Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-806/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Suraxan rayon qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 25 fevral 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qardaşım X6 30.07.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə 16/1 ünvanında vəfat etmişdir. Qardaşı vəfat edən zaman Təcili Tibbi yardım çağırmış və onlar qardaşının vəfat etməsini təsdiqlədilər. X2 Qaraçuxur qəsəbəsi qəbiristanlığında dəfn etmişlər. Ölüm faktını qohumqonşular şahid kimi təsdiq edə bilər. Qardaşı üçün ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri, Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bu səbəbdən Suraxanı rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. 30.07.2020-ci il tarixdə vəfat etmiş X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamənin xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə maraqlı şəxsin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək maraqlı şəxsə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə yuxarıda göstərilən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Təcili və X11 Stansiyasının 22 saylı bölməsi tərəfindən verilmiş 30 iyul 2020-ci il tarixli sorguya cavabında bidirilir ki, saat 07:30-da ünvan 2 ünvana X4 adına çağırış daxil olmuşdur. Həmin ünvanda kişi cinsli meyit aşkar edilmişdir. Bakı şəhəri Orconikidze rayonu VVADQ şöbəsi təərfindən verilmiş 19 mart 1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx xxxx 1965-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X9 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindənq 13 noyabr 2020ci il tarixli, 1175-05/75 saylı məktubuna əsasən Ərizəçi bildirilmişir ki, onun 30.07.2020-ci il tarixdə vəfat etmiş X2n ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə cavab olaraq X6 barəsində “Vətəndaşlıq vəziyyət aktları” X3 Sisteminə 28.01.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah edilmişdir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkün olması bildirilmişdir. Məhkəmə iclasında təqdim edilmiş Suraxanı rayon Qaraçuxur bələdiyyəsi tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli arayışa əsasən X1 qəsəbə qəbristanlıqda 31.07.2020-ci tarixdə dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 öz izahatında göstərmişdir ki, X4 ölumünün şahid olmuşdur. 30.07.2020-ci il tarixdə şahidin evində axşam yatmış, səhər artıq ayılmamışdır. Təcili tibbi yardımı çağırılanda həkim gəlib onun ölümünü təsdiq etmişdir. X12 31.07.2020-ci il tarixdə Qaraçuxur Qəbristanlığından dəfn etmişdir. Həmin ifadəni həmçinin də yazılı şəkildə məhkəməyə təqdim etmişdir. İş materiallarında olan fotoşəkilə əsasən X4 qəbri göstərilmişdir.(Balaca Həmyə kənd qəbirsanlığında dəfn edilmişdir) Məhkəmə ərizəçini və şahidləri dindirib, işdəki sənədləri və fotoşəkili nəzərdən keçirdikdən sonra belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olur ki, ərizəçi Ərizəçi qardaşı 30.07.1963-cü il təvəllüdlü X4 30.07.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Suraxanı rayonu Qaraçuxur qəsəbəsi qəbristanlığında dəfn edilmişdir. Mərhumun ölümü haqqında şəhadətnaməsi ərizəçiyə ölüm haqqında şəhadtənamənin alınması ilə əlaqədar lazımdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi qardaşı 30.07.1963-cü il təvəllüdlü X4 30.07.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşı 30.07.1963-cü il təvəllüdlü X4 30.07.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Bakı şəhərində Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-806/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-806/2021
25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver