Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-784/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (atası) X1, Cavabdeh nümayəndəsi (atası) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi (atası) X3 ərizə təqdim edərək, mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi (atası) X4 mülki iş üzrə iddiaçı tərəfin iddiasından imtina etməsinə etirazı olmamışdır. Məhkəmə iş materiallarını və İddiaçı nümayəndəsi (atası) X1 ərizəsini nəzərdən keçirib, hesab edir ki, İddiaçı nümayəndəsi (atası) X1 ərizəsi təmin olunmalı, iddiaçı iddiasından imtina etdiyinə görə, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmçinin iş üzrə tərəflərə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki ərizə üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi (atası) X1 iddiasından imtinası məhkəmə tərəfindən qəbul olunsun və mülki işin icraatına xitam verilsin. İş üzrə dövlət rüsümu olaraq ərizəçi tərəfindən ödənilmiş 51 (əlli bir) manat pul İddiaçı qaytarılsın. Tərəflərə izah edilsin ki, hazırki mülki işin icraatına xitam verildiyinə görə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sərdlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-784/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-784/2025
20.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver