Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-819/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakları ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 25.*2.1993-cü il təvəllüdlü qızı X8 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “19.*9.1991-ci ildə doğulmuş qızım X13 25.*2.1993-cü ildə evdə vəfat etmiş və Əmircan kənd qəbiristanlığında dəfn olunmuşdur. Övladım vəfat edən zaman çox kiçik yaşda olmuşdur, onun cəmi 1 yaş 6 ayı tamam idi. Həmin vaxt övladımın çox kiçik yaşda vəfat etməsi ilə bağlı, habelə mən cəbhə bölgəsində X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyim üçün ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün tibb müəssisəsinə və qeydiyyat şöbəsinə müraciət etməmişəm. Azyaşlı qızımı mən cəbhədə olduğum üçün hazırda vəfat etmiş atam dəfn etmişdir. Hazırda hansı sənəd məsələsi ilə bağlı müraciət edirəmsə, mənim 1993-cü ildə vəfat etmiş qızım sağ olan şəxs kimi elektron sistemlərdə görünür, habelə onun adı dövlət tərəfindən ayrılmış torpaq haqqında şəhadətnamədə də vardır. Həmin şəhadətnamə əsasında çıxarış almaq da bu səbəbdən mümkün deyildir. Tibb müəssisəsi tibbi şəhadətnamənin verilməsindən ölüm faktı barədə vaxtında müraciət etmədiyim üçün imtina cavabı vermişdir. Habelə qeydiyyat şöbəsi də ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Odur ki, qeyd edilən sənədləşdirmə işləri üçün 1993-cü ildə vəfat etmiş qızım Afətin ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Qızımın ölüm haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. X1 25.*2.1993cü ildə vəfat etməsini şahidlər də təsdiq edirlər. Həmin şahid ifadələrini məhkəmə iclasında təqdim edəcəyəm”. Ərizənin dəqiqləşdirilməsi.
3. Daha sonra Ərizəçi ərizəsini dəqiqləşdirərək məhkəmədən 19.*9.1991-ci ildə doğulmuş X8 25.*2.1993-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum X13 onun qızı olmuşdur. Qızı Afət 19.*9.1991-ci il tarixdə anadan olmuş, 25.*2.1993-cü il tarixdə sepsis xəstəliyindən vəfat etmişdir. Belə ki, doğulduqdan sonra qızında sepsis xəstəliyi aşkar olunmuşdur. O, 1993-cü ildə vətənin müdafiəsi üçün cəbhəyə yollanmış, 1995-ci ildə evinə qayıtmışdır. Müharibədə iştirak edərkən qızının öldüyü xəbərini eşitmiş və ona bu səbəblə icazə verilmişdir. Evinə gəldikdə atasının uşağı Suraxanı qəbiristanlığında dəfn etdiyini öyrənmişdir. Lakin uşaqların dəfni fərqli olduğundan, onlarının məzarı üstünə baş daşı qoyulmadığından qızına baş daşı qoyulmamışdır. Hazırda mərhum qızının ölüm haqqında şəhadətnaməsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı keçdiyi üçün lazımdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işlərinin çoxluğunu nəzərə alaraq məhkəmə prosesinə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
İş materialları.
7. Bakı şəhəri Nizami rayon VVAQ Şöbəsi tərəfindən 29.1*.1991-ci il tarixdə verilmiş XVİ-JQ seriyalı, 348411 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X13 (atası Ərizəçi və anası X6) 19.*9.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.
8. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 14.12.2*22-ci il tarixli, 1262-*5/7* nömrəli məktubdan görünür ki, X8 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu qeyd edilmişdir.
9. “Bakı Baş Səhiyyə Mərkəzi” X19 8 nömrəli X9 tərəfindən ərizəçiyə göndərilmiş 29.11.2*22-ci il tarixli, 254 saylı məktubdan görünür ki, 1991-ci il tarixli tibbi sənədlərin arxivdə qorunması müddəti bitdiyindən X8 8 nömrəli X5 tibbi qeydiyyatını və ölüm faktını təsdiq edən sənəd təqdim etmək mümkün olmamışdır. 1*. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş *2.*2.2*23-cü il tarixli, 3-29/2-6*7/2*23 saylı məktubdan görünür ki, Nazirliyin elektron məlumat bazasında (UTİS) X8 ümumi təhsil müəssisəsində təhsil alması ilə bağlı məlumat mövcud deyil.
Şahid ifadələri.
11. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X11 bildirdi ki, Ərizəçi onun qardaşı, mərhum X13 isə qardaşının qızıdır. X13 19.*9.1991-ci il tarixdə Bakı şəhərində dünyaya gəlmişdir. Anadan olduqdan sonra onun sepsis xəstəsi olduğu müəyyən edilmiş, təxminən bir il yarım müalicə olunmuşdur. Lakin o, hələ qardaşıgillə bir həyətda yaşadığı vaxt, təxminən qış aylarından birində səhər yuxudan oyanmış, anası ona uşağın öldüyünü demişdir. Səbəbi isə məlum olduğu kimi sepsis xəstəliyi idi. Uşaq öləndə qardaşı cəhbədə olmuş, ona xəbər verildikdən sonra səhəri gün qayıdıb evə gəlmişdir. O gələndə artıq qardaşları uşağı dəfn etmişdilər. Uşaq Suraxanıda yerləşən qəbiristanlıqda dəfn edilmişdir.
12. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X3 bildirdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşının 1991-ci ildə Afət adlı qızı dünyaya gəlmişdir. Lakin uşaq doğulduqdan sonra onda sepsis xəstəliyi aşkar olunmuş, təxminən 2 yaşında həmin xəstəlikdən də ölmüşdür. Uşaq öldüyü vaxt qardaşı cəhbədə olmuş, uşaq öldükdən 1-2 gün sonra gəlib çıxmışdır. Uşağı Əmircan qəbiristanlığında qardaşları dəfn etmişlər.
13. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X7 bildirmişdir ki, Ərizəçi onun bacısının əri və əmisi oğludur. Ərizəçi və bacısının 1991-ci ildə Afət adlı bir qızları doğulmuşdur. Bacısının evi olduğu üçün tez-yez gedib-gəlmiş, uşağı görmüşdür. Uşaq anadan olandan sepsis xəstəsi olmuşdur. Xəstəliyə görə uzun müddət müalicə almışdır. 1993-cü ilin fevral ayında bacısı Minayə ona zəng edərək uşağın tələf olduğunu demişdir. Qar yağdığı üçün həmin tarixi yaxşı xatırlayır. O özü həmin vaxt Əhmədlidə yaşamış, oradan Suraxanıya gəlmiş və uşağın ölmüş vəziyyətdə olduğunu görmüşdür. Dilqəm həmin vaxt cəbhədə olmuş, uşaq ölən günün səhəri gəlmiş, lakin dəfn mərasiminə gəlib çata bilməmişdir.
İşin faktiki halları.
14. Ərizəçi qızı X8 25.*2.1993-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizəçinin qızının ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə qızının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi və onun vəkili ərizəni müdafiə etmiş, şahidlər isə ərizəçinin izahatında qeyd etdiklərini təsdiq etmişlər.
Tətbiq edilən hüquq.
15. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 3*7. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 3*7.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 3*7.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 3*8. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 31*-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.*.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2*. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Məhkəmənin mövqeyi.
19. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən qızı X8 25.*2.1993-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. 2*. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi qızının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi qızının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir.
21. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Həmçinin 19.*9.1991-ci il tarixdə doğulmuş X8 ümumi təhsil müəssisəsində təhsil alması ilə bağlı məlumat aşkar edilməmişdir.
22. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin qızı X8 25.*2.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 19.*9.1991-ci il təvəllüdlü X8 25.*2.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 3*7, 36* və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 19.*9.1991-ci il təvəllüdlü X8 25.*2.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva