Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-767/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 22.0*.*947ci il təvəllüdlü bacısı Məmmədova Tovuz İsmayıl qızının *3.*2.202*-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək sözügedən məsələnin həlli ilə bağlı maraqlı şəxs qismində Sumqayıt şəhər Qeydiyyat Şöbəsini deyil, Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinin tanınmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, bacısı Məmmədova Tovuz İsmayıl qızı 22.0*.*947-ci ildə Naxçıvan MR-da anadan olmuşdur. 22.0*.*947-ci il təvəllüdlü bacısı rəsmi nikaha daxil olsa da, birgə nikahlarından övladları olmamışdır. Bir neçə il öncə bacısının həyat yoldaşı dünyasını dəyişdiyindən xəstəlikdən əziyyət çəkən bacısının müayinə və müalicə ilə o məşğul olmuşdur. Onun bütün zəruri tələbatlarını ödəmiş, Bakı şəhərində ondan başqa bir kimsəsi olmadığı üçün də özünə məxsus mənzildə ona qulluq etmişdir. 22.0*.*947-ci il təvəllüdlü bacısı xəstəlik səbəbindən *3.*2.202*-ci il tarixində dünyasını dəyişmişdir. Belə ki, bacısı dünyasını dəyişmədən öncə, yəni vəziyyəti ağırlaşdıqda dərhal Təcili və X4 çağırmış və xəstənin vəziyyəti barədə xəbərdar etmişdir. Lakin Təcili və X4 Stansiyasının həkimi gəldikdə bacısı artıq dünyasını dəyişmişdir. Buna görə də Təcili və X4 Stansiyasının 22 saylı təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Yaxın qohumlarının dəstəyi ilə onu Sumqayıt şəhər qəbirstanlığında həyat yoldaşının yanında dəfn etmişlər. Onun dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmiş, ilk öncə ölüm haqqında şəhadətnamənin alınması üçün zəruri hesab edilən sənədlərin Sumqayıt Tibb Mərkəzinin PHŞ 2 saylı ailə sağlamlıq mərkəzindən verilməsini xahiş etsə də, həmin sənədlər ilə ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Bundan sonra, 22.0*.*947-ci il təvəllüdlü bacısı Məmmədova Tovuz İsmayıl qızının ölüm haqqında şəhadətnaməsinin alınması üçün Bakı şəhər 6 saylı Asan Xidmətində Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin müraciətinə əsasən bacısının ölüm haqqında şəhadətnaməsinin verilməsindən 27.*2.202*-ci il tarixli məktubu ilə imtina olunmuş və məktubda ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Ərizəçi onun dayısının həyat yoldaşıdır, mərhum Məmmədova Tovuz İsmayıl qızı isə onun bacısı olub. Məmmədova Tovuz İsmayıl qızı uzun müddət xəstəlikdən əziyyət çəkmiş və ona Ərizəçi öz evində qulluq etmişdir. Məmmədova Tovuz İsmayıl qızı *3.*2.202*-ci il tarixində vəfat etmiş və həmin vaxt o özü də orada olmuşdur. Bununla bağlı təcili tibbi yardım çağırmışlar, lakin təcili tibbi yardım gəldikdə artıq o vəfat etmişdir. Vəfat etdikdən sonra digər qohumlarının da iştirakı ilə mərhum Məmmədova Tovuz İsmayıl qızını Sumqayıt şəhərində yerləşən qəbrstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X*0 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə qohumdur və mərhum Məmmədova Tovuz İsmayıl qızı isə onun bacısı olub. Məmmədova Tovuz İsmayıl qızı bir müddət xəstə olmuş və *3.*2.202*-ci il tarixində vəfat etmişdir. Həmin yas mərasimində o iştirak etmiş və qohumlarının da iştirakı ilə Məmmədova Tovuz İsmayıl qızını Sumqayıt şəhərində yerləşən qəbrstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Ərizəçi onun əmisinin həyat yoldaşıdır. Ərizəçinin bacısı Məmmədova Tovuz İsmayıl qızı bir müddət xəstəlikdən əziyyət çəkmiş və xəstə olan müddətdə ona Ərizəçi qulluq etmişdir. *3.*2.202*-ci il tarixində vəfat etdikdən sonra mərhum Məmmədova Tovuz İsmayıl qızı Sumqayıt şəhərində yerləşən qəbrstanlıqda dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 6 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş 22.09.*947-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Tovuz İsmayıl qızı 22.0*.*947-ci ildə anadan olmuşdur. X*, anası X3r. İş materiallarına əlavə edilmiş *2.03.*963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*963-cü ildə anadan olmuşdur. X*, anası X3r. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova Tovuz İsmayıl qızı Bakı şəhəri, Sumqayıt şəhəri, məhəllə 7-8-*2, ev 88, mənzil *4 ünvanında qeydiyyatda olub. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X*2 0*.09.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Sumqayıt Tibb Mərkəzi PHŞ 2 nömrəli Ailə sağlamlıq Mərkəzi tərəfindən verilmiş 27.*2.202*-ci tarixli 582 saylı arayışdan görünür ki, 7-8-*2, ev *4-də qeydiyyatda olmuş *947-ci il təvəllüdlü Məmmədova Tovuz İsmayıl qızı Sumqayıt şəhər 2 nömrəli ASM-nə sonuncu dəfə 25.05.2009-cu il tarixdə hipertoniya xəstəliyi İİ mər diaqnozu ilə müraciət etmiş, ölüm hadisəsi *3.*2.202*-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli massivi D, ev 3*, mənzil *9-da baş vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X** Yardım Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, *3.*2.202*-ci il tarixində Məmmədova Tovuz İsmayıl qızının adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli massivi D, ev 3*, mənzil *9 ünvanına çağırış olmuş və qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB Vətəndaşlara Xidmət İdarəsinin 27.*2.202*-ci il tarixli arayışdan görünür ki, Məmmədova Tovuz İsmayıl qızı *3.*2.202*-ci il tarixində vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, Məmmədova Tovuz İsmayıl qızının *3.*2.202*-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 22.0*.*947-ci il təvəllüdlü Məmmədova Tovuz İsmayıl qızının *3.*2.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 22.0*.*947-ci il təvəllüdlü Məmmədova Tovuz İsmayıl qızının *3.*2.202*-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-767/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-767/2022
21.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver