Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-774/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh3 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əşya” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əşya” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi Yevlax RİQ və TBŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, BO528803 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan, buraxılış ili 2008-ci il, mühərrik nömrəsi 5187168, ban nömrəsi JTDKB20U993467060 olan, tünd boz metallik rəngli, mühərrikin həcmi 1497 olan, “Toyota” markalı, Prius (Hibrid) modelli, **-EB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, eləcə də dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi Yevlax RİQ və TBŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, BO528803 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “Toyota” markalı, Prius (Hibrid) modelli, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun mülkiyyətindədir. O, xüsusi mülkiyyətində olan həmin avtomobili aralarında olan qarşılıqlı razılaşmaya əsasən, əvvəllər tanıdığı Cavabdeh4 taksi fəaliyyəti kimi istifadə etməyə, əldə olan gəliri aralarında bərabər bölməyə razılaşdığından o, cavabdehə avtomobili idarə etmək hüququ verən etibarnamə vermişdir. Bir müddət sonra cavabdeh ona yaxınlaşaraq həmin avtomobillə bağlı başqa şirkətlə müqavilə bağlamaq məqsədilə mülki etibarnamə verməsini söyləmişdir. Bunun üçün onun adına avtomobil üzərində sərəncam hüququ verən etibarnamə tələb olunur. O, cavabdehin səmimiyyətinə inanaraq idarə etmək hüququ verən etibarnaməni ləğv edərək cavabdehin adına xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 29 saylı Notariat Ofisində 7E-4793 reyestr nömrə ilə rəsmiləşdirilən avtomobil üzərində sərəncam vermək hüququ verən etibarnamə vermişdir. Cavabdeh4 ona mülki etibarnamə verməsindən istifadə edərək elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə ona heç bir məlumat vermədən və razılığı olmadan Balakən regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində video yazı vasitəsilə və 7E-13615 reyestr nömrə ilə rəsmiləşdirilmiş etibarnaməyə əsasən həmin minik avtomobilini bir il müddətinə Cavabdeh2 vermişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Ofisində 7E- 31447 reyestr nömrə ilə rəsmiləşdirilən etibarnaməyə əsasən, avtomobili Cavabdeh2 tərəfindən iki ay müddətinə Cavabdeh1 etibar edilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 16 saylı Notariat Ofisində 7E-7356 reyestr nömrə ilə rəsmiləşdirilən etibarnaməyə əsasən, avtomobili Cavabdeh1 tərəfindən bir ay on üç gün müddətinə Cavabdeh3 etibar edilmişdir. Cavabdeh4 ilə aralarında yaranmış narazılığa görə onun tərəfindən cavabdehin adına xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisində 7E-4793 reyestr nömrə ilə rəsmiləşdirilən etibarnaməni xx.xx.2024-cü il tarixdə ləğv etdirmiş və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə Qəbələ “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən çap edilmiş xx.xx.2024-cü il tarixli “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarış və avtonəqliyyat vasitəsi barədə məlumat verilmişdir. O, həmin etibarnaməni ləğv etdirdikdən sonra həmin avtomobil bu günə kimi Cavabdeh3 qanunsuz sahibliyində və istifadəsində olmuşdur. Dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq, cavabdeh həmin avtomobilin pulunu ödəməklə aldığını bildirməklə xüsusi mülkiyyətində olan həmin avtomobili ona qaytarmaqdan imtina edir və qanunsuz sahibliyində saxlıyır. Göründüyü kimi Cavabdeh4 onun etibarından istifadə edərək xüsusi mülkiyyətində olan avtomobilini onun xəbəri və razılığı olmadan mənfəət əldə etmək üçün özgəninkiləşdirilmiş, nəticədə onun mülkiyyət hüququnu pozmuşdur. Onun etibarnamələrinə xitam verməsindən bütün cavabdehlərin hər birinin xəbəri olmuşdur. Qeyd olunanlardan cavabdehlərin xəbərləri olmasına baxmayaraq, onun avtomobilinin özünə qaytarılması üçün heç bir hərəkət etməmişlər. Hazırda Cavabdeh4 və digər cavabdehlərin adlarına verilmiş etibarnamələr tərəfindən ləğv edildiyindən və Cavabdeh3 avtomobilini ona qaytarmadığından avtomobilinin cavabdehlərin qanunsuz sahibliyindən qaytarılmasına dair hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddia tələbinin dəyişdirilməsi.
3. İddiaçı “Elektron məhkəmə” informasiya sistemindəı yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, “Toyota” markalı, “Prius (Hibrid)” modelli, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, nəqliyyat vasitəsi olmadığı və ya istifadə üçün yararasız olduğu təqdirdə onun 9800 manat məbləğində dəyərinin cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, o, mübahisəli avtomobili Cavabdeh1 9500 manata almışdır. Sonradan avtomobili öz adına rəsmiləşdirmək istəyəndə görmüşdür ki, Nofəlin adına olan etibarnamə ləğv olunmuşdur. Məsələni aydınlaşdırdıqdan sonra məlum olmuşdur ki, avtomobili ilk dəfə İlkin Xasayev etibarnamə ilə satmışdır. İlkinə avtomobili Gülya adlı xanım hədiyyə etmişdir. Lakin sonradan Gülya xanım və qardaşı avtomobili İlkindən almaq istəmiş, bu səbəbdən etibarnamələri ləğv etdirmişlər. Hazırda avtomobil özündədir və pulunu verib almışdı. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
6. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iddianı qəbul etmədiklərini bildirmişlər.
7. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş qiymətləndirmə aktının surətindən görünür ki, buraxılış ili 2008-ci olan, “Toyota Prius” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin real bazar dəyəri 9800 manat təşkil edir.
9. Yevlax RQİ və TBŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2008-ci olan, “Toyota Prius” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır.
10. xx.xx.2024-cü il tarixli, 7E-13615 reyestr nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin surətindən görünür ki, buraxılış ili 2008-ci olan, “Toyota Prius” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində müvafiq hüquqlar – nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətləri həyata keçirmək hüququ İddiaçı (nəqliyyat vasitəsinin mülkiyyətçisi) tərəfindən Cavabdeh4 1 il müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək etibar edilmişdir.
11. xx.xx.2024-cü il tarixli, 7E-31447 reyestr nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin surətindən görünür ki, buraxılış ili 2008-ci olan, “Toyota Prius” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində müvafiq hüquqlar – nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətləri həyata keçirmək hüququ etibar edilmişi etibar etmə qaydasında Cavabdeh2 tərəfindən Cavabdeh1 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək etibar edilmişdir.
12. xx.xx.2024-cü il tarixli, 7E-7356 reyestr nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin surətindən görünür ki, buraxılış ili 2008-ci olan, “Toyota Prius” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində müvafiq hüquqlar – nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətləri həyata keçirmək hüququ etibar edilmişi etibar etmə qaydasında Cavabdeh1 tərəfindən Cavabdeh3 1 ay 13 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək etibar edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 9/1799 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair ekspert rəyindən görünür ki, “Toyota Prius” markalı, 2008-ci il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada orta bazar qiyməti təxminən 11500 manat müəyyən edilir.
İşin faktiki halları.
14. “Toyota Prius (hibrid)” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır.
15. xx.xx.2024-cü il tarixli etibarnamə ilə İddiaçı avtomobil üzərində sərəncam vermək də daxil olmaqla bir sıra hüquqlarını Cavabdeh4 1 il müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək etibar etmişdir.
16. Elə həmin gün (xx.xx.2024) Cavabdeh4 tərəfindən Cavabdeh2 həmin avtomobillə bağlı nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verilmiş, etibarnamənin qüvvədə olma müddəti 1 il, yəni xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir.
17. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 tərəfindən etibar edilmişi etibar etmə qaydasında həmin avtomobillə bağlı sərəncam vermək də daxil olmaqla bir sıra hüquqlar 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək Cavabdeh1 etibar edilmişdir.
18. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən etibar edilmişi etibar etmə qaydasında həmin avtomobillə bağlı sərəncam vermək də daxil olmaqla bir sıra hüquqlar 1 ay 13 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək Cavabdeh3 etibar edilmişdir.
19. “Toyota Prius (hibrid)” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda Cavabdeh3 sahibliyindədir.
Tətbiq edilən hüquq.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları. 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Maddə 362. Etibarnamə. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 364. Etibar edilmişi etibaretmə. 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
Məhkəmənin mövqeyi.
22. İşin faktiki hallarından göründüyü kimi, “Toyota Prius (hibrid)” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. Hazırda İddiaçı həmin avtomobilin cavabdehlərin qanunsuz sahibliyində olduğunu iddia edərək, avtomobili cavabdehlərdən tələb edir. Həmçinin Cavabdeh3 qəbul edir ki, avtomobil hazırda onun sahibliyindədir, lakin pulunu ödəyərək avtomobili aldığına görə iddianı qəbul etmir.
23. Göründüyü kimi, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya iddiası). Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin aşkar edilməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması.
24. Hazırkı işdən müəyyən edilir ki, avtomobilin iddiaçının mülkiyyətində olması və hazırda Cavabdeh3 sahibliyində olması işin mübahisəsiz hallarıdır. Bu isə o deməkdir ki, iddianın digər cavabdehlərə münasibətdə təmin edilməsi artıq istisna edilir. Ona görə ki, yuxarıda qeyd edilmiş şərtlər baxımından vindikasiya iddiası ancaq əşyanı sahibliyində saxlayan şəxsə qarşı qaldırıla bilər.
25. Digər Cavabdeh3 münasibətdə iddianın əsaslılığını müəyyən etmək üçün isə üçüncü şərt - cavabdehin əşyaya sahibliyinin qanunsuz olması – müəyyən edilməlidir. Hansı ki, Cavabdeh3 bunun əksini iddia etmiş, avtomobili etibarnamə əsasında satış qiymətini ödəməklə əldə etdiyini bildirmişdir.
26. Bununla bağlı məhkəmə iş materiallarına istinadla qeyd edir ki, mübahisəli avtomobil üzərində sərəncam vermək hüququ da daxil olmaqla bir sıra hüquqlar xx.xx.2024-cü il tarixli etibarnamə ilə avtomobilin mülkiyyətçisi olan İddiaçı tərəfindən 1 il müddətinə Cavabdeh4 etibar edilmişdir. Elə həmin gün Cavabdeh4 tərəfindən iş üzrə digər Cavabdeh2 həmin avtomobillə bağlı nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2024-cü il tarixdə isə Cavabdeh2 etibar edilmişi etibar etmə qaydasında həmin avtomobillə bağlı sərəncam vermək də daxil olmaqla bir sıra hüquqları 2 ay müddətinə Cavabdeh1 etibar edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən etibar edilmişi etibar etmə qaydasında həmin avtomobillə bağlı sərəncam vermək də daxil olmaqla bir sıra hüquqlar 1 ay 13 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək Cavabdeh3 Cəlil oğluna etibar edilmişdir. Hazırda avtomobil özünün də mübahisələndirmədən qəbul etdiyi kimi sonuncunun sahibliyindədir.
27. Göründüyü kimi, avtomobillə bağlı bir neçə dəfə sərəncam vermək hüququ da daxil olmaqla bir sıra hüquqların etibar edilməsinə dair etibarnamələr verilmişdir. Hansı ki, hazırda həmin etibarnamələrin mülkiyyətçi (etibar edən) tərəfindən ləğv edilmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, bu etibarnamələrin heç biri avtomobil üzərində sahibliyin qanuni əsasını təşkil edə bilməz. Belə ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.
28. Məhkəmə qeyd edir ki, Cavabdeh3 avtomobili alqı-satqı yolu ilə əldə etməsinə istinad etsə də avtomobilin mülkiyyətçisi ilə arasında avtomobilin alqı-satqısına dair müqavilə bağlandığını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Onun iddiası avtomobili “almaq” üçün digər Cavabdeh1 pul ödəməsi ilə bağlıdır ki, sonuncu avtomobilin mülkiyyətçisi olmadığından onun bu əmlakla bağlı hansısa sərəncam əqdi bağlaması istisna olunur. Həmin (eləcə də də digər) cavabdeh(lər) o halda avtomobillə bağlı sərəncam əqdi bağlaya bilərdilər ki, onlar bunu etibarnamədə də qeyd edildiyi kimi, avtomobilin mülkiyyətçisinin tapşırığı ilə, onu təmsil edərək həyata keçirsinlər. Hazırkı işdə də tərəflər arasında belə bir tapşırıq münasibəti olması müəyyən edilməmiş, məhkəmə iclaslarında iştirak edən cavabdehlərin belə bir iddiası olmamışdır. Onların ortaq mövqeyi avtomobilin etibarnamə əsasında “alqı-satqısı” ilə bağlı olmuşdur ki, mülkiyyətçi olmayan şəxsin öz mənafeyi naminə etibarnamə əsasında bu cür sərəncam əqdi bağlamağa səlahiyyəti olmamışdır.
29. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh3 avtomobil üzərindəki sahibliyi qanunsuz olduğundan İddiaçı həmin avtomobili vindikasiya iddiası əsasında məhz həmin cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, əgər cavabdehin həmin avtomobili “almaq” üçün avtomobilin mülkiyyətçisi olmayan hər hansı şəxsə ödədiyi pulun geri qaytarılması ilə bağlı iddiası varsa, dəymiş zərərin ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Lakin bu vəziyyət hazırkı iddianın həmin cavabdehə qarşı əsaslılığını istisna etmir.
30. Beləliklə, məhkəmə, mübahisəli avtomobilin Cavabdeh3 alınaraq İddiaçı verilməsi nəticəsinə gəlmişdir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini ... qətnamənin nəticə hissəsində göstərir.
31. Əmlakın dəyərinin müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası nəticəsində müəyyən edilmişdir ki, mübahisəli avtomobilin bazar qiyməti 11500 manatdır. Bununla belə iddiaçı iddia tələbində avtomobilin naturada qaytarılması mümkün olmadığı halda məhz 9800 manat məbləğində pul tələb etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmaq üçün qanunla müəyyən edilmiş heç bir əsasın olmadığını nəzərə alaraq hesab edir ki, avtomobilin naturada qaytarılması mümkün olmadığı halda Cavabdeh3 məhz 9800 manat məbləğində pul tutulmalıdır.
Məhkəmə xərcləri.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. İddia tələbindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödəmişdir. Bundan əlavə, iş üzrə keçirilmiş ekspertizanın xərci 50 manat məbləğində qiymətləndirilmişdir.
34. Məhkəmə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq hesab edir ki, Cavabdeh3 118 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya, 50 manat məbləğində ekspertiza xərci isə tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismn təmin edilməli, “Toyota” markalı, Prius (Hibrid) modelli, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil, bu mümkün olmazsa, onun dəyəri olan 9800 manat məbləğində pul və 118 manat məbləğində dövlət rüsumu Cavabdeh3 alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
36. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiа qismən təmin edilsin. “Toyota” markalı, Prius (Hibrid) modelli, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil, bu mümkün olmazsa, onun dəyəri olan 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pul və 118 (yüz on səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh3 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.