Məhkəmə qərarları › İş №2(010)-843/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-843/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-843/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 29 mart 1989-cu il təvəllüdlü X4 2* avqust 1989-cu il tarixdə Şamaxı rayonunun Dağ Bağırlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 29 mart 1989-cu il təvəllüdlü oğlu X2 rayonunun Dağ Bağırlı kəndində doğulmuşdur, bu barədə 11 may 1989-cu ildə Şamaxı rayon Göylər kənd icra nümayəndəliyində 72 №li doğum haqqında akt qeydi tərtib edilmişdir.Oğlu Pərvin 5 aylıq olanda 2*.*8.1989-cu ildə Şamaxı rayonunun Dağ Bağırlı kəndində vəfat etmişdir (həmin kənd qeyd edilən dövrdə Göylər kənd ərazi dairəsinə aid idi) və Dağ Bağırlı kəndində dəfn edilmişdir. Övladı vəfat edən zaman çox kiçik yaşda - 5 aylıq olduğundan ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün tibb müəssisəsinə və qeydiyyat şöbəsinə müraciət etməmişdir. Hazırda hansı sənəd məsələsi ilə bağlı müraciət edirsə, onun 1989-cu ildə vəfat etmiş oğlu sağ olan şəxs kimi elektron sistemlərdə görünür, habelə onun adı dövlət tərəfindən ayrılmış torpaq haqqında şəhadətnamədədə vardır. Həmin şəhadətnamə əsasında çıxarış almaq da bu səbəbdən mümkün deyildir. Tibb müəssisəsi tibbi şəhadətnamənin verilməsindən ölüm faktı barədə vaxtında müraciət etmədiyi üçün imtina cavabı vermişdir. Habelə qeydiyyat şöbəsi də ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Odur ki, qeyd edilən sənədləşdirmə işləri üçün 1989-cu ildə vəfat etmiş oğlu Pərvinin ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkillə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqli şəxs Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin və onun vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan Maraqlı şəxs 13.12.2*22-ci il tarixli arayışından görünür ki, X7 29.*3.1989-cu ildə anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs 22.11.2*22-ci il məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.1*.2**3-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şöbə tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X12 13.12.2*22-ci il tarixli, 134* nömrəli arayışından görünür ki, X4 ölümü barədə Şamaxı RMX-na müraciət olunmayıb və ona ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi üçün arxiv şöbəsində qeydiyyata alınmamışdır İş materiallarında olan 27.*1.2*23-cü il tarixli Aktdan görünür ki, 29 mart 1989-cu il təvəllüdlü X4 2* avqust 1989-cu il tarixdə Şamaxı rayonunun Dağ Bağırlı kəndində vəfat etmiş və kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, ərizəçinin qardaşıdır, bacısı oğlu 29 mart 1989-cu ildə doğulmuşdur və daha sonra xəstəlikdən vəfat etmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, ərizəçinin qaynıdır. Qardaşı oğlu doğulduqdan sonra cəmi 4-5 ay yaşamış, daha sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirdi ki, ərizəçinin eltisidir. Övladı 1989-cu ilin mart ayında anadan olmuşdur. Daha sonra xəstəlikdən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, X4 ölüm faktının müəyyən edilməsi üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının 1.4.-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Həmin Qərarın 9-cu bəndinə görə Azərbaycan Respublikası MPM-nin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinə görə “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2*18-ci il tarixli *5 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “Ölüm haqqında” tibbi şəhadətnamənin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında” tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 31*-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.*.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Qərarın 9.3-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X4 2* avqust 1989-cu il tarixdə Şamaxı rayonunun Dağ Bağırlı kəndində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 29 mart 1989-cu il təvəllüdlü X4 2* avqust 1989-cu il tarixdə Şamaxı rayonunun Dağ Bağırlı kəndində vəfat etməsi faktı təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar