Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-803/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh (bundan sonra cavabdeh) saxlanılan aşağıda adları çəkilən qızıl-zinət əşyalarının cavabdehdən alınaraq İddiaçı Nürəddin qızına (bundan sonra iddiaçı) təhvil verilməsi:
1. brilyant qaşlı dəst (üzük sırğa) - 3500 manat
2. qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq) - 3200 manat
3. sırğa hədiyyə -1 ədəd - 450 manat
4. nişan üzüyü - 1 ədəd - 450 manat
5. qızıl üzük 1 ədəd -150 manat
6. tək qaş üzük 1 ədəd -150 manat
İddia tələbinin dəlilləri İddiaçı xx.xx.2012-ci il tarixdə X15 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanına gəlin köçmüşdür. Həmin mənzildə həyat yoldaşı ilə birlikdə Cavabdeh və qaynı Vüqar Abbasovla yaşamışlar. Birgə nikah dövründə ailə münasibətinə daxil olduqdan bir il sonra, yəni 2013cü ildə Abşeron rayonu, 1 nömrəli X13 ərazisində yerləşən torpaq sahəsi almışlar və oranı təmir etdikdən sonra, həmin yeni ünvana köçərək orada yaşamışlar. Yeni ünvana köçdükləri zaman, İddiaçı öz qızıl zinət əşyalarını keçmiş qaynanası Cavabdeh saxlamış, belə ki, yeni köçdüyü evin yerləşdiyi ərazidə oğurluq halları tez-tez baş verdiyindən orada saxlanılması təhlükəli olmuşdur. Bu səbəbdən əsas qızıl-zinət əşyalarını saxlanılması üçün qaynanasına vermişdir. Daha sonra Azər Abbasovla münasibətləri kəskinləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmış, bu da ailələrinin dağılmasına səbəb olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və xx.xx.2013-cü il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X4 iddiaçının yanında qalması müəyyən edilmişdir. Eyni zamanda İddiaçı Nürəddin qızı keçmiş həyat yoldaşı X14 qarşı cehizlərin qaytarılması ilə birlikdə qızıl-zinət əşyalarının və ya həmin əşyalar olmadıqda dəyərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azər Abbasovdan o cümlədən qızıl-zinət əşyalarından qızıl toy dəsti (üzük, qolbağ, sırğa, sep) 3200 manat, brilyant qaşlı dəst hədiyyə (üzük sırğa) 1 ədəd 3500 manat, sırğa qızıl hədiyyə, üzük firuzə qaşlı (hədiyyə) nişan üzüyü 350 manat, qızıl üzük hədiyyə, tək qaş üzük hədiyyə, qızıl uşaq qolbağı 3 ədəd (hədiyyə) cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-949/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək qızıl-zinət əşyaları hissəsində brilyant qaşlı dəst (üzük sırğa) 1 ədəd (3500 manat), qızıl toy dəsti (boyunbağı sırğa üzük, qolbaq) 1 dəst (3200 manat), sırğa hədiyyə - 1 ədəd (450 manat), qızıl üzük - 1 ədəd, (150 manat), tək qaş üzüyün 1 dəst - (150 manat), cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3793/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Suraxanı Rayon Məhkəməsinin 2(010)-949/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin qızıl-zinətlə bağlı təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin qızıl-zinətlə bağlı cavabdeh X14 münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması və iddiaçıya əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməsi qət etmişdir. Apellyasiya instansiya məhkəməsi bələ hesab etmişdir ki, hazırkı mülki işin materialları ilə də müəyyən olunur ki, iddiaçının ilkin iddia tələbi qızıl-zinət hissəsində əsl olmayan cavabdehə - X14 qarşı irəli sürülmüşdür, belə ki, rayon məhkəməsində işə baxılarkən də müzakirələr zamanı iddiaçı tərəf davamlı olaraq qızıl-zinət əşyalarının iddiaçının qaynanasında - Cavabdeh olmasını bildirmişdir. Eyni zamanda rayon məhkəməsində şahid kimi dinlənilmiş iddiaçının qaynanası Cavabdeh qızılları müvəqqəti saxladığını, lakin sonra qaytardığını bildirmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməz olduğundan iddia həmin hissədə təmin oluna bilməz. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Cavabdeh izahatında göstərmişdir ki, “qızıl toy dəsti almış, briliant qaşlı dəst olmamış, sırğa qızılı ad günündə vermiş, firuzə dəsti qızılı görmüş, amma qaynanasında olmamış, həri üzüyünü qaynanası almış, ama qaynanasında olmamış, qızıl üzük, tək qaş üzük qızıllar İddiaçı evində olub. Uşaq qolbaqlarını bibisi almışdır. Qalanları özündə olmuşdur. O biri qızıllar onun evində olub. Onda qalan qızılları getməkdən 1 ay əvvəl götürüb. Ayrı paketdə olub qızıllar. Cavabdeh heç bir şəkil göndərməmiş, qızılları gəlib özü götürmüşdür. Götürülən qızılların siyahısını Günel Hacıyevə özü yazmışdır. Siyahıdan qızılları götürmüşdür. Toy olanda verilən qızıllar Cavabdeh olmayıb. Komplekt almışdır. Gül sırğası alınmışdır. Ad günündə dəst qızıl almış, bacısı qızıl üzük alıb üstündə kəpənək. Qolbaq və sep də almışdır, qızılları götürəndə o yanında olmayıb. Şəkil çəkəndə də olmamış. Gəlib qoyub kağıza mücrüyə. Yaddaşla bağlı problemi var. Qızıllar hamısı bir yerdə idi. Gəlin Cavabdeh evinə gəlib gedirdi. Gəlinlə aralarında problem olmamışdır.” Cavabdeh əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verərkən etiraf etmişdir ki, həqiqətən də, İddiaçı yeni ünvana köçərkən ehtiyat üçün qızıl-zinət əşyalarını onda saxlamışdır, lakin sonra qızılzinət əşyalarını ondan götürmüş və bacısına vermişdir. Eyni zamanda götürdüyü qızılları siyahıya almış və həmin siyahını məhkəməyə təqdim etmişdir. Siyahıda göstərilən qızıllar iddia tələbinin predmetinə aid deyil. Belə ki, həmin siyahıda olan qızıllar Cavabdeh saxlanılan qızılların bir hissəsi olmuşdur və siyahının tutulmasında da əsas məqsəd o, olmuşdur ki, hansı qızıllar götürülüb və hansı qızılların cavabdehdə saxlanılmasını öz aralarında dəqiqləşdirsinlər. "xxxx" MMC tərəfindən verilmiş 15 may 2021-ci il tarixli ekspert rəyinə əsasən, aparılan araşdırmalar, təhlil və hesablamalara əsasən, mülki iş materiallarına əlavə edilməsi üçün təqdim edilən, çəkilən fotoşəkillərdə əks olunmuş və iddianın predmeti olan qızıl-zinət əşyalarının bazar dəyəri 15 may 2021-ci il tarixinə 8430 (səkkiz min dörd yüz otuz) manat, o cümlədən brilyant qaşlı dəst (üzük, sırğa) 1 ədəd- 3500 manat, qızıl toy dəsti (boyunbağı,sırğa, üzük, qolbaq) 1 dəst - 3200 manat, sırğa hədiyyə - 1 ədəd - 450 manat, nişan üzüyü - 1 ədəd - 450 manat, qızıl üzük - 1 ədəd - 150 manat, tək qaş üzük 1 ədəd - 150 manat, televizor (smart 123 ekran) -700 manat, çilçıraq - 2 ədəd - 80 manat təşkil edir. Qiymətləndirmə işi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. Qiymətləndirmənin məqsədi əmlakın bazar dəyərinin müəyyən edilməsidir. Bazar dəyərinin təyini isə Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin müvafiq standartında olan mətn üzrə götürülmüşdür.
Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, 2012-də ailə qurub 2020-ci ildə boşanmışlar. əmisinin yoldaşı rəhmətə gedəndə rayona getmiş, orada olarkən yoldaşı tərəfindən şərləndiyindən aralarında mübahisə düşmüş və bir daha evinə qayıtmamışdır. Evləndikdən sonra uzun 3 il qaynanası ilə yaşamış, sonra öz evlərinə köçmüşlər. Onlar yaşadıqları ərazidə öğurluq halları baş verdiyindən qızılları qaynanasının mənzilində saxlamışdır. Gündəlik istifadəyə uyğun qızılları qorumaq üçün qaynanasına verib, toyu vaxtı ona hədiyyə olunan daha bahalı zinət əşyalarını özündə saxlamağı necə ola bilərdi?! Ərinin xalası oğlu onlarda usta işləyirdi, yasa gedəndə açarı verdi ona. Yoldaşı Azərlə aralarında olan telefon danışığından də bəlli olur ki, əşyalarını götürmək üçün onu heç evə buraxmamışlar, həmçinin o qızıl-zinət əşyalarının qaytarılmasını da telefon danışığı zamanı tələb etmişdir. O, həmçinin bildirdi ki, nişan üzüyü özündədir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 qızı iddia ərizəsinə və iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, şahid qismində dindirilən Abbasov Azər ifadəsində qeyd etmişdir ki, Günellə münasibətləri pozulandan sonra Günellə danışmış və bildirmişdir ki, bacısının telefonu üçün götürdüyü krediti qaytarsın, yoxsa qızılları anasından götürüb satacaqdır, bu danışıqdan bir neçə gün sonra anasından öyrənmişdir ki, Günel qızıllarını anasından götürmüşdür. Bundan başqa Abbasov Azərlə iddiaçı arasında avqust ayında baş tutmuş yazışmadan bəlli olur ki, Azər bir daha kreditin ödənişi müqabilində Günelin qızıllarını satacağını bildirmişdir. Göründüyü kimi şahidin dedikləri ilə telefon danışıqları zamanı deyilənlər arasında ziddiyyət var, belə ki, o, aprel ayında guya Günelin anasından qızılları götürdüyünü öyrənmişdir. Amma avqust ayında whatsapp yazışması zamanı həmin qızılları satıb krediti ödəyəcəyini deməsi verdiyi ifadənin yalan olmasını göstərir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, hazırki iddia üzrə İddiaçı Suraxanı Rayon Məhkəməsində cehiz və qızıl-zinət əşyalarının qaytarılması və ya həmin əşyalar olmadıqda dəyərinin ödənilməsi tələbinə dair iddiasına baxılaraq, məhkəmə xx.xx.2021-ci il tarixli e-2(010)-949/2022 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamə ilə ilkin iddiaçının iddiası qismən qəbul edilmiş, qarşılıqlı iddia üzrə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3793/2022 saylı qətnaməsi ilə cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-949/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin qızıl-zinətlə bağlı təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi qızıl-zinətlə bağlı cavabdeh X14 münasibətdə təmin edilməmiş, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, iddiaçıya əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin mülki işə baxılan zaman müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının bəzi qızılları özündədir, tələb etdiyi qızıl-zinət əşyaları isə qaynanası Cavabdehdır. Suraxanı Rayon məhkəməsində işə baxılarkən də müzakirələr zamanı iddiaçı tərəf davamlı olaraq qızıl-zinət əşyalarınının iddiaçının qaynanasında Cavabdeh olmasını bildirmişdir. Cavabdeh tərəf həmin qızıl əşyalarının mövcud olmasını inkar etmir, həmin qızıl əşyalar və 1000 manat məbləğində pul iddiaçı tərəfindən qaynanasından siyahı əsasında alınmışdır. Cavabdehdə həmin siyahıda olan zinət əşyaları olub ancaq. Digər zinət əşyalarından xəbəri yoxdur. Əlbəttə ki, toy şəkillərində iddiaçının üzərində olan zinət əşyalarını, nişan üzüyünü onlar hədiyyə etmişlər. Lakin indi onların kimdə olmasından xəbərsizdilər. Həmçinin cavabdeh həmin zinət əşyalarını neçəyə aldıqlarını da xatırlamır. Şəkilə baxaraq qızılın üzərindəki briliyantın həqiqi olması və onun karatının ölçüsünü müəyyən etmək mümkün deyil. Qızılzinət əşyaları ümumiyyətlə iddiaçıda olmadığı halda qızıl-zinət əşyaları qiymətləndirilməsi üçün qiymətləndiriciyə göndərilmişdir. Yalnız şəkillərə istinad edilərək qızılın üzərində olan briliyantın həqiqi olması və karatının ölçüsünün müəyyən olunması doğru deyil. Şəkilə baxaraq qızılın üzərindəki briliyantın həqiqi olmasını və onun karatının ölçüsünü müəyyən etmək mümkün deyil. Şəkilə baxaraq qızılların həqiqi dəyəri, çəkisi barədə məlumat əldə etmək olmaz.
Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, Günelin bacısıdır. O, işə girdiyindən bacısından sadə, gündəlik taxmaq üçün qızıl lazım olduğunu demişdir. Özündəki qızılların hamısı komplekt olduğundan bacısından qızıl istəmişdir. Bacısı da ona qızılların şəklini çəkib atmışdır. O, bacısından 1-2 qızılı seçib almış, sonra da qaytarmışdır. Bacısından götürdüyü bir qaşlı xətli üzük, 1 ədəd kəpənəkli üzük, 1 ədəd bilərzik, bir klonlu sep, 1 ədəd də ürək sep idi. Bacısının qızılı çox olub. Bacısı uşağa atasının adını verdiyinə görə anası da bacısına komplekt alıb vermişdi. Bacısı demişdir ki, qızılları qaynanasındadır, qoy gedib onlarda olanda qızılların şəklini atar. Bacısı qaynanasıgilə gedib qızılların şəklini çəkib ona göndərmişdir. Əmisinin həyat yoldaşı qəflətən cavan yaşında vəfat etdiyi ərəfədə Respublikada karantin vəziyyəti idi. Əmisinin həyat yoldaşını dəfn etmək üçün kəndə getmək üçün hamısı birlikdə getməli idi. Ginelin həyat yoldaşı və öz həyat yoldaşı növbəli iş rejimində işlədiyindən Günel qaynanasına zəng edib getmək üçün icazə almışdır. Həmin gün hamısı və Günel də atasıgildə Hövsanda qalmışdır. Qaynanası Günelə getmək üçün icazə vermişdir. Günelin həyat yoldaşı Azərin xalası oğlu Günelə uşaqların dəyişik pal-paltarını gətirmişdir. Günel də evinin açarını həmin oğlana vermişdir ki, o, gedir kəndə. Həmin ərəfədə ailəlikcə bilmişdilər ki, Günellə bunlar arasında böyük problemlər var. Onlar Bakıya gələn axşamı Azər gəlib Güneli döydü. Bundan sonra bacısı düşdü polisə. Günel ona taxmağa qızıl verəndə bacısı həmin qızılları yazıb qaynanasından götürmüşdür ki, yadında qalsın hansı qızılları verib. Həmin yazı yazılan zaman o, orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində göstərdi ki, iddiaçı bundan əvvəlki məhkəmə işində iddia edir ki, qızıllar ondadır. İddiaçıya alınmış istər geyim, istər qızıl əşyaları daima iddiaçının bacıları tərəfindən istifadə olunmuşdur. Hətta onun iddiaçı üçün aldığı nişan üzüyü iddiaçının bacılarının barmağında olub, daima istifadə ediblər. Qızılların bir qismi hansı ki, bir qismi öz evində, bir qismi də özünün anasının evində olub. İddiaçı istədiyi vaxt həmin qızılları həm özü, həm də bacıları istifadə edib. Məhkəmə tərəfindən qəbul edilən qətnamədən də müəyyən olunur ki, iddiaçıya məxsus əşyalar ona təhvil verilmişdir. Birgə nikah dövründə alınmış avtomobil də aralarında bölünüb, pulu tam olaraq iddiaçıya ödənilib. Qızıl əşyaları ilə o, heç vaxt maraqlanmamışdır. Həmin qızıllar daima iddiaçının və onun bacılarının istifadəsində olmuşdur. O, iddiaçının bacısı Röya üçün İrşad Telekomdan özünün adına mobil telefon almışdır. Həmin telefonun 1-2 ayını özləri ödəmişdir. İddiaçı kənddə qohumunun ölməsi adı ilə evdən əşyalarını və qızıllarını götürüb getmişdir. Bütün sənədləri, uşaq geyimlərini anası yığıb göndərmişdir. İddiaçı tərəf mobil telefonun kreditini ödəmədiyinə görə, mütəmadi olaraq ona oradan zənglər gəlmişdir. O da məcbur olub bu barədə məlumat vermək üçün Günelə zəng etmişdir. Günel isə cavabında demişdir ki, ağlın vardı almazdın telefonu, yalvarmamışdım ki, alasan telefonu, özün bacımla danış. Həmin vaxt Günel kənddə yas yerində olmuşdur. Günelə telefonla danışanda dedi ki, əgər telefon pulunu ödəmirsə, anasından qızılları götürüb satacaq ki, krediti bağlasın. O da anasından qızılı istəyəndə, anası dedi ki, Günel qızıllarını çoxdan götürüb, əlavə də 1000 manat məbləğində pul almışdır. Günel anasına demişdir ki, Azər bilməsin bu barədə. Günel qızılların şəklini çəkmiş və aldığı barədə kağız yazmışdır. Özü həmin vaxt növbəli işdə işlədiyi üçün bu barədə ümumiyyətlə məlumatı olmamışdır. Sonradan Günel evə qayıtmamışdır. Günelin əvvəldən niyyəti ayrılmaq olmuşdur. 5 aydan sonra bilmişdir ki, onun aliment borcu var və iddiaçı boşanmaya ərizə verib. Həmin qızıllar olub və həmin qızılların hamısını özləri almışlar. Günel yas adı ilə evdən gedəndə özünə məxsus bütün əşyaları, hətta diplomunu belə özü ilə aparmışdır. Bu iddiaçı tərəfindən əvvəlcədən planlaşdırılmış bir hərəkət olub. Yoxsa iddiaçının diplomunun yasda nə işi vardı. Həmişə evdə pul yığıb qoymuşdur. Lakin iddiaçı gedəndə evdə bir qəpik də qoymayıb, yığıb aparıb gedib. Uşaqlara laqeyd münasibətinə görə iddiaçı ilə aralarında soyuqluq yaranmışdır. Sonradan iddiaçı kənddə olanda zəng edəndə anası dedi ki, sənə veriləsi qızım yoxdu. Onların yaşadığı evdən 1-2 ev aralı evdə oğurluq olduğuna görə iddiaçı qızıllarını qaynanasına saxlamaq üçün vermişdir. İddiaçının tələb etdiyi qızılların mövcud olmasını nə o, nə də anası heç vaxt mübahisələndirməmişlər. Sonradan iddiaçı qızıllarını və 1000 manat məbləğində pulu qaynanasından götürmüşdür. Toy vaxtı iddiaçıya hədiyyə edilən zinət əşyalarını neçəyə aldıqlarını xatırlamır. Tələb edilən zinət əşyalarının da digər zinət əşyaları ilə birlikdə anasına niyə saxlanca verilməməsinin səbəbini bilmir. Belə məsələlərə heç vaxt müdaxilə etməmişdir. Günellə münasibətləri pozulandan sonra onunla danışmış və ona bildirmişdir ki, bacısının telefonu üçün götürdüyü krediti qaytarsın, yoxsa Günelin qızıllarını anasından götürüb satacaqdır, bu danışıqdan bir neçə gün sonra anasından öyrənmişdir ki, Günel qızıllarını anasından götürmüşdür. Bunlar aprel ayında baş verib. O, bildirdi ki, iddiaçı ilə onun arasında olan telefon danışığının və whatsapp yazışmasının məhkəmədə sübut qismində istifadə edilməsinə etiraz etmir. Telefon danışığı və whatsapp yazışması avqust ayında baş verib.
İş materiallarına əlavə edilmiş: "xxxx" MMC-nin 255/E saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin müraciətinə əsasən qiymətləndirilmiş qızılların və əşyaların bazar dəyəri brilliant qaşlı dəst (üzük sırğa) 3500 manat, qızıl toy dəsti (boyunbağı sırğa, üzük, qolbaq) – 3200 manat, sırğa hədiyyə - 300 manat, nişan üzüyü – 450 manat, qızıl üzük – 150 manat, tək qaş üzük 150 manat, televizor (smart 123 ekran) – 700 manat, 2 ədəd çılçıraq – 80 manat dəyərləndirilir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(010)-265/2021 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh X14 qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, X8 ilə X15 arasında Suraxanı Rayon Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1467 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X5 anası X2 yanında qalması, X9 xx.xx.2013cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(010)-949/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X14 qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması və ya həmin əşyalar olmadıqda dəyərin ödənilməsi tələbinə dair, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X11 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı əşyaların qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə, ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 məxsus olan uşaq döşək dəsti, servis 3 dəst, çay dəsti (versace), meyvə qabı -2 lepkalı, 2 gümüş, 6 sadə, 5 gül qabı,qrafin 6 rumkalı, balaca lepkalı konfet qabı 2 ədəd, Bakal dəsti 12 ədəd, 2 stəkanlı su Qrafini, 6 stəkanlı qrafin, 3 ədəd çay dəsti, 12 ədəd çay stəkanı, 24 ədəd nəlbəki, 12 ədəd mürəbbə qabı, 12 ədəd konfet qabı, 12 ədəd bakal, 24 ədəd stəkan, 10 ədədpadnus, çamadan qaşıq dəsti, 50 ədəd qaşıq-çəngəl, 2 ədəd mərtəbəli qab, 7 ədəd şirniyyat qabı, 24 ədəd kasa, 12 ədəd duz qabı, 4 dəst qazan dəsti, 2 dənə qazan böyük, 5 ədəd ləyən, plasmas 10 ədəd, qaz peçi, moyka, ədviyyat qabı, 48 ədəd balaca boşqab sadə, 12 ədəd böyük, 2 ədəd çaydan, dəm çayniki, altı şamlı qab, lampa xrustal, kofe dəsti, 3 ədəd stol üstü saat, 1 ədəd divar saatı, palto 2 ədəd, gödəkçə 3 ədəd, pençək 3 ədəd, şalvar 10 ədəd, köynək 30 ədəd, paltar 20 ədəd, uşaq paltarları, ayaqqabı 20 çüt, çanta 10 uşaq məktəb ləvazimatı, kosmetika, bijuteriyalar, şərf 10 ədəd, yataq otağı mebeli, Qonaq otağı mebeli (2 skaf, 1 masa, 8 stul, 1 divan), uşaq otağı mebeli, (2 çarpayı, 1 dolab, kompüter stolu, 1 tumba), mətbəx mebeli, dəhliz qarderobu, xalça 3 ədəd böyük, 5 balaca, Soyuducu vestel, tozsoran Samsung, paltaryuyan indesit, soba, mikser, ətçəkən maşın, noutbook, pərdə 7 ədəd, mətbəx stolu, su daşı, döşək 5 ədəd, yorğan 6 ədəd, yastıq 14 ədəd, yataq örtüyü, yataq örtüyü uşaq üçün 2 ədəd, yun ədyal 2 ədəd, yataq örtüyü 3 ədəd, pastel dəsti 15 ədəd, əl-üz dəsmalı 15 ədəd, süfrə 7 ədəd, matras 3 ədəd, uşaq beşiyi 1 ədəd, 1 çılçıraq kiim cehiz əşyaları, brilyant qaşlı dəst (üzük sırğa) 1 ədəd (3500 manat), qızıl toy dəsti (boyunbağı sırğa üzük, qolbaq) 1 dəst (3200 manat), sırğa hədiyyə - 1 ədəd (450 manat), qızıl üzük – 1 ədəd, (150 manat), tək qaş üzük 1 dəst – (150 manat), ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X9 alınaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 qaytarılması, birgə nikah dövründə əldə edilmiş televizorun dəyərinin yarısı – 350 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 ödənilməsi, İddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X14 məxsus olan 1 ədəd soyuducu İNDESİT markalı, 10 litrlik qədimi samovar, 1 ədəd qədimi 2*3 ölçüdə xalça, 1 ədəd xalça 8*1.2 ölçüdə, 1 ədəd altı yerlik stol, 1 ədəd stolüstü kompüter dəsti (monitor, klavitura, maus) əşyaları ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 alınaraq, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X14 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3793/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-949/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, ilkin iddia tələbinin qızıl-zinətlə bağlı təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin qızıl-zinətlə bağlı cavabdeh X14 münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, iddiaçıya əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qət edilmişdir. X6 iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/18-00091 nömrəli arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edilən “qızıl-zinət əşyalarının qaytarılması” üzrə xx.xx.2022-ci il tarixdə saat 15:00-də keçirilməsi nəzərdə tutulan X6 iştirak etməmişdir.
İşin faktiki halları İddiaçı ilə cavabdehin oğlu Abbasov Azər 2012-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan Nizami və Nurəddin adlı övladları olmuşdur. Cavabdehin oğlu ilə ailə qurarkən cavabdehin də yaşadığı ünvan 2 ünvanına gəlin köçmüşdür. Sonra Abşeron rayonu, 1 nömrəli X13 ərazisində yerləşən torpaq sahəsi almış və oranı təmir etdikdən sonra həmin ünvana köçərək keçmiş həyat yoldaşı və uşaqları ilə birlikdə orada yaşamışlar. Həmin ərazidə oğurluq hallarının olması səbəbindən iddiaçı özünə məxsus qızılları təhlükəsizlik məqsədilə qaynanası olan cavabdehin evində saxlamışdır.
Tətbiq edilən hüquq Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin möveyi Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnun müdafiə edilməsini dövlətin ali məqsədlərindən biri hesab edərək, onun effektiv həyata keçirilməsinə təminat verir. Azərbaycan Respublikasında mülkiyyət, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, həmçinin xüsusi mülkiyyət hüququ qanunla müdafiə edilir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Məhkəmə qeyd edir ki, ilk olaraq iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının öz əmlakının qanunsuz və faktiki sahibliyində saxlayan cavabdehə yönəlmiş natura şəklində əmlakının geri qaytarılması müqavilədənkənar tələbi təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir: 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Görüdünüyü kimi ilk növbədə, istinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində göstərilmiş qızıl zinət əşyalarının mövcud olması və onların iddiaçıya məxsus olub-olmaması müəyyən edilməlidir. X8 iddia ərizəsində qeyd olunan qızıl-zinyət əşyalarının qaytarılmasını tələb edir. Cavabdehin nümayəndəsinin iddia tələbinə etirazının dəlili ondan ibarətdir ki, iddaçının fotoşəkillərdə əks olunan qızıl-zinət əşyalarının iddiaçıya məxsus olması və onun faktiki istifadəsində olmasını cavabdeh mübahisələndirməsə də, həmin zinət əşyaları cavabdehdə deyil, sihayı əsasında iddiaçıya verdiyi qızıl-zinət əşyalarından başqa onda iddiaçıya məxsus qızıl olmamışdır, eləcə də şəkilə baxaraq qızılın üzərindəki brilyantın həqiqi olması və onun karatının ölçüsünü müəyyən etmək mümkün deyil. X23 də fotoşəkillərdə əks olunan qızıl-zinət əşyalarının iddiaçıya məxsus olması və onun faktiki istifadəsində olmasını təsdiq etmişdir. Beləliklə, iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş və hər iki tərəfin iştirakı ilə tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən, həmçinin şahid Azər Abbasovun, Günay Hacıyevanın ifadələrindən müəyyən olunur ki, iddia olunan qızılzinyət əşyaları – brilyant qaşlı dəst (üzük sırğa), qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq), sırğa hədiyyə, nişan üzüyü, tək qaş üzük mövcud olmaqla iddiaçı X3 məxsus olmuş, onun tərəfindən istifadə olunmuşdur. Siyahıda 5-ci yerdə qeyd olunan 1 ədəd qızıl üzüyə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin üzüyün mövcud olduğuna dair hər hansı sübut təqdim etməmişdir. Vindikasiya iddiasının ikinci və üçüncü komponentləri ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir: İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdehin oğlu Abbasov Azər 2012ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan Nizami və Nurəddin adlı övladları olmuşdur. Cavabdehin oğlu ilə ailə qurarkən cavabdehin də yaşadığı ünvan 2 ünvanına gəlin köçmüşdür. Sonra Abşeron rayonu, 1 nömrəli X13 ərazisində yerləşən torpaq sahəsi almışlar və oranı təmir etdikdən sonra, həmin yeni ünvana köçərək keçmiş həyat yoldaşı və uşaqları ilə birlikdə orada yaşamışlar. Həmin ərazidə oğurluq hallarının olması səbəbindən iddiaçının özünə məxsus qızılları təhlükəsizlik məqsədilə qaynanası olan cavabdehin evində saxlaması həm tərəflərin izahatından, həm də şahid ifadələrindən müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, aprel ayında, iddiaçı Günel Abbasova bacısı Günay Hacıyevaya getdiyi toyda taxmaq məqsədilə ona məxsus və qaynanasında saxlanılan qızıl-zinyət əşyalarının bir qismini vermiş və bu barədə iddiaçı tərəfindən şəxsən qəbz yazılmışdır. Həmin qızıl-zinyət əşyalarını bacısı İddiaçı verməzdən əvvəl, iddiaçı öz bacısına qızıl-zinyət əşyalarında seçim etmək üçün Whatsapp yazışması elektron tətbiqi vasitəsilə onun özünə məxsus olan, cavabdehdə saxlanılan bütün qızıl əşyalarını fotoçəkiliş edərək, onların fotoşəkillərini göndərmişdir. Məhkəmə iddiaçının izahatına əsasən müəyyən edir ki, siyahıda dördüncü yerdə qeyd edilən nişan üzüyü iddiaçının özündədir. Mövcudluğu məhkəmə tərəfindən müəyyən edilən siyahıda 6-cı yerdə qeyd edilən tək qaş üzüyün isə cavabdehə saxlanca verilməsini tədqiq edilmiş fotoşəkillərə əsasən müəyyən etmək mümkün deyil. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə yaşadığı evi yas yerinə rayona getmək məqsədilə tərk etmiş, həmin rayonda qalarkən telefonla cavabdehin oğlu olan keçmiş əri ilə mübahisəsi olmuş və ondan sonra yaşadığı evə qayıtmamışdır və hazırkı günə qədər övladları ilə birlikdə valideynlərinin evində yaşayır. İddiaçı cavabdehin oğlu ilə birgə yaşadığı evini tərk edəndə, daimi əsaslarla tərk etməsini, bir də qayıtmamasını və gələcəkdə cavabdehin oğlu ilə boşanmasını planlaşdırmamış, özü ilə cehiz əşyalarını və mübahisə predmeti olan qızıl-zinət əşyalarını götürməmişdir. Nə şəxsi əmlaklarını, nə də ki, qızıl-zinət əşyalarını götürmək imkanı olmadığından sonradan cavabdehin oğlu olan Abbasov Azərə qarşı iddia qaldıraraq ondan tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3793/2022 saylı qətnaməsi ilə iddiaçıya əsl olan cavabdehə, yəni hazırki cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qət edilmişdir. Məhkəmə vurğulayır ki, X23 ifadəsində “aprel ayında anasının ona iddiaçının qızılları götürdüyünü deməsini” bildirsə də, iddiaçı ilə keçmiş həyat yoldaşı (hazırki işdə şahid) X15 arasında avqust ayında aşağıdakı məzmunda telefon danışığı baş tutmuşdur: “Günel: paltarları yığacam, başqa da bir şey lazım deyil hələ ki..Azər: Nizaminin də, sənin də veşlərini yığıb hamısını upakovkalayıb verəcəm sənə..Günel: Mən razı deyiləm, sən evdə olanda gəlib özüm yığacam sənin nəyinə lazımdı..qızıllarımı da gətir..mümkünsə..Azər: qızıllar..həə..Günel: Qızıllar mamanda.. Azər:qızıllar.. hə..mamadadı..Günel: üzüyünü götürə bilərsən..Azər: Mən sənə başlayanda nə dedim gəl dost kimi da..Günel: Mən sənə nə deyirəm ki, bir sey deyirəm?!..”. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 24 avqust 2020-ci il tarixdə aparılmış Whatsapp yazışmasında iddiaçının keçmiş həyat yoldaşı (hazırki işdə şahid) X15 qeyd edir ki: “Günel İrşaddan hər gün zəng eliyirlər, əgər ödəmirsizsə, mənimdə imkanım çatmır. Qızılları sabah aparım satım, irşadı tam bağlıyım. Mənə sabaha bir cavab ver de, o meseleye görə Bakıya gəlmişəm.” Yuxarıda qeyd edilənlər qızıl-zinət əşyalarının saxlanılması üçün verilmiş cavabdehdən götürülmədiyini təsdiq edir. Yuxarıda göstərilənlər məhkəməyə belə nəticəyə gəlməyə imkan verir ki, vindikasiya iddiasının 2-ci və 3-cü komponentləri hazırki işdə mövcuddur və işin halları ilə təsdiq olunur. Yəni, iddiaçı ona məxsus qızıl-zinət əşyalarına (brilyant qaşlı dəst (üzük, sırğa), qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq), sırğa hədiyyə) faktiki sahiblikdən məhrum olmuş, iddiaçının sahibliyindən çıxmış əmlak cavabdehin faktiki sahibliyindədir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh brilyant qaşlı dəst (üzük, sırğa), qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq), sırğa hədiyyə, qızıl-zinət əşyalarının naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olan 7150 (yeddi min yüz əlli) manat məbləğində pul alınaraq iddiаçı İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh brilyant qaşlı dəst (üzük, sırğa), qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq), sırğa hədiyyə, qızıl-zinət əşyalarının naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olan olan 7150 (yeddi min yüz əlli) manat məbləğində pul alınaraq iddiаçı İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova