Məhkəmə qərarları › İş №2(010)-803/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-803/2021

03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-803/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X11 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon Polis İdarəsinə qarşı “fiziki şəxsin ölmüş elan edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Polis İdarəsinə qarşı “fiziki şəxsin ölmüş elan edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən qardaşı X4 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1937-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3 xx.xx.1943-cü il tarixdə dünyasını dəyişmişdir. X10 xx.xx.1987-ci ildə vəfat etmişdir. Ailədə üç qardaş, üç bacı olmuşlar. Ondan başqa iki bacısı dünyasını dəyişmişdir. İki qardaşı vəfat etmiş, bir qardaşı X12 ooğlu barəsində heç bir məlumatı yoxdur. Təxminin 1969-cu ildə Azərbaycan Respublikasından qeydiyyatdan çıxmış, Türkmənistan Respublikasına köçmüşdür. 15-16 il bundan əvvəl apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, Türkmənistan Respublikasının Krasnovodsk şəhərində yaşayır, özündən yaşca böyük, Türkmənistan vətəndaşı olan bir qadınla ailə qurmuşdur və övladları yoxdur. Həmin vaxt infarkt keçirdiyini və ağır xəstə olduğunu öyənmişdir. Uzun müddətdir, yəni 50 ilə yaxın olar ki, Azərbaycan Respublikasına gəlmir, 16 ilə yaxın olar ki, onun yaşaması və ya ölməsi barədə heç bir məlumatı yoxdur. Ərizəyə əlavə olunmuş Suraxanı RİHB-nin Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X7 xx.xx.1969-cu il tarixdən qeydiyyatdan çıxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək bildirdi ki, qardaşı X1 getdikdən sonra geri qayıtmamışdır. Onun yoldaşı ilə bundan 10-15 il əvvəl ilk dəfə əlaqə saxladıqda Sanilin infart keçirdiyini demiş, bir neçə il sonra əlaqə saxladıqda isə artıq rəhmətə getdiyini bildirmişdir. Bundan sonra ondan heç bir xəbər almamışdır. Odur ki, məhkəmədən qardaşının ölmüş elan edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sabunçu rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə müraciət edərək mülki işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 178 nömrəli arayışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Sanil Allahverdi oğlu xx.xx.1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1939-cu il tarixdə doğum akt qeydi kitabının 1363 səhifəsində Suraxanı rayon VVADQ Şöbəsində qeydiyyat aparılmışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Sanil Allahverdi oğlu xx.xx.1969-cu il tarixdə qeydiyyatdan çıxmışdır. Məhkəmə iclasında şahid kimi izahat verən X16 bildirmişdir ki, X7 onun dayısı olmuşdur. Onunla və yoldaşı ilə axırıncı dəfə 2008-ci ildə danışanda ağır xəstə olduğunu və geri qayıtmayacağını bildirmişdir. Bundan sonra, ikinci dəfə zəng edib əlaqə saxlamaq istədikdə isə yoldaşı onlara dayısının rəhmətə getdiyini demişdir. Məhkəmə iclasında şahid kimi izahat verən X17 bildirmişdir ki, X7 onun əmisi olmuşdur. Onlar 10-15 il bundan əvvəl əmisi ilə əlaqə salayarkən o, danışmaqda çətinlik çəkmiş, yoldaşı ağır xəstə olduğunu demişdir. Bundan bir müddət sonra təkrar əlaqə saxlamaq istədikdə isə yoldaşı onun vəfat etdiyini bildirmişdir. Həmin vaxtdan sonra, təxminən 10 ildən çoxdur ki, ondan heç bir məlumatları olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi qardaşı X7 1969-cu ildə Azərbaycan Respublikasını tərk edərək Türmənistan Respublikasına getmişdir. Ərizəçi qardaşı ilə sonuncu dəfə təxminən 10 il əvvəl əlaqə saxlamış və onun ağır xəstə olduğunu öyrənmiş, növbəti dəfə əlaqə saxlamaq istədikdə isə onun öldüyü barədə məlumat almışdır. Bundan sonra isə qardaşından heç bir məlumatı olmamışdır. O, hazırda qardaşının ölmüş elan edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi ərizəçi tərəfindən ölmüş elan edilməsi xahiş edilən qardaşı X4 Türkmənistan Respublikasına getməsindən və onun öldüyü barədə məlumat alınmasından 10 ildən çox vaxt keçmişdir. Bu hal həm iş materialları, həm də məhkəmə iclasında izahat verən şahidlərin ifadələri ilə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.1939-cu il təvəllüdlü X7 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1939-cu il təvəllüdlü X2 Respublikasına getdiyindən və onun ölməsi barədə məlumat alınmasından 10 ildən çox vaxt keçdiyindən ərizə təmin edilməli, xx.xx.1939-cu il təvəllüdlü X2 Respublikasında ölmüş elan edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 312-316, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixdə Bakı şəhərində doğulmuş X7 ölmüş elan edilsin. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar