Məhkəmə qərarları › İş №2(010)-763/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-763/2024

01.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-763/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi və Bakı şəhəri Maraqlı şəxs) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək *5.09.*98*-ci ildə vəfat etmiş oğlu X4 və *6.03.*986-cı ildə vəfat etmiş oğlu X2 20 avqust *989-cu ildə Bakı şəhərində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə əlavə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının 02.*0.*980-cı il təvəllüdlü oğlu X4 *5.09.*98*-ci ildə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının və 23.02.*986-cı il təvəllüdlü oğlu X2 *6.03.*986-cı ildə Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, Ərizəçi *6.**.*979-cu ildə X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan 02.*0.*980-cı ildə X*0 adlı övladı Bakı şəhərində N.Krupskaya adına xəstəxanada doğulmuşdur, o elə körpə olduqda xəstələnmiş, Q.Qarayev adına uşaq xəstəxanasında, sonra isə 6 saylı uşaq xəstəxanasında müalicə alsa da, nəticəsi olmamış, *5.09.*98*-ci ildə vəfat etmişdir və Şüvəlan kənd qəbirstanlığında dəfn edilmişdir. İddiaçının bundan başqa 23.02.*986-cı ildə Bakı şəhərində N.Krupskaya adına xəstəxanada X5 adlı ikinci övladı doğulmuşdur, həmin uşaq da 23 günündə *6.03.*986-cı ildə evdə vəfat etmişdir və Şüvəlan kənd qəbiristanlığında dəfn edilmişdir. 8 il bundan əvvəl həyat yoldaşı X9 vəfat etdikdə həmin qəbir açılmış və islam adət-ənənəsinə görə Tamerlan adlı oğlunun yanında dəfn edilmişdir. Ərizəçinin uşaqları körpə yaşlarında vəfat etdiklərinə görə onlar ölümü haqqında şəhadətnamə almağa nə ərizəçi, nə də vəfat etmiş həyat yoldaşı əhəmiyyət verməmiş, vaxtında qeyd edilən şəhadətnamələri almamışlar. Hazırda sənədləşmə məsələləri ilə bağlı ərizəçi müraciət etdikdə ərizəçinin *5.09.*98*-ci ildə vəfat etmiş oğlu Ramil və *6.03.*986-cı ildə vəfat etmiş oğlu Tamerlan sağ olan şəxs kimi elektron sistemlərdə görünürlər. Belə ki, ASAN xidmət tərəfindən verilən ailə tərkibi haqqında arayışda vəfat etmiş uşaqlar ərizəçinin sağ ailə üzvü kimi görünürlər, hər dəfə həmin arayışı alanda ərizəçi vəfat etmiş uşaqlarının adını sağ ailə üzvü kimi gördükdə dərin stress və həyəcan keçirir. Oğlanları sağ olmadığı halda ailə üzvləri sırasından çıxarılması üçün ölüm haqqında şəhadətnaməni ərizəçi təqdim edə bilmir. Habelə ailə tərkibi haqqında arayışı ərizəçi qızının işi ilə bağlı təqdim etdikdə ərizəçidən bütün ailə üzvləri haqqında ətraflı məlumat tələb edilmişdir, Ramil və Tamerlan sağ olmadığı üçün onlar haqqında ərizəçi heç bir məlumatı təqdim edə bilməmişdir, onların vəfat etmələri qeyd edildikdə isə ölüm haqqında şəhadətnamələrin surətləri tələb edilir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.*4-cü bəndinə əsasən ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Göründüyü qanunverici vətəndaşın yaxın qohumunun ölüm haqqında şəhadətnaməsini almaq hüququ vardır, lakin hal-hazırda ərizəçinin həmin ölüm haqqında şəhadətnamələri əldə etmək hüququ pozulur. Ölüm haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün bu günə qədər ərizəçi dövlət tərəfindən verilən müavinətlərdən də yararlana bilmir. Göründüyü kimi ərizəçinin şəxsi və əmlak hüquqlarının bərpa edilməsi üçün Ramil və Tamerlan adlı oğlanlarının ölüm haqqında şəhadətnamələrini almağı zəruridir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə və Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid* məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Bacısının 02.*0.*980-cı ildə X*0 adlı övladı doğulmuşdur, o elə körpə olduqda xəstələnmiş və sonra 6 saylı uşaq xəstəxanasında müalicə alsa da, nəticəsi olmamış, *5.09.*98*-ci ildə vəfat etmişdir. Daha sonra başqa 23.02.*986-cı ildə X5 adlı ikinci övladı doğulmuşdur, həmin uşaq da 23 günündə *6.03.*986-cı ildə evdə vəfat etmişdir və hər ikisi də Şüvəlan kənd qəbiristanlığında dəfn edilmişdir. Digər Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşının bacısıdır. Onların evləri eyni məhlədədir. Belə ki, Ərizəçi ilə X6 birgə nikahlarından olan iki övladları 02.*0.*980-cı il təvəllüdlü X*0 və 23.02.*986-cı il təvəllüdlü X5 doğulmuş və onlar körpə olanda xəstələnmişlər və vəfat etmişlər. Ərizəçi hər iki övladı Şüvəlan kənd qəbrstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş *80 nömrəli Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş yaşayış yeri üzrə arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 26, mənzil *48 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş akt qeydi barədə arayışdan görünür ki, 23.02.*986-cı ildə Bakı şəhərində anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 02.**.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş akt qeydi barədə arayışdan görünür ki, 02.*0.*980-cı ildə Bakı şəhərində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 02.**.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 03.**.2023-cü il tarixdə 3-*6-5/8-*5-439*/23 saylı və 3-*6-5/8-*5-4390/23 saylı məktublardan müəyyən olunur ki, *5.09.*98*-ci il tarixdə vəfat etmiş oğlu X4 və *6.03.*986-cı il tarixdə vəfat etmiş oğlu X2 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşiıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır. Bununla bağlı məhkəməyə müraciət etməyi bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 20.**.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, 02.*0.*980-cı il təvəllüdlü X4 və 23.02.*986-cı il təvəllüdlü X*4-ağa oğlunun hərbi xidmətə çağırılıb-çağırılmaması barədə müraciətə baxılmış və məlum olmuşdur ki, qeyd olunan şəxslərin adları Xidmətin Vahid elektron İnformasiya sistemində, həmçinin Daxili İşlər Nazirliyinin X* Axtarış sistemində qeydiyyatdan keçməmişdir. İş materiallarına əlavə edilmiş Vİİ-ЖГ395534 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X*0 02.*0.*980-cı il tarixdə doğulmuş və valideynləri qrafasında anası Ərizəçi və atası X7r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Şüvəlan qəsəbə Bələdiyyəsi tərəfindən Ərizəçi ünvanlanmış *7.0*.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, övladları X*0 *5.09.*98*-ci il tarixdə və X5 *6.03.*986-cı il tarixdə vəfat edib və hər iki mərhum Şüvəlan qəsəbəsinin kənd qəbrstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, X5 23.02.*986-cı il tarixdə doğulmuş və valideynləri qrafasında anası Ərizəçi və atası X7r. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyev Əli-ağa Cəfər oğlu və X3 *6.**.*979-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə *344 N-li ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X4 *5.09.*98*-ci il tarixdə və X*4-ağa oğlunun *6.03.*986-cı il tarixdə Bakı şəhərində ölməsi faktı təqdim olunmuş sənədlərlə təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02.*0.*980-cı il təvəllüdlü X4 *5.09.*98*-ci il tarixdə və 23.02.*986-cı il təvəllüdlü X*4-ağa oğlunun *6.03.*986-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 02.*0.*980-cı il təvəllüdlü X4 *5.09.*98*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. 23.02.*986-cı il təvəllüdlü X*4-ağa oğlunun *6.03.*986-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar