Məhkəmə qərarları › İş №2(010)-785/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-785/2021

07.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-785/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Cavabdeh Sakit oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Sakit oğluna qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Sakit oğluna qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh . Açılan stol, 6 ədəd stul,1 ədəd Divan, 2 ədəd Kreslo, 1 ədəd kamot, 1 ədəd televizor altı, 2 ədəd Qorka , 1 ədəd Şüşəli Jurnal stolu ,Türk iyə istehsalı, 1 ədəd taxt, 2 ədəd tumbuçka, 6 qapılı şifoner, 1 ədəd boy güzgüsü . termo - Türkyə .stehsah, 1 və 2-ci sıradakı əşyaların ümumi qiyməti - 7500(yeddi min beş yüz ) manat, Kuxna mebeli - 400 AZN, Soyuducu Vestel 2 qapılı - 1200 AZN, Paltaryuyan maşın LG - 800 AZN, Televizor 82 ekran Vestel - 600 AZN, DVD Player Samsung - 300 AZN, Soba Eurolux - 600 AZN, 2 ayrı qazan dəsti 24 çeşiddən ibarət - biri 400 AZN, digəri 250 250 AZN, Tok Samovarı - 150 AZN, Od Samovarı qədimi, Ət çəkən maşın - 200 AZN, Sok çəkən maşın - 150 AZN, Ütü 2 ədəd -- biri 50 AZN, o biri isə 150 AZN, Çamadan bıçaq dəsti - 150 AZN, Tozsoran - 500 AZN,Ütü stolu - 70 AZN, Çilçıraq - 400 AZN, Xalça- 3 ədəd, 750 AZN, Künc güldanı - 50 AZN, Uşaq yataq dəsti - 1200 AZN, 2 ədəd uşaq sepi və 2 klon - 380 AZN, 1 ədəd sep - 150 AZN, Toyda taxılan 4 ədəd üzük. 1 ədəd sırqa və 1 ədəd qolbaq olan cehiz və qızıl-zinət əşyalarının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, Cavabdeh ilə 13.10.2012-ci il tarixində rəsmi nikaha daxil olmuşdur və o zaman o, cavabdehin yaşadığı evə gəlin köçmüşdür və bütün cehiz əşyalarımı da cavabdehin yaşadığı mənzilə yerləşdirmişdir. Birgə nikahdan iki ödadı anadan olmuşdur ( 13.05.2014-cü il təvəllüdlü X4 və X5).Belə ki, o zaman o, ailə qurarkan Cavabdeh atasına məxsus ünvan 1 ünvanında tikilmiş fərdi evə köçmüşəm və cehiz əşyalarımı da həmin ünvanda yerləşdirmişdir. Bir neçə il həmin evdə yaşamışlar və sonradan yaşadığı evi sataraq Zığ qəsəbəsində Mirzə Sadıq küçəsində yarı tikili ev almışdırlar və anası tərəfindən evin təmiri həyata keçirilmiş və biz köçərək həmin evdə yaşamışlar. Evə köçdükdən 7-8 ay sonra Sumat Sumbatov onu döymüş və təhqir etdiyindən o, məcbur olub övlad ları ilə birlikdə anasının yaşadığı mənzilə gəlmişdir. Lakin onun bütün cehiz əşyaları və bəzi qızıl zinət əşyalarım həmin evdə qalmışdır. O zaman o, elə başa düşmüşdür ki, Sumbat ona qarşı etdiklərindən peşman olacaq və üzr istəyəcəkdir. Lakin Sumbat nə ona , nə də övladlarına heç bir müsbət addım atmadığı üçün mən məcbur olub məhkəməyə müraciət etmişdir və Sumbatla nikahı pozulması və aliment tutulmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 1556/2020 saylı 16.06.2020-ci il tarixli qətnaməsi ilə bizim nikahı pozulmuş və cabadehdən aliment tutulması qət edilişdir. Lakin o zaman yaşadığım evi birgə nikah dövründə tikdiyindən aşağıda qeyd eldiyim bütün cehiz əşyalarımı həmin evdə qalmışdır. 'Açılan stol, 6 ədəd stul,1 ədəd Divan, 2 ədəd Kreslo, 1 ədəd kamot, 1 ədəd televizor altı, 2 ədəd Qorka , 1 ədəd Şüşəli Jurnal stolu ,Türk iyə istehsalı, 1 ədəd taxt, 2 ədəd tumbuçka, 6 qapılı şifoner, 1 ədəd boy güzgüsü . termo - Türkyə .stehsah, 1 və 2-ci sıradakı əşyaların ümumi qiyməti - 7500(yeddi min beş yüz ) manat, Kuxna mebeli - 400 AZN, Soyuducu Vestel 2 qapılı - 1200 AZN, Paltaryuyan maşın LG - 800 AZN, Televizor 82 ekran Vestel - 600 AZN, DVD Player Samsung - 300 AZN, Soba Eurolux - 600 AZN, 2 ayrı qazan dəsti 24 çeşiddən ibarət - biri 400 AZN, digəri 250 250 AZN, Tok Samovarı - 150 AZN, Od Samovarı qədimi, Ət çəkən maşın - 200 AZN, Sok çəkən maşın - 150 AZN, Ütü 2 ədəd -- biri 50 AZN, o biri isə 150 AZN, Çamadan bıçaq dəsti - 150 AZN, Tozsoran - 500 AZN,Ütü stolu - 70 AZN, Çilçıraq - 400 AZN, Xalça-3 ədəd, 750 AZN, Künc güldanı - 50 AZN, Uşaq yataq dəsti - 1200 AZN, 2 ədəd uşaq sepi və 2 klon - 380 AZN, 1 ədəd sep - 150 AZN, Toyda taxılan 4 ədəd üzük. 1 ədəd sırqa və 1 ədəd qolbaq olan əşyaları həmin evdə qalmışdır. Hazırda ona məlum olmuşdur ki, övladlarına aliment ödəməyən Cavabdeh sonradan əziyyət çəkərək valideyinlərinin köməyi ilə tikdiyi evi satmış və evin içində olan cehiz əşyalarını harada saxladığını ona bildirmir. Bununla əlaqədar mən ona etirazımı bildirmiş və cehiz əşyalarını qaytarmağı ondan tələb etsə də , bu vaxta kimi qaytarmamışdır. Ona görə də p, ilkin olaraq Suraxanı rayon Polis İdarəsinin Zığ qəsəbəsi üzrə təyin edilmiş Polis Məntəqəsinin rəisi Azər müəllimə müraciət etmiş və Azər müəllim onların hər ikisini məntəqəyə dəvət etmiş və Sumbat və Talehdən izahatı almışdır. o zaman Sumbat və Taleh adlı şəxs həqiqətən onun cehiz əşyalarını satdıqlarını etiraf etmişlər və onun əvəzləşdirəcəklərini bildirmişlər. Lakin bu vaxta kimi nə Cavabdeh, nə də Taleh mənim əşyalannı qaytarmamışdır. Ona görə Sizə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun cehiz əşyalarının ümum qiyməti 16000 ( on altı min ) manatdan çox olmuşdur. Bigə nikah dövründə tikdiyi evin qiyməti 40000 ( qırx min ) manat olmuşdur. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddianın dəyişdirilməsinə” dair ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Stol açılan 8 nəfərlik "Tac" 1 ədəd - 1 x 510 AZN=550 manat, Stul 6 ədəd ağ rəngdə üzü dəridən – 6 x 110 AZN = 660 AZN, Divan 1 ədəd yanları dəri, üstü parçadan olan – 1 x 480 AZN = 480 manat, Yastıq 8 ədəd 0.40 x 0.50 sm 8 x 30 AZN = 240 manat, Kreslo 2 ədəd açılıb kravat kimi olan 2x 240 AZN=480 manat, Qorka 2 ədəd Padişah mebel dəsti 2 x 540 AZN =1080 manat, Kamot 1 ədəd Padişah mebel dəsti 1 x 400 AZN =400 manat, Jurnalni stol şüşədən qara 1 ədəd 1 x 240 AZN=240 AZN, Televizor altı 1 ədəd 1 x 210 = 210 manat, Taxt qoşa yerlik "Tac"-lı 1 ədəd 1 x 950 Azn – 950 manat, Taxt üçün Matras Türkiye istehaslı olan 1 x 180 Azn = 180 manat, Tumba siyirmıli 2 ədəd2 x 170 Azn = 340 manat, Şifoner 1 ədəd (6 ədəd qapısı və orta 2 qapısı güzgülü olan) 1 x 960 Azn = 1100 manat, Toy Güzgüsü 1 ədəd 1 x 240 Azn = 240 manat, Termo 1 ədəd 1 x 350 Azn = 350 manat, mətbəx mebeli 2 X 2.20 metr 2.20 x 180 AZN = 400 manat, Soyuducu “Vestel” 2 qapılı 2012-ci il metal rəngli 1 x 1200 AZN= 1200 manat, paltaryuyan maşını LG 8 kq metal rəngli 1 x 800 AZN= 800 manat, Televizor “Vestel” 82 sm ekran qara rəng 2012-ci il buraxılışlı 1 x 600= 600 manat, DVD Pleyr Samsung 2012 – 1 x 300 AZN= 300 manat, Soba Eurolux qril bişirən 1 x 600 AZN= 600 manat, Elektrik Qazan dəsti 24 çeşidli Germaniya istehsalı 1 x 400= 400 manat, Çuqun qazan dəsti 1 x 250 AZN= 250 manat,Tok Samovarı 1 ədəd metal rəngli 5 litrlik 1 x 150 AZN= 150 manat, Köz samovarə Rusiya istehsalı 8 lkitrlik 1 x 200= 200 manat, ət çəkən maşın BOSH 2012 1x150 AZN=150 manat, ütü Tefal orijinal 2012 1x150=150 manat, Ütü Volf 1x50AZN=50 manat, bıçaq dəsti Germaniya istehsalı 2012 1x150=150 manat, Tozsoran Samsung su ilə işləyən 1x500 AZN=500 manat, ütü stolu 1 ədəd 1x70 AZN=70 manat, Lyustr 6 şamlı xrustal fləşkart ilə işləyən 1x400=400 manat, xalça 3x5 metr 1 ədəd 1x350 AZN=350 manat, xalça 2x3 metr 1 ədəd 1x250=250 manat, xalça 1.5 x 4 metr 1 ədəd 1 x150AZN=150 manat, Güldan 1 ədəd böyük 1x50 AZN=50 manat, uşaq yataq dəsti Türkiyə istehsalı olan 1 ədəd 1x1200 AZN=1200 manat, uşaq sepi 2 ədəd 2 x 3 qram=6 qram-585 əyyar-6x50AZN=300 manat, Sep üçün klon 2 ədəd 2 X 40 AZN -585 əyyar-2x40 AZN=80 manat, Sep 1 ədəd 3 qramlkıq 585-əyyar-3x50AZN=150 manat, Nişan üzüyü sirkon qaşlı 4 qramlıq – 583 əyyar- 5x50AZN=250 manat, üzük tək qaşlı 1 ədəd 1,5 qramlıq 583 əyyar-1,5 x 50 AZN=75 manat, üzük halqa 1,2 qramlıq-585 əyyar- 1,2 x 50 AZN=60 manat, qolbağ 3 qramlıq-585 əyyar-3 x 60 AZN=180 manat dəyərində əmlaklarının və ya onların dəyərinin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatına əsasən, onun Cavabdeh qarşı cehiz əmlaklarının və ya onların dəyərinin, o cümlədən qızıl tələbi barədə iddianın həcmini Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən artıraraq, cavabdehə olan 3 ədəd yorğan, 3 ədəd döşək, 1 ədəd uşaq üçün döşək, 1 ədəd uşaq üçün yorğan və 4 ədəd yastıq və ya onların ümumi dəyəri olan 1200 manat pulun cavabdehdən alınaraq ona verilməsi və akt əsasında cavabdeh tərəfindən təhvil verilmiş qızılların həcmi azaldılaraq qətnamə qəbul edilməsini, digər cehiz əmlaklarının və ya onların dəyərinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Sakit oğlu həm yazılı, həm şifahi izahatında iddia ərizəsində göstərilənlərlə və ekspert rəyində göstərilən qiymətlərlə razı olduğunu və qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin izahatlarını, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu şəklində qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Suraxanı rayon məhkəməsi tərəfindən qəbul edilmiş 2(0010)- 1556/2020 saylı 16.06.2020-ci il tarixli qətnaməyə əsasən, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Nizami rayon Qeydiyyat Şöbəsində 13.10.2012-ci il tarixdə 13 saylı akt qeydi ilə rəsmiləşdirilən nikah pozulması, 13.05.2014-cü il təvəllüdlü X4 və 04.08.2017-ci il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılması və 13.05.2014-cü il təvəllüdlü X1 və 04.08.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11,02.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün '70 manat, cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 13.04.2021-ci il tarixli vəsatətə əsasən, Cavabdeh qarşı cehiz və qızıl ziynət əşya tələbim barədə iddiasına baxılaraq ədalətli məhkəmə araşdırılmasının aparılaraq qətnamə qəbul edilməsi məqsədi ilə Suraxanı RPŞ-nin 33-cü X11 kəndinin sahə müvəkkili Azər Nəsirova emiyim şikayət ərizəm əsasına aparılmış araşdırılmanın nəticəsi və izahatların surətlərinin məhkəmə qaydasında tələb edəsiniz və cehiz əmlaklarımın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin alınması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 25 may 2021-ci il tarixli ekspert rəyinə əsasən, Suraxanı Rayon Məhkəməsinin müracitinə əsasən qiymətləndirilmiş cehiz əşyalarının və qızıl-zinət əşyalarının bazar dəyəri 12945 manat və 1180 manat dəyərləndirilmişdir. İş materiallarında olan 07 iyul 2021-ci il tarixdə tərtib olunmuş akta əsasən, məhkəmə prosesində Cavabdeh tərəfindən verilmiş Buta qaşlı üzük, sırqa komplekti (585 əyyar)-5qram, Buta qaşlı üzük, sırqa komplekti (585 əyyar)- 5 qram, nişan üzüyü sirkan qaşlı, üzük halqa-1,2 qram (585 əyyar), qolbaq – 3 qraml olan qızıl-zinət əşyaları İddiaçı tərəfindən təhvil alındı. İş materiallarında olan Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 02.11.2020-ci il tarixli verilmiş məktuba əsasən, 17.10.2020-ci və 24.10.2020-ci il tarixlərdə, Hövsan qəsəbəsində olan ev əşyalarının keçmiş əri Cavabdeh tərəfindən icazəsiz satılmasına dair Azərbaycan Respublikası DİN-in 102 xidmətinə cerdiyi məlumat və 33-cü PB-nə yazmış olduğu ərizə tərəflərindən aidiyyəti üzrə Suraxanı RPİ-nin 30-cu PB-nə göndərilmişdir. İş materiallarında olan Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 11.11.2020-ci il tarixli verilmiş məktuba əsasən, onun 33-cü PB-nə yazmış olduğu müraciyyət AR DİN-nin 015 nömrəli əmrinin 10.22 bəndinə əsasən mülki xarakterli olduğu üçün araşdırma aparılmadan işə tikilmiş, ərizədə göstərilənlərlə əlaqədar iddia ilə məhkəmə orqanlarına müraciəət etməyi tövsiyyə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Quba rayonu, Qonaqkənd qəsəbə Ərazi Dairəsi, Qonaqkənd qəsəbəsi ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.11.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Yuxarıda göstərilənlər məhkəməyə belə nəticəyə gəlmək imkan verir ki, İddiaçı Cavabdeh Sakit oğluna qarşı əmlak tələbinə dair iddiası təmin edilməli, iddiaçıya məxsus Stol açılan 8 nəfərlik "Tac" 1 ədəd - 1 x 510 AZN=550 manat, Stul 6 ədəd ağ rəngdə üzü dəridən – 6 x 110 AZN = 660 AZN, Divan 1 ədəd yanları dəri, üstü parçadan olan – 1 x 480 AZN = 480 manat, Yastıq 3 ədəd 0.40 x 0.50 sm 3 x 30 AZN = 90 manat, Kreslo 2 ədəd açılıb kravat kimi olan 2x 240 AZN=480 manat, Qorka 2 ədəd Padişah mebel dəsti 2 x 540 AZN =1080 manat, Kamot 1 ədəd Padişah mebel dəsti 1 x 400 AZN =400 manat, Jurnalni stol şüşədən qara 1 ədəd 1 x 240 AZN=240 AZN, Televizor altı 1 ədəd 1 x 210 = 210 manat, Taxt qoşa yerlik "Tac"-lı 1 ədəd 1 x 950 Azn – 950 manat, Taxt üçün Matras Türkiye istehaslı olan 1 x 180 Azn = 180 manat, Tumba siyirmıli 2 ədəd2 x 170 Azn = 340 manat, Şifoner 1 ədəd (6 ədəd qapısı və orta 2 qapısı güzgülü olan) 1 x 960 Azn = 1100 manat, Toy Güzgüsü 1 ədəd 1 x 240 Azn = 240 manat, Termo 1 ədəd 1 x 350 Azn = 350 manat, mətbəx mebeli 2 X 2.20 metr 2.20 x 180 AZN = 400 manat, Soyuducu “Vestel” 2 qapılı 2012-ci il metal rəngli 1 x 1200 AZN= 1200 manat, paltaryuyan maşını LG 8 kq metal rəngli 1 x 800 AZN= 800 manat, Televizor “Vestel” 82 sm ekran qara rəng 2012-ci il buraxılışlı 1 x 600= 600 manat, DVD Pleyr Samsung 2012 – 1 x 300 AZN= 300 manat, Soba Eurolux qril bişirən 1 x 600 AZN= 600 manat, Elektrik Qazan dəsti 24 çeşidli Germaniya istehsalı 1 x 400= 400 manat, Çuqun qazan dəsti 1 x 250 AZN= 250 manat,Tok Samovarı 1 ədəd metal rəngli 5 litrlik 1 x 150 AZN= 150 manat, Köz samovarə Rusiya istehsalı 8 ikitrlik 1 x 200= 200 manat, ət çəkən maşın BOSH 2012 1x150 AZN=150 manat, ütü Tefal orijinal 2012 1x150=150 manat, Ütü Volf 1x50AZN=50 manat, bıçaq dəsti Germaniya istehsalı 2012 1x150=150 manat, Tozsoran Samsung su ilə işləyən 1x500 AZN=500 manat, ütü stolu 1 ədəd 1x70 AZN=70 manat, Lyustr 6 şamlı xrustal fləşkart ilə işləyən 1x400=400 manat, xalça 3x5 metr 1 ədəd 1x350 AZN=350 manat, xalça 2x3 metr 1 ədəd 1x250=250 manat, xalça 1.5 x 4 metr 1 ədəd 1 x150AZN=150 manat, Güldan 1 ədəd böyük 1x50 AZN=50 manat, uşaq yataq dəsti Türkiyə istehsalı olan 1 ədəd 1x1200 AZN=1200 manat, uşaq sepi 2 ədəd 2 x 3 qram=6 qram-585 əyyar-6x50AZN=300 manat, Sep üçün klon 2 ədəd 2 X 40 AZN -585 əyyar-2x40 AZN=80 manat, Sep 1 ədəd 3 qramlıq 585-əyyar-3x50AZN=150 manat, üzük tək qaşlı 1 ədəd 1,5 qramlıq 583 əyyar-1,5 x 50 AZN=75 manat dəyərində əmlaklarının cavabdehdən alınaraq İddiaçı təhvil verilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Russiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, noversiya prosedurları çərçivəsində süburlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “ əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 (iyirmi) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Sakit oğluna qarşı əmlak tələbinə dair iddiası təmin edilsin. İddiaçıya məxsus Stol açılan 8 nəfərlik "Tac" 1 ədəd - 1 x 510 AZN=550 manat, Stul 6 ədəd ağ rəngdə üzü dəridən – 6 x 110 AZN = 660 AZN, Divan 1 ədəd yanları dəri, üstü parçadan olan – 1 x 480 AZN = 480 manat, Yastıq 3 ədəd 0.40 x 0.50 sm 3 x 30 AZN = 90 manat, Kreslo 2 ədəd açılıb kravat kimi olan 2x 240 AZN=480 manat, Qorka 2 ədəd Padişah mebel dəsti 2 x 540 AZN =1080 manat, Kamot 1 ədəd Padişah mebel dəsti 1 x 400 AZN =400 manat, Jurnalni stol şüşədən qara 1 ədəd 1 x 240 AZN=240 AZN, Televizor altı 1 ədəd 1 x 210 = 210 manat, Taxt qoşa yerlik "Tac"-lı 1 ədəd 1 x 950 Azn – 950 manat, Taxt üçün Matras Türkiye istehaslı olan 1 x 180 Azn = 180 manat, Tumba siyirmıli 2 ədəd2 x 170 Azn = 340 manat, Şifoner 1 ədəd (6 ədəd qapısı və orta 2 qapısı güzgülü olan) 1 x 960 Azn = 1100 manat, Toy Güzgüsü 1 ədəd 1 x 240 Azn = 240 manat, Termo 1 ədəd 1 x 350 Azn = 350 manat, mətbəx mebeli 2 X 2.20 metr 2.20 x 180 AZN = 400 manat, Soyuducu “Vestel” 2 qapılı 2012-ci il metal rəngli 1 x 1200 AZN= 1200 manat, paltaryuyan maşını LG 8 kq metal rəngli 1 x 800 AZN= 800 manat, Televizor “Vestel” 82 sm ekran qara rəng 2012ci il buraxılışlı 1 x 600= 600 manat, DVD Pleyr Samsung 2012 – 1 x 300 AZN= 300 manat, Soba Eurolux qril bişirən 1 x 600 AZN= 600 manat, Elektrik Qazan dəsti 24 çeşidli Germaniya istehsalı 1 x 400= 400 manat, Çuqun qazan dəsti 1 x 250 AZN= 250 manat,Tok Samovarı 1 ədəd metal rəngli 5 litrlik 1 x 150 AZN= 150 manat, Köz samovarə Rusiya istehsalı 8 ikitrlik 1 x 200= 200 manat, ət çəkən maşın BOSH 2012 1x150 AZN=150 manat, ütü Tefal orijinal 2012 1x150=150 manat, Ütü Volf 1x50AZN=50 manat, bıçaq dəsti Germaniya istehsalı 2012 1x150=150 manat, Tozsoran Samsung su ilə işləyən 1x500 AZN=500 manat, ütü stolu 1 ədəd 1x70 AZN=70 manat, Lyustr 6 şamlı xrustal fləşkart ilə işləyən 1x400=400 manat, xalça 3x5 metr 1 ədəd 1x350 AZN=350 manat, xalça 2x3 metr 1 ədəd 1x250=250 manat, xalça 1.5 x 4 metr 1 ədəd 1 x150AZN=150 manat, Güldan 1 ədəd böyük 1x50 AZN=50 manat, uşaq yataq dəsti Türkiyə istehsalı olan 1 ədəd 1x1200 AZN=1200 manat, uşaq sepi 2 ədəd 2 x 3 qram=6 qram-585 əyyar-6x50AZN=300 manat, Sep üçün klon 2 ədəd 2 X 40 AZN -585 əyyar-2x40 AZN=80 manat, Sep 1 ədəd 3 qramlıq 585-əyyar-3x50AZN=150 manat, üzük tək qaşlı 1 ədəd 1,5 qramlıq 583 əyyar-1,5 x 50 AZN=75 manat dəyərində əmlaklarının cavabdehdən alınaraq İddiaçı təhvil verilsin. İddia üzrə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar