilə “xxxx” ASC arasında xx xxxx 2010-cu il tarixli 1648 SBFAK nömrəli “Kredit müqavilə”si bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçıya “VAZ-21214” minik markalı avtomobilin alınması üçün 24 ay müddətinə 7.800 manat məbləğində kredit verilmişdir. İddiaçı öz mülkiyyətində olan “VAZ-21214” minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilli etibarnamə əsasında Cavabdeh istifadəsinə vermişdir. Məhkəmə hesab edir ki, «VAZ-21214” minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olduğundan, nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı qaytarılmalı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh «VAZ-21214” minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılsın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-744/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-744/2021
12.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver